Prostat xərçənginin müalicəsində Big Data ilə 80 yeni dərman hədəfi

Prostat xərçənginin genetik təhlili üçün aparılmış ən böyük tədqiqatda alimlər 80-dən çox yeni potensial dərman hədəfi tapdılar. Genetik məlumatları ayırd etmək əvvəllər çox vaxt aparır və çətin olurdu. Lakin texnologiya inkişaf etdikcə bu proses daha sürətli və ucuz hala gəldi. Sizə çatdırmaq istədiyimiz ümidverici tədqiqatın mövzusu prostat xərçənginin əsasında duran genetik kəşflərin artması ilə fərdə uyğun və dəqiq onkologiya məhsulu olan potensial müalicələrin hazırlana bilməsidir.
Big Data, yəni böyük verilənlər, bir insan və onun həyatı haqqında bütün ilkin məlumatların toplandığı okeandır deyə bilərik. Digər tərəfdən, Bid Datadan istifadə etmək üçün lazım olan vasitələr böyük ölçüdə inkişaf etmişdir. Bunun sayəsində bir çox sektorda olduğu kimi səhiyyə və dərman sahəsində də məhsuldarlıq dövrü üçün böyük inkişaf kimi mühüm təməl daşıdır.
Böyük verilənlərin toplanması və emalı genetik kod məlumatlarının toplanaraq təhlil edilə, xəritələndirilə və yeni aydınlıq səviyyəsini təmin etmək üçün nisbətən asanlıqla birləşdirilə bilməsi deməkdir.
Nature Geneticsdə tədqiqatlarını dərc etdirən qrup, DNA təhlili ilə prostat xərçənginin genetikasını araşdırmaq üçün Big Datadan istifadə etmişdir. Bu tədqiqata Birləşmiş Krallıqda, Londonda yerləşən Xərçəng Tədqiqatları İnstitutu rəhbərlik etmişdir.
Prostat xərçənginin müalicəsini çətinləşdirən məqam
Prostat xərçəngi, dünyada inkişaf etmiş ölkələrdə kişilər arasında ağciyər xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növüdür. Təkcə ABŞ-də bu il 164.690 yeni prostat xərçəngi halının və bu xəstəlik səbəbindən 30.000 ölümün olacağı təxmin edilir.
Prostat xərçəngini anlamaq və müalicə etmək üçün bu gün əlimizdə çoxsaylı müalicə seçimi olsa da, hələ bəzi çətinliklər var. Məsələn, bir insanda prostat xərçənginin necə gediş göstərəcəyini proqnozlaşdırmağın prostat xərçəngində risk təsnifatı xaricində aydın bir yolu yoxdur. Bu da hamıya uyğun müalicənin olmadığını, hər müalicənin hər kəsdə yaxşılaşma təmin edə bilməyəcəyini və hər xəstə üçün ən uyğun müalicəni tapmağın çətin olduğunu göstərir.
Genetik məlumatların toplanması deyildikdə ağla Big Data gəlir
Prostat xərçənginin genetik əsaslarını ortaya qoymaq üçün tədqiqatçılar problemə fərqli baxımdan yanaşmağa qərar verdilər. Prostat xərçəngi olan 112 kişidən genetik məlumatları götürüb digər tədqiqatlardan gələn məlumatlarla birləşdirdilər. Ümumilikdə 930 xəstənin nümunələrindən istifadə edildi.
Tədqiqat qrupu ən son Big Data texnikalarından istifadə edərək prostat xərçənginin irəliləməsini sürətləndirən və müalicənin hazırlanmasına yol açan genetik dəyişikliklərə yeni baxışlar təqdim etdi. Beləliklə, hansı genlərin iştirak etdiyini anladıqdan sonra bu genlərin kodlaşdırdığı zülalların xəritəsini yarada bildilər.
Daha sonra maşın öyrənməsini tətbiq etdilər. Maşın öyrənməsi (machine learning), statistika, alqoritmlər, informasiya nəzəriyyəsi və funksional təhlillər kimi müxtəlif məlumatlardan kompüterlər və ya süni intellekt ehtiva edən cihazlar vasitəsilə nəticə çıxarılmasıdır.
Maşın öyrənməsi artıq səhiyyədə xəstəliklərin diaqnostikası, fərdiləşdirilmiş müalicə, dərman kəşfi və radiologiya kimi bir çox sahədə tətbiq edilir. Bu tədqiqatda da istifadə olunan maşın öyrənməsi ilə dərman kəşfinə dair məlumat verməyə kömək edən canSAR adlı verilənlər bazasına çevrildi.
Tədqiqat nəticəsində alimlər kəşf etdikləri 80 zülalın prostat xərçəngi üçün potensial dərman hədəfi olduğunu müəyyən etdilər. Bunların 11-i mövcud dərmanlarla hədəflənmişdi, digər 7-si isə mövcud klinik tədqiqatlarda olan dərmanlarla hədəflənə bilirdi.
Gələcəyə yönəlmiş mühüm addım
Kəşf edilmiş yeni yanaşmalar klinikada istifadə olunmazdan əvvəl daha çox tədqiqata ehtiyac duyacaq. Bununla belə, bu tədqiqatla prostat xərçənginin inkişafına səbəb olan çoxsaylı yeni gen tapıldı. Bundan əlavə, xəstəliyin biologiyasından necə istifadə edəcəyimiz və bunun üçün potensial müalicələri inkişaf etdirə bilməyimiz barədə çox mühüm məlumat verdi.
Prostat xərçənginin müalicələri hazırlanarkən ən böyük çətinlik bu xəstəliyin hər fərddə fərqli inkişaf etməsidir. Bu, hər xəstə üçün müalicə seçimlərindən hansının ən uyğun olduğuna qərar verməyi çətinləşdirir. Tədqiqatçılar bu araşdırma sayəsində xəstəliyin arxasındakı genetika haqqında anlayışın əhəmiyyətli dərəcədə inkişaf etdiyinə ümid edirlər. Bu məlumat xərçəngin daha yaxşı müalicəsinə kömək edə bilər və ümid edirik ki, daha çox insan sağ qala bilər.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.