Avokado yeməyin 21 ləzzətli yolu

Bu məqalədə
Yeməklərinizi qida maddələri baxımından zənginləşdirməyin ən gözəl yolu bir parça avokado əlavə etmək ola bilər. Avokadonun yalnız dörddə biri (30 qram) yaxşı miqdarda lif, yağ və zülal təmin edir. Çünki avokado ürək sağlamlığına, çəki nəzarətinə və sağlam yaşlanmağa kömək edə bilər.
Sizin üçün avokado yeməyin 21 maraqlı üsulunu topladıq:
1. Ədviyyatlama
Avokadodan zövq almağın ən sadə yolu bir çimdik duz və qara istiot səpməkdir. Bibər, balzamik sirkə və ya limon suyu, zeytun yağı əlavə etmək kimi başqa dadları da sınaya bilərsiniz.
2. İçini doldurmaq
Daha qidalı səhər yeməyi axtarırsınızsa avokadonu bir də belə sınayın. Avokadonun üzərinə yumurta qırıb 15-20 dəqiqə 220 dərəcədə sobada bişirin
3. Yumurtanın içinə
Tavada yumurta bişirərkən içinə doğranmış avokado əlavə edin. Bunu yumurta bir az bişdikdən sonra edin ki, avokado yanmasın. Bir az pendir, duz və qara istiot əlavə edərək yeməyi tamamlayın.
4. Qızardılmış çörəyin üzərinə
Kərə yağı və qızardılmış çörəyi avokado ilə əvəz etmək mümkündür. Qızardılmış avokadonu tost və sendviçin üzərinə yayaraq istifadə etmək yeməyinizə əlavə vitamin və mineral qatır.
5. Quakamole
Guacamole ən məşhur Meksika yeməkləri arasındadır. Yalnız avokado, göyərti və ədviyyatlardan istifadə edərək hazırlaya və ya qarğıdalı, ananas, brokkoli və kinoa kimi digər əla ərzaqlarla birləşdirə bilərsiniz.
6. Mayonez əvəzinə
Avokadodan mayonez əvəzinə birləşdirici maddə kimi istifadə etmək sağlam alternativdir. Tuna balığı, toyuq və yumurta salatı üçün avokadodan istifadə edə bilərsiniz.
7. Salatlarda
Tədqiqatlar avokadodakı yağ və liflərdən gələn əlavə kalorilərin daha uzun müddət tox qalmağa və beləliklə sonrakı yeməklərdə kalori qəbulunu azaltmağa kömək edə biləcəyini bildirir.
Salatlar kalori baxımından yüngül olduğundan avokado əlavə etmək onları daha doyurucu edə bilər.
8. Şorbalarda
Avokadodan zövq almağın digər yolu şorbalardır. Bu yaşıl meyvənin birbaşa öz şorbasını hazırlaya və ya dilimlərini digər şorbalara əlavə edə bilərsiniz.
9. Xama əvəzinə
Sobada kartof püresi, üzərinə avokado dilimləri və ən üstünə sürtgəcdən keçirilmiş pendir qoya bilərsiniz.
Başqa bir seçim də qarışdıraraq süd tərkibsiz xama əvəzinə istifadə etməkdir:
- 2 avokado
- 2 limonun suyu
- 2 xörək qaşığı su
- 2 xörək qaşığı zeytun yağı və ya avokado yağı
- 1 çimdik duz
- 1 çimdik istiot
10. Suşi rulonlarında
Suşi yapon mətbəxinin əsas yeməyidir. Adətən düyü, dəniz yosunu, balıq və ya qabıqlı dəniz heyvanlarından istifadə edilərək hazırlanır. Bununla belə avokado suşi rulonlarının üzərində geniş istifadə edilir.
- Əlaqəli mövzu: Avokadonun faydaları, sağlamlığa təsirləri (ətraflı)
11. Qril
Avokadolar qrildə də bişirilə bilər. Bu, xüsusilə manqalda bişirilən ətlər üçün əla qarnir olur. Avokadonu yarıya kəsin, çəyirdəyini çıxarın. Kəsilmiş üzü qrilə baxacaq şəkildə 2-3 dəqiqə bişirin. Üzərinə duz, limon və seçdiyiniz ədviyyatları əlavə edə bilərsiniz.
