Qadınlarda D vitamini səviyyəsi ilə kolon və düz bağırsaq xərçəngi arasında mümkün əlaqə

Böyük müşahidə araşdırmasından əldə edilən nəticələr qandakı D vitamini səviyyələri ilə qadınlarda kolorektal (yoğun bağırsaq) xərçəng riski arasında əlaqə olduğunu göstərdi. Bu nəticələr Cancer Epidemiology, Biomarkers & Prevention adlı jurnalda dərc olundu.
Plazma və ya serum nümunələrində 25-hidroksivitamin D [25 (OH) D] səviyyələrini araşdıran əvvəlki müşahidə tədqiqatları yüksək D vitamini səviyyəsi ilə kolorektal xərçəng riskinin azalması arasındakı əlaqəni müəyyən qədər dəstəkləmişdi. Döş və prostat xərçəngi riskləri üçün nəticələr isə ziddiyyətli idi.
Bu araşdırma pəhriz və həyat tərzinin yoluxucu olmayan xəstəliklərin inkişafına təsirini prospektiv (gələcəyə yönəlik) qiymətləndirən, Avstraliyada sağlam yetkinləri izləmək məqsədilə 1990-cı illərin əvvəlində başladılmış Melbourne Əməkdaşlıq Kohort Araşdırmasının bir hissəsi idi.
Xərçəng diaqnozu olmayan 29.205 iştirakçıdan ibarət əsas qrupdan 1332 qadın və 1664 kişidən ibarət təsadüfi alt qrup seçildi. Hallara dekabr 2007-yə qədər kolon-düz bağırsaq, döş və ya prostat xərçəngi diaqnozu qoyulmuş iştirakçılar daxil idi. Təhlilə daxil edilənlər 547 kolorektal, 634 döş və 824 prostat xərçəngi halı idi.
Araşdırmanın ən mühüm nəticəsi olaraq yüksək qan D vitamini səviyyələri ilə qadınlarda kolorektal xərçəng riski arasında tərs əlaqə müşahidə edildi: %48 risk azalması. Lakin kişilərdə belə risk azalmasının görülməsi.
Maraqlıdır ki, D səviyyələri yüksək olan şəxslərdə BRAF V600E mutant kolorektal xərçəng riski % 29 daha az idi. Bu mutasiya müsbətliyinin kolon və düz bağırsaq xərçənglərində görülmə göstəricisi təxminən %10-dur.
Qan D vitamini səviyyələri ilə döş və ya prostat xərçəngi riski, estrogen reseptoru vəziyyəti (döş), mərhələ və ya KRAS vəziyyəti (kolorektal xərçəngdə) arasında əhəmiyyətli əlaqə müşahidə edilmədi.
Qeyd: Bu araşdırma qan D vitamini səviyyələri ilə qadınlarda kolorektal xərçəng arasında əlaqəni təsdiqləyən nəticələr təqdim edir, lakin yalnız bu nəticələrə baxaraq bir səbəb-nəticə əlaqəsindən danışmaq olmaz. Yəni D vitamini əlavəsi almağın qadınları kolorektal xərçənglərdən qoruduğunu demək olmaz, çünki kolorektal xərçənglərə daha az tutulan qadınların D vitamini səviyyələrinin yüksək olmasının başqa səbəbləri də ola bilər və bu araşdırma digər səbəbləri ortaya qoymur və ya aydın səbəb-nəticə əlaqəsini izah edə bilmir.
Mənbələr
Circulating 25-hydroxyvitamin D concentration and risk of breast, prostate, and colorectal cancers: the Melbourne Collaborative Cohort Study.
Cancer Epidemiol Biomarkers Prev, 6 March 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.