Göbələyin qida dəyəri və yemək resepti: göbələk sote

İnqrediyentlər
- 1 xörək qaşığı kərə yağı
- 1,5 xörək qaşığı zeytun yağı
- ½ xörək qaşığı balzamik sirkə
- 1 diş sarımsaq
- 1 çay qaşığı kəklikotu
- 1 orta ölçülü soğan
- 500 gr becərilən göbələk
Hazırlanması
- Geniş tavada 1 xörək qaşığı kərə yağı 1,5 xörək qaşığı zeytun yağı ilə orta odda əridildikdən sonra xırda doğranmış soğanlar çəhrayılaşanadək sotelenir. Sonra ½ xörək qaşığı balzamik sirkə, 1 diş sarımsaq, 1 çay qaşığı kəklikotu və göbələklər əlavə edilir. Təxminən 20-30 dəqiqə soteləndikdənsonra ocaqdan götürülür və servis edilir (4 nəfərlikdir).
Göbələk
- Göbələyin təxminən 4600 il əvvəl Misir heroqliflərində görünməsi həmin dövrdə də bu bitkinin istifadə edildiyini göstərir. Tarixdən əvvəlki dövrdə insanlar onun fövqəladə güc verdiyini düşünürdülər.
- Göbələklər toksik ola bildiyindən (göbələk zəhərlənməsi) çiy istehlakdan çəkinmək lazımdır.
- Göbələklər bağırsaq florasındakı probiotik bakteriyaları çoxaltdığı və müxtəlif polisaxaridlər (xitin, sellüloza, qlükan (D-glucan, Beta -1,3 glucan, Beta-1,6 glucan, Lentinan, Grifloan)) ehtiva etdiyi üçün yaxşı prebiotikdir və antibakterial təsir göstərir. Tədqiqatlarda göbələkdə olan beta-qlükanların bəzi xərçəng hüceyrə xətlərində hüceyrə böyüməsini basdırıcı təsirləri görülüb, lakin bu təsirlər laboratoriya tədqiqatlarından kənara çıxmayıb.
- Göbələyin kalorisi aşağıdır,. 100 gr göbələk 0.3-0.4 gr yağ; 1.5-3.0 gr zülal, 1.5-6.7 gr karbohidrat ehtiva edir. Xolesterol ehtiva etmir. Buna görə pəhriz yeməklərinin ayrılmaz hissəsidir. Vegetarianlar üçün isə bitki mənşəli zülal mənbəyidir.
- Göbələkdə az miqdarda natrium var. Həmçinin yüksək miqdarda kalium və selen ehtiva edir. Buna görə ürək-damar xəstəlikləri baxımından da üstünlükləri var. Selen tərkibinə görə bədənimizdə sərbəst oksigen radikallarının yaranmasını əngəlləyərək antioksidant vəzifəsi görür.
- Selen adətən heyvani mənşəli məhsullarda daha çox olsa da, göbələk yüksək miqdarda selen ehtiva edir. Selenin iltihabın qarşısını alan (iltihabəleyhinə) təsirləri göstərilib.
- Göbələkdəki mis qırmızı qan hüceyrələrinin yaranmasında rol oynayır. Həmçinin sağlam sümük və sinir sistemi üçün lazımdır.
- Göbələk bədənimizdə hormon və sinir sistemi üçün lazım olan B vitaminləri (məsələn, riboflavin, niasin, pantoten turşusu) baxımından zəngindir.
- Göbələklərdə olan Erqotionein amin turşusunun DNA-nı qoruyan və antioksidant təsirləri var. 1 porsiya göbələk 2.8-4.9 mg erqotionein ehtiva edir.
- D vitamini ehtiva edən azsaylı xüsusi bitkilərdən biridir. UV şüalarına məruzqalma səviyyəsinə görə müxtəlif göbələk növlərində D vitamini nisbətləri dəyişir.
Podaqra xəstəliyi olan şəxslər göbələk istehlakına diqqət etməlidirlər.
Təbiətdə sərbəst olan göbələklər zəhərli ola bildiyindən istehlak edilməməlidir. Nəzarətdən keçən və qablaşdırılmış satılan becərilən göbələklərə üstünlük verilməlidir.
Unudulmamalıdır ki, göbələk bütün bu faydaları ilə birlikdə yalnız qidadır. Heç vaxt dərman və ya tibbi müalicə kimi düşünülə və istifadə edilə bilməz. Yazımız elmi məlumatlar işığında dünyanın bir çox mətbəxinin ortaq qidalarından olan göbələyin faydalarını ortaya qoyur.
Bu yazıda məqsədimiz yeyib-içdiklərimizi dad, zövq və elmi baxışla birləşdirərək sizə təqdim etməkdir.
Mənbələr
Edible Mushrooms As a Source Of Valuable Nutritive Constituents.
Acta Sci.Pol. Technol. Aliment. 5(1). 5-20. (2006).
2. P. C. K. Cheung.
The nutritional and health benefits of mushrooms.
Nutrition Bulletin. (2010)
3. Mushrooms: Health Benefits, Facts, Research.
medicalnewstoday.com/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.