Təkrarlamış və ya 4-cü mərhələ baş-boyun xərçənginin müalicəsində palbosiklib

ASCO 2018 Konqresinin baş-boyun xərçəngləri sahəsində diqqətçəkən inkişaflarından biri də metastatik və ya təkrarlamış, HPV ilə əlaqəli olmayan baş-boyun xərçənglərinin müalicəsində CDK 4/6-nı inhibə edən yeni xərçəng dərmanlarından biri olan palbosiklibin(Ibrance) sınaqdan keçirildiyi bir faza-2 klinik tədqiqat idi.
Qərb cəmiyyətlərində baş-boyun xərçənglərinin təxminən yarısı HPV infeksiyası ilə əlaqəlidir. Bu tədqiqata HPV ilə əlaqəli olmayan — bu növ baş-boyun xərçənglərində əsas risk amilləri siqaret və alkoqol istifadəsidir — təkrarlamış və ya metastatik baş-boyun xərçəngi olan xəstələr daxil edilib. HPV ilə əlaqəli olmayan baş-boyun xərçənglərinin daha pis proqnoza (xəstəliyin gedişinə) və daha qısa ömür müddətinə malik olduğu məlumdur.
Hüceyrə bölünməsi zamanı nəzarət mexanizmləri var, bunlardan biri də CDK 4/6 sistemidir. Xərçəng hüceyrələri çox tez-tez bölünən hüceyrələr olduğundan hüceyrə bölünməsinin nəzarət nöqtələrinə təsir edən dərmanların xərçəng müalicəsində faydalı ola biləcəyi fikri yaranıb və bu məqsədlə yeni CDK 4/6 inhibitoru (basqılayıcı) vasitələr hazırlanıb. Bu xüsusiyyətə malik, hamısı hormon müsbət Her2 mənfi süd vəzi xərçəngindətəsdiqlənmiş 3 dərman var: palbosiklib (Ibrance), ribosiklib (Kisqali) və abemasiklib (Verzenio). Bunların arasında palbosiklibilk hazırlanmış CDK 4/6 inhibitorudur.

Laboratoriya tədqiqatlarında baş-boyun xərçənglərinin müalicəsində tez-tez istifadə edilən setuksimab (Erbitux) kimi EGFR inhibitorlarınaqarşı yaranan davamlılıqdaCDK 4/6 sisteminin təsirli olduğunun göstərilməsi palbosiklibin setuksimaba davamlılığı aradan qaldıra biləcəyini düşündürüb.
Bu məqsədlə aparılan klinik tədqiqata əvvəllər sisplatin kimyaterapiyası almış, təkrarlamış və ya metastatik yastıhüceyrəli, HPV ilə əlaqəli olmayan baş-boyun xərçəngi olan 30 xəstə daxil edilib və xəstələrə həftəlik venadaxili setuksimabla birlikdə həb şəklində palbosiklib verilib.
Tədqiqatın nəticələri:
- 30 xəstənin median yaşı 67 idi.
- Xəstələrin %35-i müalicəyə cavab verdi (indiyədək qiymətləndirilə bilən 23 xəstənin 8-i). 3 xəstədə tam cavab müşahidə edildi.
- Median proqressiyasız sağqalım (müalicə ilə xəstəliyi nəzarətdə saxlama) müddəti 6.4 ay, median ümumi sağqalım müddəti isə 12.1 ay idi.
- Tədqiqata qoşulmazdan əvvəl 3, tədqiqatdan sonra isə səkkiz xəstəyə immunoterapiya tətbiq edildi.
Nəticə / Şərh
Təkrarlamış və ya metastatik, platinə davamlı baş-boyun xərçəngi olan xəstələrdə yalnız setuksimab müalicəsi ilə median ümumi sağqalım müddətinin təxminən 6 ay olduğu xatırlansa, müalicəyə palbosiklib əlavə edilməsinin bu müddəti 12.1 aya çıxarması onkologiya ictimaiyyətində olduqca müsbət qarşılandı. 12.1 aylıq median ümumi sağqalım platinə davamlı təkrarlamış-metastatik yastıhüceyrəli baş-boyun xərçəngi olan xəstələr üçün indiyədək bildirilmiş ən uzun müddətdir. Faza-2 tədqiqatı olduğuna görə hələlik rutin klinik praktikamızı dəyişdirəcək gücdə olmasa da, sisplatinə davamlı qrupda fayda aydındır. CDK 4/6 inhibitorlarının genişmiqyaslı randomizə edilmiş tədqiqat nəticələrini gözləyəcək və sizinlə paylaşacağıq.
Mənbələr
Multicenter phase II trial of palbociclib, a selective cyclin dependent kinase (CDK) 4/6 inhibitor, and cetuximab in platinum-resistant HPV unrelated (-) recurrent/metastatic head and neck squamous cell carcinoma (RM HNSCC).
2018 ASCO Annual Meeting - Abstract No: 6008
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.