12. Turşu
Avokado turşusu ləzzətlidir və istənilən yeməyin yanında istifadə edilə bilər. Hazırlamaq üçün bir qazana 1 stəkan (240 ml) ağ sirkə, 1 stəkan (240 ml) su, 1 xörək qaşığı duz qoyun və qarışığı qaynadın.
Sonra qarışığı bankaya tökün və üç doğranmış, yetişməmiş avokado əlavə edin. Son olaraq qapaqla örtün və bir neçə gün sonra yeməyə hazırdır. Sarımsaq, təzə göyərtilər, xardal toxumu və qara istiot kimi fərqli ədviyyatları sınayın.
13. Qızartma
Avokado qızartması iştahınızı açacaq əla qarnirdir və kartof qızartması əvəzinə yeyə bilərsiniz. Bu qızartmaya ketçup və xardal sousları ilə rəng qata bilərsiniz.
14. Səpmək
Avokadonu bir çox yeməyin üzərinə səpə bilərsiniz. Sendviç, burger, hətta pizzalar üçün mükəmməldir.
15. Smuzi kimi
Avokadonu kələm kimi tərəvəzlərlə və ya banan, ananas kimi meyvələrlə birləşdirə bilərsiniz. Daha çox zülal ehtiva etməsini istəyirsinizsə yoqurt və ya süd əlavə edin. Söhbət smuzidən gedəndə seçimlər sonsuzdur.
Tez hazırlanan smuzi
- 1 yetişmiş avokadonun yarısı
- Yarım banan
- 1 stəkan süd
- 125 qram vanilli yoqurt
- 15 qram ispanaq (2-3 yarpaq)
- Buz
16. Dondurma
Avokado dondurması adi dondurmadan daha qidalı seçim ola bilər. Avokado, limon suyu, badam, süd/ kokos südü və bal birləşdirilərək hazırlana bilər. İsti günlərdə sərinləmək üçün ləzzətli bir yoldur.
17. Qarnir
Hazır alınan qarnirlər çoxlu şəkər və sağlam olmayan bitki yağları ehtiva edə bilər. Aşağıdakı ərzaqları birləşdirin və qatılığı tənzimləmək üçün lazımınca su əlavə edin:
- Yarım avokado
- 120 ml su
- ¾ stəkan doğranmış keşniş
- 1 laymın suyu
- 1 diş sarımsaq
- 60 qram yoqurt (2 qaşıq)
- Yarım çay qaşığı duz
- Dörddə bir çay qaşığı qara istiot
18. Şirniyyatlarda
2 xörək qaşığı (30 qram) avokado eyni miqdarda kərə yağı üçün 200 kalori ilə müqayisədə yalnız 48 kaloriyə malikdir. Avokado yaşıl rəngi tünd şokolad rəngində gizlənəcəyindən şokoladlı tort, keks, krem və pudinq hazırlamaq üçün istifadə edilir.
19. Çörək
Avokado çörək hazırlamaq üçün əla ərzaqdır. Çörəkdə istifadə etdiyiniz yağı avokado ilə əvəz edin və ən sevdiyiniz avokadolu çörək reseptini hazırlayın.
20. Humus
Humus adətən noxud, zeytun yağı və tahinlə hazırlanan qida maddələri baxımından zəngin yeməkdir. Noxud mükəmməl zülal və lif mənbəyidir. Tahin və zeytun yağı təkdoymamış və çoxdoymamış yağlar təmin edir.
Bu qarışığa avokado əlavə etmək yeməyin lif və sağlam yağ tərkibini artıra bilər. Həmçinin avokado humusun qatılığına da töhfə verir.
21. Makaron
Makaronlarda sous hazırlamaq üçün istifadə edilə bilər. Yaxşı uyğunlaşan tərəvəzlər arasında pomidor və qarğıdalı var.
Ümumiləşdirsək, avokado yeməyin sağlamlığa fayda verdiyi müxtəlif yollarla göstərilmişdir. Reseptlərə daxil etmək təəccüblü dərəcədə asandır. Bir çox yeməyin həm teksturasına, həm də qida tərkibinə töhfə verə bilər.
Əlaqəli Mövzu
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.