Xərçəngdə istifadə olunan qısaltmalar: xəstələr və yaxınları üçün onkoloji lüğət

Bu məqalədə
Onkologiyada istifadə olunan qısaltmalar və terminlər bələdçisi
Xərçəng müalicəsi zamanı rast gəlinən “həkimlərin dili” bəzən mürəkkəb görünə bilər. BT-dən NGS-yə qədər ən çox işlənən terminləri bir araya gətirdik.
I. Əsas onkologiya anlayışları
| Qısaltma / Termin | Açılışı | Sadə mənası |
|---|---|---|
| CA | Cancer | Xərçəng |
| TM | Şiş | Kütlə |
| Benign | Xoşxassəli | Yayılmır |
| Malign | Bədxassəli | Yayıla bilər |
| Met | Metastaz | Başqa orqana yayılma |
| Primer | Primary | İlk yarandığı yer |
| Recurrence | Residiv | Təkrarlanması |
II. Diaqnostika və görüntüləmə qısaltmaları
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| BT | Kompüter tomoqrafiyası | Xüsusi rentgen şüaları ilə aparılan görüntüləmə üsulu |
| MR | Maqnit rezonansı | Maqnit sahəsi ilə aparılan görüntüləmə üsulu |
| PET/BT | Pozitron emissiya tomoqrafiyası | Şişin aktivliyini və yayılmasını müəyyən etmək üçün xüsusi görüntüləmə üsulu |
| USG | Ultrasonoqrafiya | Səs dalğaları ilə aparılan görüntüləmə üsulu |
| MMG | Mamoqrafiya | Süd vəzisinin rentgen görüntüsü |
| DEXA/DXA | Dual-Energy X-ray Absorptiometry | Sümük sıxlığını müəyyən etmək üçün istifadə olunan üsul |
III. Patologiya və molekulyar testlər
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| Bx | Biopsiya | Toxuma nümunəsinin götürülməsi |
| IHK | İmmunohistokimya | Hüceyrə boyama testi |
| NGS | Next-Generation Sequencing | Şiş genetikası testi |
| FISH | Flüoressent in situ hibridləşmə | Şiş genetikasını təsdiqləyən test |
| PCR | Polymerase Chain Reaction | İrsi xəstəliklərin diaqnostikası, genetik mutasiyaların müəyyən edilməsi və yoluxucu xəstəliklərin diaqnostikası üçün istifadə olunur |
| TMB | Tumor Mutation Burden | Şiş mutasiya yükü |
| MSI | Mikrosatellit qeyri-sabitliyi | DNT təmirinin pozulması |
| ctDNA | Circulating Tumor DNA | Qanda dövr edən şiş DNT-si |
IV. Şiş markerləri (qan testləri)
| Qısaltma | Açılışı | İstifadə olunduğu xərçəng |
|---|---|---|
| CEA | Karsinoembrional antigen (CarcinoEmbryonic Antigen) | Həzm sistemi, süd vəzi və ginekoloji xərçənglər |
| CA 15-3 | Cancer antigen 15-3 | Süd vəzi |
| CA 125 | Cancer antigen 125 | Ginekoloji xərçənglər, peritoneal xərçənglər |
| AFP | Alfa-fetoprotein | Qaraciyər, germ hüceyrəli şişlər |
| PSA | Prostat spesifik antigen | Prostat |
| CA 19-9 | Cancer antigen 19-9 | Həzm sistemi xərçəngləri |
V. Müalicə növləri və müalicə vaxtı
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| KT | Kimyaterapiya | Xərçəng hüceyrələrini öldürmək üçün istifadə olunan müalicə |
| RT | Radioterapiya | Şüa müalicəsi |
| IT/IO | İmmunoterapiya | İmmun sistemini fəallaşdıran müalicə |
| TT | Targeted therapy | Hədəfə yönəlmiş müalicə (ağıllı dərman) |
| Cer | Cərrahiyyə | Əməliyyat |
| Neo-adj | Neoadjuvant | Şişi kiçiltmək üçün verilən müalicə |
| Adj | Adjuvant | Qoruma məqsədilə verilən müalicə |
| Pal | Palliativ | Rahatlatmaq məqsədilə verilən müalicə |
| BSC | Best Supportive Care | Həyat keyfiyyətini artırmaq üçün dəstəkləyici müalicələr |
VI. Müalicə uğuru və cavab terminləri
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| OS | Overall survival | Ümumi sağqalım müddəti |
| PFS | Progression-free survival | Xəstəlik irəliləmədən yaşama müddəti |
| DFS | Disease-free survival | Xəstəliksiz müddət |
| ORR | Overall response rate | Cavab faizi |
| CR | Complete response | Müalicəyə tam cavab |
