Cetrelimab-erdafitinib cütlüyü irəliləmiş mərhələli sidik kisəsi-sidik yolları xərçəngində ümid vəd edir

Şişində FGFR dəyişiklikləri olan, sisplatin üçün uyğun olmayan və əvvəllər müalicə almamış yerli irəliləmiş və ya metastatik urotelial (sidik kisəsi və sidik yolu) xərçəngin müalicəsi üçün pan-FGFR inhibitoru erdafitinib ilə anti-PD-1 vasitəsi cetrelimabınxəstələrdə cavab göstəricisini ikiqat artırdığı ESMO 2021 Virtual Konqresindətəqdim edildi.
Erdafitinib əvvəllər FGFR3 və ya FGFR2 genetik dəyişikliklərini daşıyan, öncədən platin əsaslı kimyaterapiya almış, yerli irəliləmiş və ya metastatik urotelial xərçəngli xəstələr üçün 12 aprel 2019-cu ildə FDA təsdiqi almışdı (bax: müvafiq təsdiq). Həmçinin immunoterapiyaların da sidik kisəsi xərçəngində təsirli olduğunu bilirik. Buna görə iki yeni xərçəng dərmanı sinfini birləşdirmək fikri yaranmışdı.
NORSE tədqiqatı barədə fikirlər
ESMO Konqresi 2021-də çıxış edən tədqiqatçı Thomas Powles (Barts Xərçəng İnstitutu, London, Birləşmiş Krallıq) sisplatin üçün uyğun olmayan irəliləmiş mərhələli urotelial xərçəngli şəxslərin müalicə seçimlərinə dair "əhəmiyyətli qarşılanmamış ehtiyacı" vurğuladı.
Erdafitinib və cetrelimabı birləşdirmək üçün "güclü əsas" olduğunu izah etdi, çünki "erdafitinib tərəfindən neoantigen ifrazı immun nəzarət nöqtəsi blokadasına cavab üçün şiş mikromühitini hazırlaya bilər" və bu da sinergiya ilə nəticələnir.
Powles FGFR mutasiyaları və ya birləşmələri müsbət olan yerli irəliləmiş və ya metastatik urotelial xərçəng diaqnozlu 53 xəstəni əhatə edən NORSE tədqiqatının faza 2 hissəsinin aralıq təhlilini təqdim etdi.
İştirakçılar təsadüfi olaraq iki qoldan birinə — dörd sikl boyunca 2 həftədən bir 240 mg, sonra 4 həftədən bir 480 mg venadaxili cetrelimab ilə birlikdə gündə 8 mg erdafitinib və ya eyni dozada yalnız erdafitinib almağa təyin edildilər.
Tədqiqatda ölçülməsi nəzərdə tutulan əsas sonlanım nöqtəsi ümumi cavab göstəricisi idi.
Nəticələr
- Cetrelimab və erdafitinib qrupunda qiymətləndirilə bilən 19 xəstənin %68-i, yalnız erdafitinib qrupunda isə qiymətləndirilə bilən 18 xəstənin %33-ü müalicəyə cavab verdi. Tam cavab göstəriciləri müvafiq olaraq %21 və %6 idi.
- Cetrelimab və erdafitinib alan xəstələrdə median cavab müddəti 6.9 ay idi, yalnız erdafitinib alanlarda isə median cavab müddətinə çatılmadı. Birləşmə qolunda cavab verən 13 xəstənin 10-unda və monoterapiya qolunda cavab verən altı xəstənin beşində təhlil zamanı cavablar davam edirdi.
Powles birləşmə ilə müalicə edilən xəstələrin %50-də və yalnız erdafitinib verilənlərin %38-də yaranan 3-cü dərəcəli müalicə zamanı ortaya çıxan əlavə hadisələrlə (TEAE) birləşmənin təhlükəsizlik profilinin "ümumilikdə yalnız erdafitinibinkinə oxşar" olduğunu söylədi. Birləşmə qolunda bu ağırlıqda ən çox görünən əlavə hadisələr xəstələrin %12.5-də stomatit və lipaza yüksəlmələri idi; monoterapiya qolunda isə anemiya və ümumi fiziki vəziyyətin pisləşməsi ən çox görülənlər idi və yenə hər biri %12.5 tezliklə müşahidə edildi.
Birləşmə qrupunun %29-da əlavə hadisələr cetrelimabın, erdafitinibin və ya hər ikisinin dayandırılmasına səbəb olduğu halda, erdafitinib qrupunda müalicəni dayandırma göstəricisi %8 idi. Birləşdirilmiş müalicə qolundakı bir ölüm tənəffüs çatışmazlığına bağlandı və cetrelimabla əlaqəli hesab edildi.
Şərh
Bu məlumatlar FGFR dəyişiklikləri olan irəliləmiş mərhələli urotelial karsinomalı xəstələrin müalicəsində erdafitinib ilə cetrelimabın sinergetik təsir göstərdiyini düşündürür. NORSE tədqiqatına xəstə qəbulu davam edir və bu məlumatlarla dəstəklənir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.