Avokadolu ağ lobyalı sendviç

Bu məqalədə
Ağ lobya günorta və axşam üçün doyurucu, qidalı yemək seçimi ola bilər. Konservləşdirilmiş noxud və ya qara lobya ilə sınaya bilərsiniz. Bu vegetarian sendviç resepti həmçinin çox zəngin lif mənbəyidir: avokado, lobya, göyərti və tam buğda çörəyinin birləşməsi 15 qram liflə insanın gündəlik ehtiyacının yarısını təmin edir.
Ərzaqlar
- 2 orta ölçülü avokado
- 425 gr ağ lobya
- 2 xörək qaşığı limon suyu
- 1 xörək qaşığı sızma zeytun yağı
- 1 diş rəndələnmiş sarımsaq
- 1 çay qaşığı təzə kəklikotu
- 1 çay qaşığı qara istiot
- 8 dilim kəpəkli çörək
- 1 stəkan doğranmış qırmızı bibər
- 8 nazik dilim kaşar pendiri
- 4 stəkan qıvrım kahı
Hazırlanması
Orta qabda avokado, lobya, limon suyu, yağ, sarımsaq, kəklikotu və qara istiotu uyğun qatılığa gələnədək qarışdırın. 4 dilim çörək arasında bərabər bölün (hər biri ½ stəkan). Hər sendviçə ¼ stəkan doğranmış qırmızı bibər, 2 dilim kaşar pendiri, 1 stəkan kahı əlavə edin və qalan çörək dilimləri ilə üstünü örtün.
1 porsiyanın (1 sendviç) qidalanma məlumatı
- 567 kalori
- 30 gr yağ (9 gr doymuş)
- 55 gr karbohidrat
- 22 qram zülal
- 15 qram lif
Əlaqəli mövzu:
- Avokadonun faydaları, sağlamlığa təsirləri və avokado salatı resepti
Mənbələr
eatingwell.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.