Yağ hüceyrələri kimyaterapiyanın təsirini azaldır ola bilər

Bu məqalədə
Molekulyar Xərçəng Tədqiqatları Jurnalında dərc edilmiş yeni tədqiqata görə yağ hüceyrələri kimyaterapiyanın müalicəvi təsirini azalda və daha pis nəticələrə səbəb ola bilər.
Əvvəlki tədqiqatlar piylənmənin süd vəzi, kolon (yoğun bağırsaq), yumurtalıq və prostat daxil müxtəlif xərçənglərdə xəstəlik prosesinə mənfi təsirini göstərmişdi. Lakin bu, indiyə qədər artıq yağlanmanın kimyaterapiyanın təsirini azaltması ilə əlaqələndirilməmişdi. Bu tədqiqat artıq yağlanmanın kimyaterapiyanın şiş toxumasında daha sürətlə parçalanmasına səbəb ola biləcəyini göstərir.
Tədqiqatçılar piylənmənin antrasiklin qrupu kimyaterapiya dərmanı daunorubisinin farmakokinetikasını necə dəyişdirdiyini araşdırdılar [farmakokinetika dərmanın bədəndə emalını (sorulma, paylanma, çevrilmə və xaric edilmə) ifadə edir].
Tədqiqatda leykoz (qan xərçəngi) hüceyrələri yağ hüceyrəli mühitdə çoxaldılıb daunorubisinlə müalicə edilməyə çalışıldı. Həmçinin xərçəngli şəxslərdən yağ toxuması götürülərək daunorubisini metabolizə (dəyişdirmə-çevirmə) edib-etmədiyi araşdırıldı.
Tədqiqatın əsas tapıntıları
- Yağ hüceyrələrinin (adipositlərin) olması leykoz hüceyrələrində daunorubisin yığılmasını əhəmiyyətli azaltmışdır.
- Yağ hüceyrələri kimyaterapiyanı udub leykoz mikromühitindən uzaqlaşdırmışdır. Yağ hüceyrələri olan nümunələrdə daunorubisinlə müalicə edilən leykoz hüceyrələri sağ qalmış və daha yaxşı çoxalmışdır.
- Yağ hüceyrələri daunorubisini metabolizə edir. Onlardakı fermentlər kimyaterapiya molekulunun quruluşunu dəyişərək leykoz hüceyrələri üçün daha az toksik edir.
Bu tədqiqat bizə nə deyir?
- İnsan yağ hüceyrələrinin kimyaterapiyanı metabolizə edib qeyri-aktivləşdirməsi yeni və maraqlı tapıntıdır.
- Şiş mikromühitinin əhəmiyyəti yenidən anlaşılmışdır. Xüsusilə irəliləmiş xəstəlikdə xərçəng hüceyrələrini əhatə edən çoxsaylı və müxtəlif hüceyrələr gözardı edilərək yeni müalicə hazırlana bilməz. Qan xərçənglərini nümunə götürsək, qan dövranında sabit və daha az mikromühit olduğu halda, sümük iliyində çox mürəkkəb mikromühit var.
- Yağ hüceyrələrindəki fermentlər daha güclü kimyaterapiya dərmanları hazırlayıb effektiv müalicələr təqdim etmək üçün klinisyenlərə və tədqiqatçılara yol göstərə bilər.
- Bu tədqiqat həmçinin artıq çəki və piylənmənin xərçəng prosesinə necə mənfi təsir etdiyinə dair yeni fikir ortaya qoymuşdur.
Əlaqəli mövzu:
Mənbələr
Adipocytes Sequester and Metabolize the Chemotherapeutic Daunorubicin.
Molecular Cancer Research, November 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.