Covid-19 peyvəndləri ilk ildə 20 milyon ölümün qarşısını aldı

The Lancet Infectious Diseases-də 23 iyunda onlayn dərc edilən tədqiqata görə, Covid-19 peyvəndinin ilk ilində peyvəndlər Covid-19-a bağlı təxminən 19,8 milyon ölümün qarşısını aldı.
Imperial College Londondan Oliver J. Watson və həmkarları heç bir peyvənd istifadəyə verilməsəydi əlavə neçə insanın həyatını itirəcəyini təxmin edərək COVID-19 peyvənd proqramlarının ilk ilinin qlobal təsirini ölçdülər. COVID-19 Peyvəndlərinə Qlobal Çıxış (COVAX) tərəfindən müəyyən edilən 20 faiz və DSÖ (Dünya Səhiyyə Təşkilatı) tərəfindən müəyyən edilən 40 faizlik peyvənd əhatəsi hədəfləri yerinə yetirilsəydi, qarşısı alınacaq əlavə ölümlər təxmin edildi.
- Əlaqəli mövzu: Nə üçün koronavirus peyvəndi olunmalıyam? Bu qədər sürətlə hazırlanan peyvənd etibarlıdırmı?
Tədqiqatçılar 8 dekabr 2020 ilə 8 dekabr 2021 arasında peyvəndlərin 185 ölkədə Covid-19-a bağlı 19,8 milyon ölümün qarşısını aldığını təxmin edirlər.
COVAX tərəfindən müəyyən edilmiş 20 faiz tam/yetərli peyvənd əhatəsi hədəfinə hər ölkə çatsaydı, aşağı gəlirli ölkələrdə əlavə 45 faiz ölümün qarşısı alına bilərdi; DSÖ-nün müəyyən etdiyi 40 faiz hədəfinə 2021-ci ilin sonunadək hər ölkə çatsaydı, əlavə 111 faiz ölümün qarşısı alına bilərdi.
Müəlliflər “Peyvəndlər dünyanın bir çox yerinə daha sürətlə paylansaydı və peyvənd qəbulu dünya miqyasında gücləndirilsəydi, daha çox həyat xilas edilə bilərdi” deyə yazırlar. Əlbəttə, pandemiya boyunca yalnız peyvəndlərin paylanması və istehsalı problemləri yaşanmadı; yanlış məlumatlar və zərərli şayiələr (peyvəndlərin sonsuzluq yaratması iddiası kimi) də cəmiyyətin peyvəndlənməsinə ciddi maneələr törətdi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.