BRCA mutasiyalı erkən mərhələ süd vəzi xərçəngli qadınlarda hamiləlik təhlükəsizdir

Journal of Clinical Oncology-də 16 iyul 2020-də dərc edilmiş indiyədək ən böyük tədqiqatın nəticələri germline BRCA mutasiyaları olan qadınlarda süd vəzi xərçəngindən sonra hamiləliyin təhlükəsizliyini göstərir.
Tapıntılar germline (irsi) BRCA mutasiyalı erkən mərhələ süd vəzi xərçəngli qadınlarda müalicədən sonrakı hamiləliyin ananın sağlamlığını pisləşdirmədən təhlükəsizliyinə və müsbət fetal (körpə ilə bağlı) nəticələrə dair arxayınlaşdırıcı sübut verir. Bunlar BRCA mutasiyalı süd vəzi xərçəngi olan gənc qadınları izləyən tibbi onkoloq və mama-ginekoloqlar üçün çox vacibdir.
Doğuşu gecikdirmə meylinə görə ilk doğuş yaşı artır; daha çox gənc qadına doğmamışdan əvvəl süd vəzi xərçəngi diaqnozu qoyulur. Xəstəlik anamnezi olanlarda hamiləlik təhlükəsizdir və hətta hormon reseptoru müsbət xəstələrdə belə residiv (xərçəngin təkrarı) riskini artırmır. Amma germline BRCA mutasiyalı qadınlara məsləhət vermək üçün çox məhdud məlumat var.
40 yaşdan kiçik qadınlarda süd vəzi xərçənglərinin təxminən %12-si BRCA1 və/və ya BRCA2 genlərində zərərli germline mutasiyaları daşıyır.
- Əlaqəli mövzu: Kimlər irsi süd vəzi xərçəngi üçün genetik test etdirməlidir?
Tədqiqatın təfərrüatları və nəticələri
- Müəlliflər germline BRCA mutasiyalı qadınlarda hamiləliyin xərçəng nəticələrinə təsirini araşdırmaq üçün beynəlxalq, çoxmərkəzli, xəstəxana əsaslı retrospektiv kohort (qrup) tədqiqatı apardılar.
- Tədqiqata zərərli germline BRCA mutasiyalı, yanvar 2000 ilə dekabr 2012 arasında erkən mərhələ süd vəzi xərçəngi diaqnozu qoyulmuş, 40 yaşdan kiçik 1252 qadın daxil edildi.
- Əsas sonlanım nöqtələri hamiləlik nisbəti və xərçəngdən sonra hamilə olanlarla olmayanlar arasında xəstəliksiz sağqalım idi. Hamiləlik nəticələri və ümumi sağqalım ikincili sonlanımlardır.
- BRCA mutasiyalarının paylanması belə idi:
- BRCA1 mutasiyalı 811,
- BRCA2 mutasiyalı 430 və
- həm BRCA1 həm BRCA2 mutasiyalı 11 xəstə ilə germline BRCA mutasiyalı ümumilikdə 1252 qadın
- Onların 195-i xərçəngdən sonra ən az 1 hamiləlik yaşadı; 10 ildə hamiləlik nisbəti %19 idi.
- Müvafiq olaraq 16 qadında (%8.2) süni, 20 qadında (%10.3) spontan abort oldu.
- Ümumilikdə 150 qadın 170 körpə doğdu.
- 13 qadında (% 11,6) hamiləlik fəsadı, 2-də (% 1,8) anadangəlmə anomaliya oldu.
- Diaqnozdan median izləmə 8.3 il idi.
- Xəstəliksiz və ümumi sağqalımda hamilə olanlarla olmayanlar arasında fərq yox idi (Xəstəliksiz sağqalım HR 0.87; 95% CI, 0.61 to 1.23; p = 0.41. Ümumi sağqalım HR 0.88; 95% CI, 0.50 to 1.56; p = 0.66).
Nəticə olaraq bu tapıntılar BRCA mutasiyalı qadınlarda erkən mərhələ süd vəzi xərçəngindən sonra hamiləliyin xəstəliksiz və ümumi sağqalım baxımından ananı riskə atmadığına arxayınlaşdırıcı sübut verir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.