| PR | Partial response | Müalicəyə qismən cavab |
| SD | Stable disease | Xəstəliyin sabit qalması |
| PD | Progressive disease | Xəstəliyin irəliləməsi |
VII. Xəstənin vəziyyəti, risk və mərhələləndirmə
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| ECOG Score | Eastern Cooperative Oncology Group balı | Xəstənin gücünü və vəziyyətini müəyyən edən qiymətləndirmə sistemi |
| PS | Performance status | Ümumi vəziyyət |
| BMI | Body Mass Index | Bədən kütlə indeksi |
| IMDC | International Metastatic RCC Database Consortium | Böyrək xərçəngi riskini müəyyən etmək üçün istifadə olunan üsul |
| TNM | Mərhələləndirmə sistemi |
T: Şiş ölçüsü N: Limfa düyünü M: Uzaq orqana yayılma (metastaz) |
VIII. Tez-tez işlənən laboratoriya qısaltmaları
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| WBC | White Blood Cells | İmmunitetdə iştirak edən ağ qan hüceyrələri |
| Hb | Hemoglobin | Toxumalara oksigen daşıyan qırmızı qan hüceyrəsi |
| PLT | Platelets | Qan lövhəcikləri |
| ANC | Absolute Neutrophil Count | Mütləq neytrofil sayı |
| AST/ALT | Aspartat aminotransferaza / Alanin aminotransferaza | Qaraciyər ferment testləri |
| Krea | Kreatinin | Böyrək funksiyası testi |
IX. Tətbiq yolu və doza ifadələri
| Qısaltma | Açılışı | Mənası |
|---|---|---|
| IV | İntravenoz | Venadaxili |
| PO | Per oral | Ağızdan |
| SC | Subkutan | Dərialtı |
| BID | Bis in die | Gündə 2 dəfə |
| TID | Ter in die | Gündə 3 dəfə |
| PRN | Pro re nata | Ehtiyac olduqda |
X. Genetik / hədəf və immunoterapiya markerləri
| Qısaltma | Açılışı / Qısa tərifi |
|---|---|
| CERBB2/HER2 | Human epidermal growth factor, Trastuzumab, Pertuzumab, Trastuzumab Deruxtecan, Trastuzumab Emtansine, Lapatinib kimi dərmanlara uyğunluğu müəyyən etmək üçün istifadə olunan test |
| EGFR | Epidermal growth factor receptor, Osimertinib, Afatinib, Erlotinib, Amivantamab kimi dərmanlara uyğunluğu müəyyən etmək üçün istifadə olunan test |
| ALK | Anaplastik limfoma kinazası, Alectinib, Lorlatinib kimi dərmanlara uyğunluğu müəyyən etmək üçün istifadə olunan test |
| KRAS | Kirsten Rat Sarcoma Virus, Cetuximab, Bevacizumab, Panitumumab, Sotorasib kimi dərmanlara uyğunluğu müəyyən etmək üçün istifadə olunan test |
| BRAF | Əsasən melanoma və ağciyər xərçəngində hədəf mutasiya |
| PD-L1 | Programmed Death Ligand-1, immunoterapiya müalicələrinə uyğunluğu müəyyən etmək üçün istifadə olunan test |
XI. Xəstəxana və müalicə prosesi qısaltmaları
| Qısaltma | Açılışı |
|---|---|
| MDT | Multidissiplinar şura |
| OPD | Poliklinika |
| IP | Stasionar |
| OP | Ambulator |
| FU | İzləmə |
| Dx | Diaqnoz |
XII. Təcili / kritik vəziyyət terminləri
| Qısaltma | Mənası |
|---|---|
| FN (Febrile Neutropenia) | Febril neytropeniya |
| SE (Side Effect) | Yan təsir |
| AE (Adverse Event) | Arzuolunmaz hadisə |
| SAE (Serious Adverse Event) | Ciddi arzuolunmaz hadisə |
XIII. Ən çox eşidilən 20 qısaltma
BT, MR, PET, KT, RT, OS, PFS, HER2, PD-L1, NGS, ECOG, Met, Adj, Neo, CR, PR, SD, PD, IV, PO, FN, ANC.
"Xərçəng müalicəsi bir səfərdir və bu səfərdə terminologiyanı anlamaq qaranlıq yolda fənərlə getmək kimidir. Hesabatlarınızdakı qısaltmalar yalnız tibbi kodlar deyil, sizə ən uyğun müalicəni seçməyimizə kömək edən kompaslardır. Lakin unutmayın: hesabatlardakı rəqəmlər və qısaltmalar 'sizi' tam təsvir etmir. Ən düzgün şərhi bu məlumatları klinik vəziyyətinizlə birləşdirən onkoloqunuz verəcək. Məlumatlı olmaq qorxunu azaldır, müalicəyə uyğunluğu artırır."
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.