Bacarıq səviyyəniz nə olursa-olsun, incəsənətlə stressinizi azalda bilərsiniz

Bu məqalədə
Özünüzü stressli hiss edirsiniz? Rəsm çəkin… Tədqiqat bacarıq səviyyəsindən asılı olmayaraq incəsənətlə məşğul olmağın stressi azalda biləcəyini irəli sürür.
Art Therapy jurnalında tədqiqat yalnız 45 dəqiqə saxsı hazırlamaq və ya rəsm çəkmək kimi fəaliyyətlərin qanda kortizol hormonunu azaltdığını göstərib.
Kortizol “stress hormonu” da adlandırılır. Böyrəklərin üstündəki böyrəküstü vəzlərdə istehsal olunur, səviyyəsinin artması stress cavabı yaradır. Başqa sözlə, kortizol nə qədər yüksəkdirsə, şəxs o qədər stresslidir.
Əvvəlki tədqiqatlar incəsənətin stressi azaltma potensialını göstərib. 2010-cu ildə tədqiqata (1) görə rəsm, yazı və musiqi kimi yaradıcı məşğuliyyətlər sıxıntı və stressi azaldır, əhvala müsbət təsir edir. Mütəxəssislər əsas bioloji mexanizmi daha yaxşı anlamaq üçün işlərini davam etdirir.
Tədqiqatda incəsənətlə məşğul olan iştirakçıların % 75-ində kortizol azalıb
Yazımızın mövzusu olan 18-59 yaşlı 39 yetkinlə tədqiqatda (2) iştirakçılar 45 dəqiqə bacarıqlarına uyğun sənətlə məşğul olub. Saxsı, rəsm kimi seçimlər verilən iştirakçılardan yaradıcılıq istənib. Əvvəl və sonra kortizolu ölçmək üçün tüpürcək nümunəsi alınıb.
Tədqiqatçılar stressi azalan iştirakçıların % 75-ində kortizolun azaldığını tapıb. Fəaliyyətdən sonra da eyni tapıntıların qaldığı müşahidə edilib.
İncəsənət gənc yetkinlərdə stressin azalmasına daha güclü təsir edir
Bununla yanaşı fəaliyyət zamanı iştirakçıların % 25-ində kortizol artıb. Mütəxəssislər kortizol işləməyə davam etməli olduğundan bunun gözlənilən olduğunu deyib. Məsələn, gün ərzində səviyyə dəyişir; səhər günə başlamağa enerji üçün ən yüksəkdir. Sənətlə məşğul olanlarda da kortizol səviyyəsinin canlanıb hərəkətə gəldiyi düşünülür.
Əlavə olaraq tədqiqatda yaşlı yetkinlərlə müqayisədə gənc yetkinlərdə sənət fəaliyyəti zamanı kortizon səviyyəsinin daha aydın azaldığı görülüb. İzahı bu ola bilər: həyat təcrübəli yaşlılar stresslə daha yaxşı mübarizə yolları tapdığı halda gənclər gündəlik çətinlik və stressi idarə yollarını hələ axtarır.
Nəticə olaraq tapıntılar incəsənətlə məşğul olmağın stressi azaltmaqda təsirli yol olduğunu göstərib. Mütəxəssislər yaradıcı məşğuliyyətlərin psixoloji sağlamlığa necə faydalı olduğunu ölçmək üçün daha çox iş planlaşdırır.
Kimyaterapiya və İncəsənət Mərkəzlərimizin fəaliyyətləri üçün klikləyin.
Mənbələr
The Connection Between Art, Healing, and Public Health: A Review of Current Literature.
Am J Public Health. 2010 February; 100(2): 254–263. doi: 10.2105/AJPH.2008.156497
2. Girija Kaimal, Kendra Ray & Juan Muniz.
Reduction of Cortisol Levels and Participants' Responses Following Art Making.
Art Therapy: Journal of the American Art Therapy Association. Volume 33, Issue 2, 2016. DOI: 10.1080/07421656.2016.1166832
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.