4-cü mərhələ və ya təkrarlayan baş-boyun xərçənglərində immunoterapiya dərmanı Nivolumab yaşam müddətini uzadır

Bu məqalədə
Pitsburq Universiteti Xərçəng Mərkəzinin araşdırması sürətlə irəliləyən, müalicəyə davamlı baş-boyun şişlərində (ağız və yumşaq damaq, farinks, larinks (qırtlaq), paranazal sinuslar və tüpürcək vəzlərinin yastıhüceyrəli xərçəngləri) təsiredici maddəsi Nivolumab olan Opdivonun az yan təsirlə ümumi yaşamı iki dəfə artırdığını göstərib. Həmçinin bu xəstələrin həyat keyfiyyətini əhəmiyyətli artırıb. Nəticələr çox diqqətçəkən olduğundan müqayisə qrupuna da Nivolumab vermək üçün tədqiqat erkən dayandırılıb.
Tapıntılar 2016 Amerika Xərçəng Cəmiyyətinin (ASCO) Çikaqodakı illik toplantısında təqdim edilib. Nəticələrin alt başlığı Amerika Xərçəng Araşdırmaları Cəmiyyəti tərəfindən həmin il əvvəlki toplantıda açıqlanıb.
Mütəxəssislər bu həyəcanverici nəticələrin başqa seçimi olmayan baş-boyun xərçəngli xəstələrə yeni standart müalicə olduğunu bildirir.
Tədqiqatın təfərrüatları
Tədqiqata xüsusilə gedişi pisləşən, sürətlə yayılan və platin əsaslı kimyaterapiyaya cavabsız 361 metastatik (4-cü mərhələ) və ya təkrarlayan skuamozhüceyrəli baş-boyun xərçəngi xəstəsi qatılıb. Bəzilərinə şiş irəliləyən/yayılanadək yeni nəsil immunoterapiya nivolumab, bəzilərinə standart kimyaterapiya verilib.
Nivolumab alanlarda standart kimyaterapiyadan daha müsbət nəticələr olub. 12 aydan sonra nivolumab alanların 36%-i, standart kimyaterapiya alanların 17%-i sağ qalıb.
Nivolumab 6 aylıq müalicədən sonra xəstəliyi irəliləməyən və şişi kiçilən xəstələrin sayını iki dəfə artırıb. Digər mühüm məqam bu müsbət nəticələrin standart kimyaterapiya alanların yalnız 1/3-i qədər ciddi yan təsir şikayəti ilə görülməsidir.
Bundan başqa nivolumab alanlarda həyat keyfiyyəti sabit qalıb və ya tədqiqatda yaxşılaşıb, kimyaterapiya alanlarda isə azalıb.
Nivolumab ümumən bütün tətbiq olunan xəstələrdə yaşamı artırsa da, ən çox uğur insan papillomavirusu (HPV) müsbət olanlarda olub. Baş-boyun xərçənglərinin HPV infeksiyası ilə əlaqəsinin son illərdə %250 artması səbəbindən nəticə vacibdir.
Baş-boyun xərçənglərinin gələcəyi
Təəssüf ki, xəstələrin çoxunda xərçəng yenə irəlilədiyindən mütəxəssislər görüləcək çox iş olduğunu düşünür. Lakin az yan təsirlə həyat keyfiyyəti və yaşamı artıran yeni vasitə, yəni immunoterapiya olduğundan gələcək heç vaxt olmadığı qədər aydın görünür.
Mütəxəssislər müalicə cavabını yaxşılaşdıran təsirli kombinasiyaları necə qurmağı və dərman davamlılığının necə yarandığını göstərəcək yeni biomarkerləri hələ araşdırır.
Mənbələr
Further evaluations of nivolumab (nivo) versus investigator’s choice (IC) chemotherapy for recurrent or metastatic (R/M) squamous cell carcinoma of the head and neck (SCCHN): CheckMate 141.
2016 ASCO Annual Meeting. Abstract No: 6009
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.