COVID-19 üzrə son yeniliklər – Plaquenil məqaləsində etibarsız nəticələr, Qan qrupunun təsiri, Peyvənd tədqiqatlarında son vəziyyət, Uşaqlar və epidemiya

Dünyanı təsiri altına alan yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 pandemiyasıhaqqında hər gün yeni məlumatlar gəlir. Bu yazımızda dərc edilmiş son məlumatları sizinlə paylaşacağıq.
Hidroksixlorokin (malyariya dərmanı Plaquenil) barədə dərc edilmiş məqalə etibarsızdır!
HidroksixlorokininCOVID-19 müalicəsində təsirli olub-olmadığı barədə aylarla davam edən müzakirələri başlatmış mart 2020 məqaləsi digər alimlər tərəfindən araşdırıldı. Araşdırma nəticələrinə dair məqaləyə görə mart 2020 məqaləsində böyük metodoloji çatışmazlıqlar var. Niderlandın Leiden Universiteti Tibb Mərkəzindən Frits Rosendaal mart 2020 məqaləsinin 10 problemini sadaladığı yazısını belə xülasə edir: “Metodoloji çatışmazlıqlarına görə hesabatın sübut kimi təqdim edilməsi tamamilə əsassızdır. Hidroksixlorokinin COVID-19 müalicəsində təsirli olduğunun bildirilməsi, hətta istifadəsinin tövsiyə edilməsi həqiqəti əks etdirməməklə yanaşı, ümidsiz tələbdir. Həmçinin çox ciddi yan təsirləri olan hidroksixlorokinin istifadəsini tövsiyə etmək etibarsızdır.”
Qan qrupu COVID-19 barədə nə deyir?
Qan qrupları COVID-19-un ağırlığının və ya xəstəxanaya yerləşdirilmə ehtiyacının göstəricisi olmasa da, yeni tədqiqat COVID-19 testininmüsbət çıxması ilə əlaqəli ola biləcəyini bildirir. Bostondakı Massachusetts Ümumi Xəstəxanasının (MGH) damar və endovaskulyar cərrahiyyə şöbəsinin tədqiqatçıları COVID-19 əlamətli 1289 yetkinin məlumatlarını təhlil edib nəticələri qan qrupları ilə müqayisə etdilər. Tədqiqatçılar: “Xəstəliyin ağırlığı və ya ölüm riski ilə qan qrupu arasında əlaqə olmasa da, B Rh+ və AB qan qruplu şəxslərin COVID-19 diaqnostik testinin müsbət çıxması ehtimalı 0 qan qruplu şəxslərdən yüksəkdir” deyə nəticələri bildirərək qan qrupları ilə COVID-19 arasındakı əlaqənin gələcək yeni tədqiqatlarla araşdırılmasının davam etdirilməsinin vacibliyini vurğuladılar.
COVID-19 peyvənd tədqiqatlarında son yeniliklər
Peyvənd hazırlayan müxtəlif şirkətlərlə görüşdə hər şirkətdən hazırladığı peyvənd namizədi barədə ən son məlumat soruşuldu. Görüşdəki AstraZeneca şirkəti yeniliklərini belə xülasə edir: “Hazırladığımız AZD1222 adlı COVID-19 peyvənd namizədi üçün 1 milyard dollardan çox büdcə ABŞ üçün 300 milyon dozanın istehsalına və təchizatına ayrılıb. İlkin dozalar 2020-ci ilin oktyabrında, qalan dozalar isə 2021-ci ildə təmin ediləcək. The Lancet jurnalında dərc edilmiş tədqiqat AZD1222-nin tək dozasından 1 ay sonra xəstələrin %95-ində SARS-CoV-2 virusunun S zülalına qarşı anticisim miqdarının dördqat artdığını sübut edir.“
Digər şirkət Moderna faza 3 klinik tədqiqatlarına bu ay başlamaq üçün hazırlıq görüldüyünü və təxminən 30 min şəxsin iştirak edəcəyini bildirdi. İlin sonunda məlumatları əldə edə biləcəyini deyən şirkət müsbət nəticə olarsa paylamaya başlamaq üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edəcəyini açıqladı (baxın: Təsdiqə ən yaxın koronavirus peyvəndi: Moderna mRNA-1273).
Pfizer görüşdə 1 milyard dollar büdcə ayırdığını və hər şey yaxşı gedərsə təsdiq aldığı zaman 2020-ci ilin sonunadək 100 milyon doza, 2021-ci ildə isə dünya üzrə 1,3 milyard doza istehsal edəcəyini bildirdi.
Johnson & Johnson şirkəti faza 3 tədqiqatlarını apardığını və nəticələri 2021-ci ilin əvvəlində alacağını açıqladı. Merck isə 2021-ci ilin əvvəlinədək hər hansı lisenziya almağı gözləmədiyini dedi.
Bütün bu açıqlamalarla yanaşı, Johnson & Johnson-un peyvənd hazırlanması işlərinin rəhbəri Dr. Macaya Douoguih: “Yeganə məsələ peyvəndə çıxış deyil, xalqın peyvəndə inamını artırmaq və bütün suallarını cavablandırmaq da eyni dərəcədə vacibdir. Əhalinin əksəriyyəti peyvəndi qəbul etməyə razı olmasa, işlərimiz məqsədinə çatmayacaq”” dedi.
- Əlaqəli mövzu: Koronavirusa qarşı PEYVƏND YARIŞI – şəkilli bələdçi
Uşaqlar və epidemiya
Məktəblərin açılacağı tarix yaxınlaşdıqca ailələrin, müəllimlərin və baxıcıların uşaqlara necə təhsil veriləcəyi və təhlükəsiz mühitin necə olmalı olduğu barədə narahatlığı artır. Tibb mütəxəssisləri ilə müsahibələrdə sualların çoxu cavabsız qalsa və cavablar fərdi olsa da, Dr. Kristina Bryant: “SARS-CoV-2 və uşaqlara təsiri barədə hələ öyrənmə mərhələsindəyik. İndiyədək tədqiqatlardan bilirik ki, kiçik uşaqlarda səbəbi dəqiq bilinməsə də, virusun yoluxma riski aşağıdır. Səbəblərdən biri onların ağciyərlərinin yetkinlərdən kiçik olması və buna görə öskürəndə kifayət qədər böyük damcı yaratmaması ola bilər. Başqa ehtimal uşaqların virusun bağlanmasını təmin edən ACE2 reseptorunu daha az istehsal etməsidir. Bu çərçivədə çoxlu fərqli məqam eyni vaxtda nəzərə alınmalıdır. Hər sinif şagirdlərinin yaşına görə qiymətləndirilməlidir. Bu gün bildiklərimizlə noyabrda biləcəklərimiz eyni olmayacaq. Buna görə ehtiyatlı davranmaq, yenilikləri yaxından izləyərək qərarları yeniləmək çox vacibdir” sözləri ilə fikirlərini paylaşır.
Nəticə
Hər gün əldə edilən yeni məlumatlar epidemiyanın həllinə ümidi artırır. Yenilikləri yaxından izləyərək sizə çatdırmağa davam edəcəyik. Əl gigiyenasına diqqət yetirərək, sosial məsafəni qoruyaraq və evdən kənarda maska istifadəsinə diqqət edərək özünüzü və yaxınlarınızı qoruya bilərsiniz.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.