Sünnət MÖ 2400 – Əməliyyat tarixinin ən qədim sirri

Tibb tarixçisi David Gollaher belə yazır: “Sünnət əməliyyat tarixinin ən qədim sirridir” deyə yazır. “Neolit mağara rəsminin arxasındakı təkanı təsəvvür etmək qədim sivilizasiyaları özlərinin və ya gənclərinin cinsiyyət orqanlarını kəsməyə nəyin sövq etdiyini təxmin etməkdən daha asandır. Bununla belə, minilliklər əvvəl tibb və din ayrı müdriklik axınlarına ayrılmamışdan çox əvvəl penisin sünnət dərisini kəsmək simvolik yara kimi kəşf edildi. Beləliklə, sünnət fövqəladə güc ritualına çevrildi.”
Kişi sünnəti penisin ucundakı dərinin bir hissəsinin prosedurla çıxarılmasını əhatə edir. Yaranma səbəbləri üçün gigiyenaya yardım, həzzi artırmaq və ya azaltmaq, yaxud insan qruplarını fərqləndirmək kimi müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Məlum ən qədim sünnət təsviri M.Ö. 2.400 ətrafına aid Misir relyefindədir. Yazıda “Tutun və huşunu itirməsinə imkan verməyin.” yazılır. İbrani Bibliyasındakı Yeremya kitabına görə M.Ö. altıncı əsrdə israillilər və yaxınlıqdakı bəzi xalqların sünnət etdikləri yazılmışdır. Yaradılış kitabında (Book of Genesis) Tanrı İbrahimə “sizinlə aramızdakı əhdin işarəsi” kimi sünnət olunmasını deyir. Quranda qeyd edilməsə də, kişi sünnəti İslamda geniş tətbiq olunur. 1442-ci ildə Katolik Kilsəsi sünnəti ölümcül günah kimi qınadı.
Hazırda dünyadakı kişilərin təxminən %30-u sünnətlidir. Sübutlar kişi sünnətinin penis-vaginal əlaqə zamanı kişinin HIV-ə (insan immunçatışmazlığı virusuna) yoluxma riskini əhəmiyyətli azaltdığını göstərsə də, böyük tibbi cəmiyyətlərin əksəriyyəti körpələrin rutin sünnətini tövsiyə etməkdən imtina edir.
İsveçli antropoloq Felix Bryk “Qadında və kişidə sünnət” (1934) kitabında belə yazmışdır: “Sünnəti araşdırmağa başlayan şəxs mədəniyyətin bütün sahələrindən bir kəsik tapır, çünki burada insanlıq tarixinin köklərinə toxunulur; bu qədim ənənədə hökumətin formalaşmasının mənşəyi, sehr, din, cərrahiyyə, gigiyena və nəhayət cinsi mədəniyyət kəsişir."
Yazının şəklinin izahı: Orta Asiyada, Türküstanda kiçik oğlan uşağı sünnət edilir (c. 1870). (Şəkil: Turkestanskīĭ al’bom, chast ’ėtnograficheskaia.)
Yazıda adı çəkilən tarixi şəxslər: Felix Bryk (1882–1957), David L. Gollaher (b. 1949)
- Əvvəlki mövzu: Şüşə göz MÖ 2800 – Süni gözün qədimə uzanan təəccüblü tarixi
- Növbəti mövzu: Ayurveda təbabəti MÖ 2000 – Hindlilərin həyat elmi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.