Ağciyər xərçəngində yeni təsdiqlənmiş və gələcəyə ümid verən müalicələr

2011-ci ildən xərçəng müalicəsinə immun sistemi vasitəsilə təsir edən yanaşma olan immunoterapiyalarınəhəmiyyəti və istifadəsi çox sürətlə artır. Bir çox şiş hüceyrəsi immun sistemindən yayınmaq üçün nəzarət nöqtəsi molekullarından istifadə edərək T hüceyrələrinin fəallığını azaldır. Bu basqılayıcı vəziyyəti aradan qaldırmaq və immun sistemini yenidən aktivləşdirmək üçün istifadə olunan üsullar immunoterapiyanın bir növüdür. Bu müalicələrin böyük hissəsini T hüceyrələrinin şiş hüceyrələrini tanıyıb məhv etməsi üçün hərəkətə keçməsini hədəfləyən immun nəzarət nöqtəsi inhibitorları təşkil edir.
Hazırda Amerika Qida və Dərman İdarəsinin (FDA) təsdiqlədiyi və fərqli xərçənglərdə istifadə olunan 7 immun nəzarət nöqtəsi inhibitoru var: atezolizumab, avelumab, cemiplimab, durvalumab, ipilimumab, nivolumab və pemprolizumab. Avelumab və cemiplimabdan başqa digər inhibitorlar genetik anormallıq olmayan (EGFR və ya ALK genləri kimi) irəli mərhələli ağciyər xərçənginin müalicəsi üçün təsdiqlənib.
2020-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) immun nəzarət nöqtəsi inhibitorlarının kombinə müalicələrini irəli mərhələli ağciyər xərçəngi üçün təsdiqlədi.
Ağciyər xərçəngində 2020-ci ildə FDA təsdiqi almış immunoterapiyalar
- İrəli mərhələli kiçikhüceyrəli ağciyər xərçənginin (KHAK) birinci xətt müalicəsi üçün durvalumab (Imfinzi), etoposid və karboplatin və ya sisplatin kimyaterapiyaları ilə birlikdə (mart 2020).
- Metastatik, qeyri-kiçikhüceyrəli, PD-L1 ≥ %1 olan ağciyər xərçəngi xəstələrinin birinci xətt müalicəsi kimi nivolumab (Opdivo) və ipilimumab (Yervoy) kombinasiyası (may 2020).
- Yüksək PD-L1 səviyyəli metastatik qeyri-kiçikhüceyrəli ağciyər xərçənginin (KHDAK) birinci xəttində tək müalicə kimi atezolizumab (Tecentriq) təsdiqləndi. PD-L1 şiş hüceyrələrinin ≥ % 50-sində boyanmalı [TC ≥ 50%] və ya şişə daxil olan immun hüceyrələri şiş sahəsinin ≥ % 10-unda PD-L1 boyanmalı [IC ≥ 10%] (may 2020).
- Nivolumab, ipilimumab və 2 sikl platinəsaslı ikili kimyaterapiya kombinasiyası metastatik və ya təkrarlayan KHDAK-ın birinci xətt müalicəsi kimi FDA təsdiqi aldı (may 2020).
Bu immunoterapiyalara əlavə olaraq müəyyən genetik dəyişiklikləri olan ağciyər xərçənglərinin müalicəsində hədəfə yönəlik ağıllı dərmanlar da istifadə edilir. İyul 2020 etibarilə FDA-nın təsdiqlədiyi, irəli mərhələli KHDAK və ya KHAK müalicəsində istifadə olunan 10 fərqli üsul aşağıdakı cədvəldə xülasə edilib:
*

Çoxlu immunoterapiya üsulu istifadə olunsa da, ağciyər xərçəngi üçün indiyədək yalnız immun nəzarət nöqtəsi inhibitoru növündə immunoterapiyalar təsdiqlənib. Bu sahədə tədqiqatlar sürətlə davam edir.
