COVID-19 epidemiyası yay istisi ilə bitəcəkmi?

Havanın isinməsi COVID-19 pandemiyasına necə təsir edir?
İlıq, xoş günlər yaxınlaşır. Şimal yarımkürəsində temperaturun 20 ° C-yə çatması gözlənilir. Lakin gözəl hava izdiham və toplantılara nəzarət edən rəsmilər üçün vəziyyəti çətinləşdirəcək kimi görünür.
Çoxları yeni koronavirusa bağlı xəstəlik COVID-19un qrip kimi mövsümi yayılıb-yayılmayacağı ilə maraqlanır. Mütəxəssislər isə çox ehtiyatlıdır.
Alimlər isti havanın virusla mübarizədə yeni baxış da verə biləcəyinə inanır. Adətən qrip epidemiyalarının yazda bitməyə meyilli olduğu bilinir.
Yazla artan günəş işığı həqiqətən koronavirusun davranış və yayılmasına təsir edəcəkmi?
Soyuqdəymə yaradan başqa koronavirusların ilk tədqiqatları (HCoV-NL63, HCoV-OC43 və HCoV-229E) London Universiteti alimləri tərəfindən martın sonunda dərc edildi. Onlar qışda yaranıb yazda yox olmaqla mövsümilik göstərib. Fevralda pik, yayda çox aşağı olub. Başqa tədqiqatlar da mülayim iqlimdə mövsümiliyi göstərib. Bu, koronavirusun qriplə oxşarlığına inamı artırıb.
Tədqiqat rəhbəri Rob Aldridge “az da olsa yayda gördüyümüz infeksiya həssas şəxslərə görə qışın əksinə dönə bilərmi?”deyərək narahatlığını bildirib. Davamında yüksək həssas əhali nəzərə alınsa, yeni koronavirusun (SARS-CoV-2) mövsümi model əvəzinə yay boyu davam edib-etməyəcəyinin bilinmədiyini və hamının cari sağlamlıq tövsiyəsinə əməl etməli olduğunu deyib.
AşağıdaRob Aldridge və komandasının tədqiqatının qrafik xülasəsi görünür. Bunun yeni koronavirus SARS-CoV-2-ni əhatə etmədiyi bilinməlidir.

Alimlərin fərqli baxışları
London Kral Akademiyasının virusoloqu Michael Skinner “Mövsümi dəyişikliyin yayılmada roluna əminəm. Lakin azaltma təsiri sosial məsafə ilə müqayisədə çox aşağı qalacaq. Hətta heç biri özünütəcridin yerini tutmayacaq"deyib.
Reading Universitetindən Ben Neuman daha sərt şərh edib: “Virus Çində az qala dondurucu soyuqda başlamışdı. Amma həm İslandiyada (şimal qütbünə yaxınlığına görə), həm də ekvator bölgəsi Braziliyada sürətlə yayılmağa davam etdi. Yaz gəldikcə virusun artımı dünyada sürətləndi. Bu, dünyalar müharibəsi deyil. Buludları aşıb vəziyyəti düzəldəcək öldürücü maşın yoxdur. Virusu özümüz məğlub etməliyik!”deyib.
Bəs immun sistemi zamandan təsirlənirmi?
Digər tədqiqatçılar mövsüm keçidinin yalnız virusa deyil, insan immun sistemi nə də təsir etdiyini deyiblər. Surrey və Columbia Universiteti alimləri immunitetin hətta gün içində dəyişdiyini tapıb. İmmunoloq Natalie Riddell “İmmun sistemimiz gündəlik ritm göstərir. Tədqiqatlar əsas rol oynayan ağ qan hüceyrələrinin bir alt qrupunun müəyyən saatlarda artdığını və immunitetin fərqli vaxtda fərqli cavab verdiyini göstərir. Məsələn, anticisim istehsal edən B hüceyrələrinin gecə artdığı görünür”deyib.
Mövsüm keçidinin yayılma ilə yanaşı immunitetə təsirini araşdırmaq çox mühümdür. Nəticələr mübarizəyə böyük töhfə verəcək. Məsələn, hansı mövsümdə viruslara həssas, hansında güclü olduğumuzu bilmək gücümüzü artırar. Həmçinin bu işlər sosial məsafə və ya peyvənd tətbiqlərinin daha düzgün vaxtda tövsiyəsinə imkan verəcək. Hər təfərrüat belə epidemiyaların yayılması və yox edilməsində mühümdür. Elmi tədqiqatlar ən böyük ümidimiz olaraq qalacaq.
Mənbələr
Seasonality and immunity to laboratory-confirmed seasonal coronaviruses (HCoV-NL63, HCoV-OC43, and HCoV-229E): results from the Flu Watch cohort study [version 1; peer review: awaiting peer review].
WellcomeOpenRes - 30 MArt 2020
2. Scientists ask: could summer heat help beat Covid-19?, The Observer, Coronavirus outbreak, The Guardian.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.