Yeni hesabat xərçəngə bağlı həyat itkisi göstəricilərinin azaldığını göstərir

Journal of the National Cancer Institute (Milli Xərçəng İnstitutu) adlı jurnalda 30 may 2019 tarixində dərc edilmiş son illik hesabata görə, xərçəngə bağlı mortalite (ölüm göstəriciləri) azalmağa davam edir.
Hesabata görə, ABŞ-da 1999-2016 dövründə kişilər, qadınlar və uşaqlar üçün xərçəngdən ölüm göstəriciləri azalmağa davam etdi.
Tədqiqatçılar 2011-2015 illərində əldə edilmiş məlumatlara baxdıqda, bütün xərçəng növlərini nəzərə alaraq bütün yaş qruplarının məlumatlarını araşdırdıqda kişilərdə xərçəngə tutulma göstəricisinin qadınlardan 1.2 dəfə yüksək olduğu müəyyən edildi.
Həmçinin 2012-2016 dövründə kişilərdə ümumi ölüm göstəricisi qadınlardan 1.4 dəfə yüksək idi.
Fərqli yaş qrupları üçün fərqli göstəricilər
Bununla belə, 20-49 yaş qrupuna baxdıqda qadınlarda xərçəngin daha çox rast gəlindiyi müəyyən edildi (kişilər üçün hər 100.000 nəfərə ildə 115 və qadınlar üçün 100.000 nəfərə 203 xərçəng hadisəsi). Həmçinin 2012-2016 dövründə bu yaş qrupu üçün qadınlarda həyat itkisi göstəriciləri kişilərdən yüksək idi (qadınlar üçün 100.000 nəfərə 27.1 və kişilər üçün 100.000 nəfərə 22.8).
Bu yaş qrupu üçün qadınlarda xərçəng göstəricilərinin daha yüksək olması gənc qadınlarda döş xərçənginin qarşısının alınması, erkən diaqnostikası və müalicəsi ilə bağlı tədqiqatların əhəmiyyətini gücləndirir. Həmçinin qadınlarda siqareti tərgitmə və piylənmə ilə mübarizədə zəif qaldığımızı göstərən əlamətlərdən biridir.
20-49 yaş qrupunda qadınlarda ən çox rast gəlinən döş xərçəngi idi, onu qalxanabənzər vəzi xərçəngi və melanoma izləyirdi. Bu yaş qrupunda kişilər üçün kolorektal xərçəng ən geniş yayılmış növ idi, onu xaya xərçəngi və melanoma izləyirdi.
Xərçəng statistikası
ABŞ-dakı qadın və kişilərin həyatları boyu xərçəngə tutulma ehtimalı 3-də 1-dir.
Prostat xərçəngi kişilər üçün ən geniş yayılmış növdür (hər 9 kişidən birinə təsir edir), döş xərçəngi qadınlar üçün ən çox rast gəlinən növdür (hər 8 qadından 1-i).
Həmçinin xərçəngə tutulma riski yaşla birlikdə əhəmiyyətli dərəcədə artır; başqa sözlə, xərçənglər üçün ən vacib risk amili yaşdır. 50 yaş və yuxarıda ortaya çıxan hər 10 xərçəngdən 9-u yaşamaqla bağlıdır. Əksər xərçəng hadisələrinin asanlıqla müəyyən edilə bilən səbəbi olmasa da, ortaya çıxma ehtimalını artıra bilən risk amilləri var.
Bütün xərçənglərin % 5 - 10-u bəzi genetik mutasiyaların irsi ötürülməsindən asılıdır. Radon qazına və ya bəzi kimyəvi kanserogenlərə məruz qalmaq da xərçəng riskini artıra bilər. Həmçinin tütündən istifadə və ultrabənövşəyi işığa həddindən artıq məruz qalma kimi xərçəng riskini artıra bilən həyat tərzi vərdişləri də var.
- Əlaqəli mövzu: Xərçəngin səbəbləri qısaca hansılardır?
Xərçəngə bağlı ölüm göstəriciləri azalmağa davam edir
Bu statistikaya baxmayaraq, hesabatda 2012-2016 dövründə ümumi ölüm göstəricilərinin kişilərdə ildə % 1.8 və qadınlarda ildə % 1.4 azaldığı müəyyən edildi.
Müalicələrdəki irəliləyişlər başda olmaqla, xərçəngdən qorunma və erkən diaqnostika üçün məlumatlılığın artması da bu mülayim, lakin əhəmiyyətli azalmada mühüm yer tutur.
Mənbələr
Annual Report to the Nation on the Status of Cancer, 1999–2015, Featuring Cancer in Men and Women ages 20–49
JNCI: Journal of the National Cancer Institute, 30 May 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.