Sinfinin ilk dərmanı tarlatamab kiçik hüceyrəli ağciyər xərçəngində FDA təsdiqi alıb

Bu məqalədə
Platin əsaslı kimyaterapiya zamanı və ya ondan sonra xəstəliyi irəliləmiş, yayılmış mərhələli kiçik hüceyrəli ağciyər xərçənginin (KHAK) müalicəsi üçün tarlatamab-dlle (Imdelltra, Amgen, Inc.) 16 may 2024-cü ildə sürətləndirilmiş FDA (ABŞ Qida və Dərman İdarəsi) təsdiqi alıb.
Sinfinin ilk bispesifik (ikiqat təsirli) dərmanı
Sinfinin ilk bispesifik dərmanı əvvəllər oxşar mexanizm və ya hədəflərlə hazırlanmamış tamamilə yeni dərman növü deməkdir. Tarlatamab-dlle həm şiş hüceyrələrindəki DLL3 zülalına, həm də immun sisteminin hüceyrələrindəki CD3 zülalına eyni vaxtda bağlana bilən ilk dərmandır. Beləliklə, immun sistemini aktivləşdirərək şiş hüceyrələrini məhv etməyi hədəfləyir. Bu ikiqat hədəfli yanaşma ənənəvi müalicələrlə müqayisədə daha yüksək effektivlik və daha az əlavə təsir potensialı təqdim edə bilər. Bu baxımdan tarlatamab hədəfə yönəlmiş müalicə / ağıllı dərman kateqoriyasında qiymətləndirilir.

Tarlatamab şiş hüceyrələri də daxil olmaqla hüceyrələrin səthindəki delta-bənzər liqand 3-ə (DLL3) və T hüceyrələrinin səthində ekspressiya olunan CD3-ə bağlanan, sinfinin ilk nümunəsi olan bispesifik T-hüceyrə aktivləşdiricisidir (BiTE). Bu qarşılıqlı təsir T hüceyrələrinin aktivləşməsinə, iltihabi sitokinlərin ifrazına və DLL3 ekspressiya edən xərçəng hüceyrələrinin parçalanmasına səbəb olur.
DeLLphi-301 tədqiqatı ilə alınmış FDA təsdiqi
Effektivlik açıq etiketli, çoxmərkəzli, çoxkohortlu DeLLphi-301 tədqiqatına daxil edilmiş, platin əsaslı kimyaterapiyadan sonra xəstəliyi irəliləmiş, təkrarlayan/müalicəyə davamlı yayılmış mərhələli KHAK olan 99 xəstədə qiymətləndirilib.
Simptomatik beyin metastazı, interstisial ağciyər xəstəliyi və ya qeyri-infeksion pnevmoniti və aktiv immun çatışmazlığı olan xəstələr tədqiqatdan kənarlaşdırılıb. Xəstələrə xəstəlik irəliləyənə və ya qəbuledilməz toksiklik yaranana qədər tarlatamab verilib.
Əsas effektivlik nəticə ölçüləri ümumi cavab göstəricisi (ORR= overall response rate) və cavab müddəti olub.
- Ümumi cavab göstəricisi 40% (95% CI: 31, 51), müalicəyə cavab verən xəstələrdə isə cavabın median müddəti 9,7 ay (aralıq 2,7, 20,7+) olub.
Platinə həssaslıq vəziyyəti barədə məlumatları mövcud olan 69 xəstənin ümumi cavab göstəricisi
- platinə davamlı KHAK olan 27 xəstədə 52% (95% CI 32, 71) (son platin müalicəsi dozasından sonra < 90 gün ərzində proqressiya kimi müəyyən edilir) və
- platinə həssas KHAK olan 42 xəstədə 31% (95% CI 18, 47) olub (son platin müalicəsi dozasından sonra ≥ 90 gündə proqressiya kimi müəyyən edilir).

Tarlatamab-dlle üçün resept məlumatlarında ciddi və ya həyat üçün təhlükəli sitokin ifrazı sindromu (CRS) və immun effektor hüceyrələrlə əlaqəli neyrotoksiklik sindromu (ICANS) daxil olmaqla nevroloji toksiklik barədə çərçivəli xəbərdarlıq var. Ən çox rast gəlinən arzuolunmaz reaksiyalar (20%-dən çox) sitokin ifrazı sindromu (CRS), yorğunluq, hərarət, disgevziya (dadbilmə pozuntusu), iştahasızlıq, əzələ-skelet ağrısı, qəbizlik, anemiya və ürəkbulanma olub. Ən çox rast gəlinən dərəcə 3 və ya 4 laboratoriya pozuntuları (≥5%) limfositlərin azalması, natriumun azalması, sidik turşusunun artması, ümumi neytrofillərin azalması, hemoqlobinin azalması, aktivləşdirilmiş parsial tromboplastin vaxtının uzanması və kaliumun azalması olub.
Tövsiyə olunan tarlatamab dozası 1-ci siklin 1-ci günü venadaxili infuziya ilə 1 saat ərzində verilən 1 mg başlanğıc dozası, sonra 1-ci siklin 8-ci və 15-ci günləri 10 mg, daha sonra isə xəstəlik irəliləyənə və ya qəbuledilməz toksiklik yaranana qədər hər 2 həftədən bir tətbiq olunur.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.