Ağız quruluğu

Bu məqalədə
Ağız boşluğunun anormal şəkildə quruması ilə yaranan vəziyyətdir. Revmatik xəstəliklər, şəkərli diabet, böyrək çatışmazlığı, AIDS kimi bir çox xəstəliyin səbəb olduğu ağız quruluğu xərçəng müalicəsinin əlavə təsiri kimi də meydana çıxa bilər.
Ağız quruluğu bir çox amildən asılı olaraq yarana bilər:
- Baş-boyun nahiyəsinə tətbiq edilən radioterapiya
- Baş-boyun nahiyəsində tüpürcək vəzilərinin çıxarılması daxil olmaqla aparılan bütün cərrahi müdaxilələr
- Müəyyən kimyaterapiya agentləri
- Ağız boşluğu infeksiyaları
- Müəyyən dərman müalicələri və diabet kimi xüsusi sağlamlıq vəziyyətləri
- Ağız quruluğunu azaltmaq üçün nə etməliyik?
Ağız gigiyenasına diqqət etməliyik:
- Yatmazdan əvvəl və hər yeməkdən sonra dişlərinizi fırçalayın.
- Qısa, yumşaq uclu neylon diş fırçasından istifadə edin. Diş fırçasının ucu kifayət qədər yumşaq deyilsə, onu isti suya salıb bir müddət saxlamağınız kifayətdir.
- Diş sapından istifadə edərək dişlərinizi təmizləyin.
- Qida sodası ilə qarqara etmək olar.
- Ağzınızı tez-tez duzlu su ilə yaxalayın (250 ml suya yarım qaşıq duz)
- Hər iki saatdan bir və ya ehtiyac olduqca ağzınızı duzlu su ilə yaxalayın. Duzlu su ağzınızı nəm saxlayır və qatı tüpürcəyi durulaşdırır.
- Spirt, təmizləyici maddə və ya dadlandırıcı olan kommersiya qarqaralarından uzaq durun. Bu cür qarqaralar ağız quruluğunu artırdığı kimi diş çürüklərinə də səbəb ola bilər.
- Flüorid geli istifadə edin: Flüorid tərkibli gellər diş minasındakı və dişlərdəki çürüməni minimuma endirir, dişləri möhkəmləndirir.
- Diş protezi istifadə edirsinizsə: Protezlərinizi daim təmiz saxlayın, ağzınıza tam oturduğundan əmin olun və yatarkən onları taxmaqdan çəkinin.
Ağız quruluğu ilə necə mübarizə apara bilərik?
- Ağzınızı yaxalayın və tez-tez su və ya meyvə şirəsini qurtumlayın.
- Yatmazdan əvvəl və hər yeməkdən sonra ağız gigiyenanıza diqqət edin.
- Yeməklərinizin hazırlanma formasını dəyişdirin və onları daha ləzzətli edin.
- Yumşaq və sulu qidalar seçin. Yeməklərinizdə ət suyu və sous istifadə edin.
- Çörək və ya fıstıq əzməsi kimi sərt, quru qidalardan uzaq durun.
- Yemək zamanı daha çox maye qəbul edin.
- Spirtli və qazlı içkilərdən uzaq durun.
- Şəkərsiz saqqız çeynəyin.
- Tüpürcək əvəzedici maddədən, bir çay qaşığı zeytun yağından istifadə edərək diş çürüklərinizi yağlayın.
- Dodaq çatlarını və quruluğunu aradan qaldırmaq üçün dodaq nəmləndiricisi istifadə edin.
- Tüpürcək istehsalını sürətləndirmək üçün istifadə olunan pilokarpin kimi müəyyən dərmanların sizə uyğun olub-olmadığını həkiminizdən soruşun.
Həkiminizdən xəbərsiz heç vaxt özbaşına eşitdiyiniz tövsiyələri tətbiq etməyin. Həkiminiz lazımi müayinələri apararaq zəruri hesab etdiyi əlavələri və/və ya dəyişiklikləri edəcəkdir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.