Süd vəzi xərçəngi dərmanı müalicəyə davamlı ağciyər xərçəngində təsirli ola bilər

EGFR mutasiyası müsbət ağciyər xərçəngində hədəfli müalicələr ilk illərdə olduqca təsirlidir. Lakin zaman keçdikcə xərçəng hüceyrələri hədəfli dərmanlara qarşı müqavimət yaratmağa başlayır. İkinci xətt müalicəsi ənənəvi kimyaterapiyanı ehtiva edir. Kimyaterapiyalar hədəfli ağıllı dərmanlara nisbətən daha çox əlavə təsirə malikdir. Buna görə digər hədəfli dərmanlara ehtiyac duyulur. Bu baxımdan dekabr 2018-ci ildə Cell jurnalında dərc olunan araşdırmada süd vəzi xərçənginə qarşı hazırlanmış dərmanın EGFR mutant və dərmana davamlı ağciyər xərçənglərində təsirli ola biləcəyi aşkar edildi.
Əlaqəli mövzu:
Araşdırma Londondakı Xərçəng Tədqiqat İnstitutu və Francis Crick İnstitutunun alimləri tərəfindən aparıldı. Araşdırmada P110a inhibitorlarının EGFR mutant ağciyər xərçənglərində effektivliyi siçan modellərində sınanmışdır. P110a inhibitorunun əvvəlki klinik tədqiqatlarda süd vəzi xərçəngində təsirli olduğu göstərilmişdir. P110a inhibitorları RAS zülalı ilə p110a zülalı arasındakı bağlanmanı bloklayaraq təsirini göstərir.
Araşdırma nəticələrinə görə;
- P110 inhibitoru tətbiq edilən siçanlarda ağciyər şişlərində nəzərəçarpacaq kiçilmə müşahidə olundu. Eyni zamanda dərmanın olduqca az əlavə təsirə malik olduğu müəyyən edildi.
Yuxarıdakı şəkildə RAS-p110a hüceyrədaxili yolunun əngəllənməsinin (sağda) xərçəngləşməni necə basqıladığı təsvir edilmişdir.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Hədəfli müalicələr xərçəngə qarşı ən təsirli müalicə üsullarından biridir. Şişlərdəki genetik dəyişiklikləri hədəfləyən dərmanların hazırlanması xəstələrin ömür müddətində nəzərəçarpacaq artım təmin etmişdir. Bu araşdırmada süd vəzi xərçəngində təsirli olan dərmanın dərmana davamlı ağciyər xərçənglərində də təsirli ola biləcəyi göstərilmişdir
- Hədəfli müalicələr kimyaterapiyaya nisbətən daha az əlavə təsirə malikdir. P110 inhibitorları ağciyər xərçənglərini təsirli şəkildə müalicə edə bilər. P110 inhibitorlarının EGFR müsbət ağciyər xərçənginin ikinci xətt müalicəsində tətbiqi nəzərdən keçirilir.
- Xüsusilə vurğulamaq lazımdır ki, bu araşdırmada dərmanın ağciyər xərçəngində təsirli ola biləcəyi «siçan modellərində» göstərilmişdir. Klinik tədqiqatlarda effektivliyi göstərildikdən sonra xəstələrdə istifadə oluna biləcək.
Mənbələr
Disruption of the Interaction of RAS with PI 3-Kinase Induces Regression of EGFR-Mutant-Driven Lung Cancer.
Cell, 26 December 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.