Xərçəng xəstələri və ailələri üçün yaradıcı art-terapiya tətbiqləri

Xərçəng xəstələrin və ailələrinin psixoloji sağlamlığına da mənfi təsir edir. Qorxu və anksiyete (narahatlıq) başda olmaqla stress, depressiya, emosional münaqişələr, çarəsizlik və travmalar yaşana bilər. Bu cür psixoloji hallar xərçəng xəstələrinin immun sisteminəvə tibbi müalicə prosesinə mənfi təsir edir. Xəstə yaxınları isə vaxtlarının böyük hissəsini xəstələrlə keçirdiklərindən təbii olaraq oxşar emosional çətinliklər yaşayırlar.
Müsbət duyğuları dəstəkləmək..
Xəstələr, ailələri və yaxınları ilə hazırlanmış yaradıcı art-terapiya üsullarının müntəzəm tətbiqi sayəsində qorxu və depressiya kimi psixoloji problemlərin azaldığını, yerini müsbət duyğuların aldığını klinik tədqiqatlara əsasən demək mümkündür.
Klinik tədqiqatlardan bir nümunəni birlikdə nəzərdən keçirək:
Klinik tədqiqatın məqsədi; Yaradıcı art-terapiya müdaxiləsinin xərçəng xəstələrinə və yaxınlarına təsirlərinin araşdırılması.
Üsul; Xərçəng xəstələri və yaxınları ilə 6 aylıq yaradıcı art-terapiya müxtəlif üsullarla həyata keçirilib.
İncəsənətdən istifadə etməyin, yəni həyatımızda hansısa şəkildə olmasının belə daha yaxşı hiss etməyə təsiri məlum həqiqət olduğu halda, müxtəlif tətbiqlər üzərində də işlənib. Bir neçə növ yaradıcı sənət fəaliyyəti ailələrlə birlikdə sınanıb və hesabatları aparılıb. Qatılan ailə və xəstələrdə qorxunun, narahatlığın və stressin azaldığı, emosional vəziyyətin yaxşılaşdığı müşahidə edilib.
Yataqbaşı tətbiq proqramı kimi xərçəng mərkəzləri və kimyaterapiya bölmələri üçün hazırlanaraq sonradan tətbiqə də qoyulub. Fəaliyyətlər bu tədqiqatlardan çıxış edərək rahatladıcı, sadə və xəstə yaxınlarının narahatlıq və qorxudan uzaq yanaşa bilmələri üçün xüsusi hazırlanıb. Xəstələrin təşviqi ilə yaxınlarının daha çox qatıldığı müşahidə olunan bu tədqiqatda iştirakçılara ciddi müsbət təsirlər görülüb. Bu məşğələlərə qatılanların ünsiyyətinə də müsbət töhfə olub.
Əlaqəli mövzu:
"Axı mən sənətçi deyiləm..."
Bir çox xəstə və ya yaxını bu tətbiqləri etmək üçün sənət qabiliyyətinin lazım olduğunu düşünür. Halbuki belə deyil. Xəstə və yaxınları seansa başladıqdan sonra rənglər arasında seçim edərkən hansı formaları istifadə etməli olduqlarını müzakirə etmək belə xəstəliyin yaratdığı emosional çətinliklərdən uzaqlaşıb daha rəngli mövzuya diqqət yetirmələrini təmin edib.
Yaradıcı art-terapiya müdaxilələrinin məqsədləri xəstələrin, ailələrinin və yaxınlarının
- stressini,
- narahatlığını,
- qorxularını azaldıb,
- müsbət duyğularını artırmaqdır.
Bunların ölçülməsinə də diqqət yetirilən tədqiqatda narahatlıq, kədər, depressiya, çaşqınlıq, enerji, ağrı və əsəbilik hisslərini 5 müxtəlif şkalada "indi belə hiss edirəm" ilə başlayan ayrı cümlələrdə qiymətləndirmələri istənib. Beləliklə, öz əhval vəziyyətlərini özləri müşahidə edə biliblər. Gündə orta hesabla 3 dəqiqə sürən bu ölçmə sayəsində xəstə və yaxınları özlərini qiymətləndirməyə başlayıblar.
Tədqiqatların nəticəsində tapılan: Yaradıcı art-terapiyanı qəbul edən, xərçəng xəstəsi olan 40 ailənin nəzərəçarpacaq dərəcədə stress və qorxularının azaldığı bildirilib, narahatlıqlarının azaldığı və emosional vəziyyətlərinin yaxşılaşdığı bildirilib.

Yaradıcı art-terapiya müdaxilələri ilə xəstələrin ailələrinin yaxşı hiss etməsi, yəni müsbət duyğuları inkişaf etdirilib. Müsbət duyğuların insan beyninə təsiri genişləndirmə və qurma nəzəriyyəsi (Broaden and Build Theory) ilə izah edilə bilər. Müsbət duyğular beyni dopamin və serotoninlə (xoşbəxtlik hormonları) doldurur. Bununla düşüncə və hərəkətlər üçün yeni yollar açılır. Bu kimyəvi maddələr sayəsində xəstə və yaxınları özlərini daha yaxşı hiss edərkən düşüncə-davranış repertuarı genişlənir. Bunun nəticəsi qısamüddətli yaradıcılığı, problem həll etmə qabiliyyətini və diqqəti artırır. Həmçinin xərçəng xəstələri və ailələrinin özlərini incəsənətlə ifadə edərkən aralarındakı və başqaları ilə ünsiyyətlərinin müsbət inkişaf etdiyi də müşahidə edilib.
Yaradıcı art-terapiya hər hansı şeyin eynisini təsvir etmək deyil
Xəstələr və yaxınları yaradıcı art-terapiya üsullarını ilk eşitdikdə çəkinə və gözəl əsər yaratmaq narahatlığı yaşaya bilərlər. Xatırlatmaq faydalıdır: yaradıcı art-terapiya üsulları gözlə görünən hər hansı şeyin surətini çəkmək kimi nəticəyönümlü fəaliyyət deyil. Adından göründüyü kimi yaradıcı, sərbəst və müxtəlif material araşdırmalarını ehtiva edən prosesyönümlü təcrübədir. Sadə sənət fəaliyyətlərini və xoş materialları rəngli vasitələr kimi gördükdə rahatlaşıb özlərini axına buraxa bilirlər, yalnız onda müsbət geribildirim almaq mümkün olur.
Mənbələr
Testing the Efficacy of Creative- Arts Intervention With Family Caregivers of Patients With Cancer.
Journal of Nursing Scholarship, 2004; 36:3, 214-219, Sigma Theta Tau International.
2. Wadlinger, H. A., & Isaacowitz, D. M. (2006).
Positive mood broadens visual attention to positive stimuli. Motivation and Emotion,
30(1), 87-99.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.