İmmun nəzarət nöqtəsi inhibitorlarından başqa araşdırılan üsullar
Xəstənin immun sistemini hərəkətə gətirərək şişin tanınıb məhv edilməsini hədəfləyən çoxlu müalicə üsulu digər solid şişlərdə (orqan xərçənglərində) olduğu kimi ağciyər xərçəngində də sınanır.
Adoptiv hüceyrə müalicəsi
Adoptiv hüceyrə müalicəsində şiş hüceyrələrinin tanınmasını artırmaq üçün xəstənin öz immun hüceyrələri və ya genetik dəyişdirilmiş hazır hüceyrələr istifadə edilir. Müxtəlif üsullar olsa da, ağciyər xərçəngində sınananlar CAR T hüceyrə müalicəsi, T hüceyrə reseptoru (TCR) immunoterapiyası və şişə infiltrasiya edən limfosit (TIL) müalicəsidir.
TIL müalicəsinin əsasını təşkil edən şişə infiltrasiya edən limfositlər immun sisteminin hüceyrə qrupudur və şiş ətrafında yerləşir. Bu hüceyrələr şəxsdən ayrılaraq laboratoriyada şişi tanımaq üçün aktivləşdirilir. Aktivləşdirilmiş hüceyrələr xəstəyə kimyaterapiyadan sonra geri verilir. Beləliklə, süni hərəkətə gətirilmiş bu hüceyrələrin şişi tanıyıb məhv etməsi hədəflənir.
Bəzi qan xərçənglərində istifadə edilən və müsbət nəticə verən CAR T hüceyrə müalicəsində məqsəd xəstədən ayrılmış T hüceyrələrində genetik dəyişiklik yaradaraq ximerik antigen reseptorlarının (CAR) istehsalını təmin etməkdir. Bu reseptorlar şiş antigenlərinə xasdır, birbaşa şişi tanıyıb məhv edir. Laboratoriyada genetik dəyişdirilmiş CAR T hüceyrələri xəstəyə geri verilərək şişə təsir göstərməsi təmin edilir.
İnkişafın erkən mərhələsindəki T hüceyrə reseptoru (TCR) immunoterapiyasında xəstədən alınan T hüceyrələrinin daşıdığı reseptorlar şişə xas antigeni tanımaq üçün dəyişdirilərək xəstəyə geri verilir.
Fərdiləşdirilmiş xərçəng peyvəndləri
Xərçəng peyvəndlərinin əsas məqsədi şəxsin immun sistemini şiş hüceyrələrinə daha həssas edərək daha güclü cavab yaratmaqdır. Bu peyvəndlər şəxsdə artıq aktiv olan immuniteti gücləndirə və ya yeni cavabın yaranmasını stimullaşdıra bilər.
Ağciyər xərçəngi üçün hüceyrəvi immunoterapiya klinik tədqiqatları
Adoptiv hüceyrə müalicəsi və fərdiləşdirilmiş xərçəng peyvəndlərinin hazırlanmasında əsas problem şişə xas antigenlərin tapılmasının çətinliyi səbəbindən istənilən cavabın alınmaması və arzuolunmaz yan təsirlərin yaranmasıdır. Buna görə ağciyər xərçəngində tək və ya digər müalicələrlə birlikdə aparılan çoxlu klinik tədqiqat var:
- Nivolumabla TIL müalicəsinin kombinə istifadəsi faza 1 klinik tədqiqatında sınanır.
- Mezoteliomanın (ağciyər qişası xərçənginin) müalicəsi üçün CAR T hüceyrə müalicəsi faza 2 klinik tədqiqat mərhələsindədir.
- KHDAK müalicəsində TCR immunoterapiyası faza 1 klinik tədqiqat mərhələsindədir.
- KHDAK müalicəsində peptid peyvəndi faza 1 və 2 klinik tədqiqatlarında sınanır.
Nəticə
Fərqli immunoterapiyaların sınandığı və istifadə edildiyi immuno-onkologiya texnologiyanın inkişafı ilə çoxlu yenilik təqdim edir. Standart müalicələrdən başqa, fərdiləşdirilmiş üsulların hazırlanması və FDA təsdiqi ilə daha az yan təsirli və daha uzun sağqalım təmin edən müalicələr hədəflənir.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.