İmmunoterapiyanın yan təsirləri ilə sağqalım barədə proqnoz vermək

3 fərqli faz-III klinik tədqiqatın birgə təhlilinə görə, nəzarət nöqtəsi inhibitoru sinfindən immunoterapiyalarla müalicə zamanı immunitet sistemi ilə əlaqəli bir immunoterapiya yan təsirinin yaşanması, kiçik hüceyrəli olmayan ağciyər xərçəngli (KHDAK) xəstələrdə sağqalım nəticələrini proqnozlaşdıra bilər.
Orlandodakı AdventHealth Cancer Institute-dan tədqiqatçı Dr. Mark A. Socinskiyə görə, atezolizumab (Tecentriq) adlı immunoterapiyanın istifadə olunduğu 3 faz-III klinik araşdırmanın birləşdirilmiş təhlillərində immunitetlə əlaqəli yan təsirlər daha uzun ümumi sağqalım ilə əlaqələndirilib.
İmmunitet sisteminin anormal / həddindən artıq aktivləşməsi
İmmunoterapiyaların yan təsirləri immunitet sisteminin həddindən artıq aktivləşməsi səbəbindən yaranır.
Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) 2021 Toplantısında bildirilən nəticələrə görə, irəliləmiş mərhələli ağciyər xərçəngi üçün birinci sıra müalicə kimi atezolizumab alan və immunoterapiya ilə əlaqəli yan təsir yaşayan xəstələrdə median ümumi sağqalım 26 aya yaxınlaşarkən, immunoterapiya yan təsiri yaşamayanlarda yalnız 13 ay idi.
Bununla belə, atezolizumab ilə ciddi, yəni 3-cü və ya daha yüksək dərəcəli immunoterapiya yan təsiri yaşayan xəstələr ən qısa ümumi sağqalıma malik idi. İmmunoterapiya ilə əlaqəli ciddi yan təsiri olanların sağqalımı 1-2-ci dərəcəli yan təsir yaşayanlardan və ya heç yaşamayanlardan daha qısa idi. Socinski bu mənfi vəziyyətin müalicə fasilələrindən qaynaqlana biləcəyini söylədi.
Aşağıda ən çox görülən immunoterapiya yan təsirləri ümumiləşdirilir:

İmmunoterapiya yan təsirləri barədə öyrəniləcək çox şey var
İmmunoterapiya yan təsirləri yaşayan xəstələrdə sağqalımın bu qədər müsbət olması araşdırmanı təqdim edən Socinski tərəfindən “sürpriz” adlandırıldı və o, bu tapıntının yan təsirlərin necə xarakterizə edildiyini və ya kimyaterapiyanın immunitet sisteminə necə təsir etdiyini əks etdirə biləcəyini söylədi.
Bununla belə, yeni yaranan əsas suallar bunlardır: “Bu tapıntıya qarşı necə tədbir görməli, onu necə üstünlüyə çevirməli?"
İmmunoterapiya yan təsirləri ilə sağqalım nəticələri arasındakı əlaqənin daha yaxşı anlaşılması həkimlərin xəstələri bu yan təsirlər üçün izləmə qaydasını dəyişə bilər. Beləliklə, hansı xəstələrin daha yüksək dərəcəli yan təsir yaşaya biləcəyini daha yaxşı proqnozlaşdırmağa imkan verə və nəticədə bu yüksək dərəcəli hadisələrdən yayınmaq üçün müalicə seçiminə potensial təsir göstərə bilər.
Araşdırmanın təfərrüatları
Socinski təqdimatında immunoterapiya yan təsirlərinin tək müalicə kimi immun nəzarət nöqtəsi inhibitorları alan xəstələrin %80-ində və kombinasiya rejimlərində %95-ə qədər bildirildiyini söylədi.
Socinski və həmkarları kiçik hüceyrəli olmayan ağciyər xərçəngində birinci sıra atezolizumab və kimyaterapiyanı qiymətləndirən faz 3 IMpower130, IMpower132 və atezolizumab üstəgəl kimyaterapiya üstəgəl bevasizumabı qiymətləndirən faz 3 IMpower150 klinik araşdırmalarından əldə olunan məlumatlara baxdılar.
- Ümumilikdə atezolizumab ilə müalicə edilən 1.557 xəstəyə və araşdırmaların nəzarət qollarındakı 900 xəstəyə aid məlumatları təhlil etdilər.
- Təqdim olunan məlumatlara görə, atezolizumab ilə müalicə olunan xəstələrin %48 hər hansı dərəcəli immunoterapiya ilə əlaqəli yan təsir yaşadı, %11-i isə 3-5-ci dərəcəli yan təsirlər yaşadı.
- Hər hansı dərəcəli ən geniş yayılmış immunoterapiya yan təsirləri səpgi (%28), hepatit (%15) və hipotireozdur (%12).
- Atezolizumab qolunda median sağqalım, risk nisbəti 0,69 olmaqla, immunoterapiya yan təsirləri olan xəstələrdə 25.7 ay və olmayanlarda 13.0 ay idi.
- Nəzarət qolunda median ümumi sağqalım immunoterapiya yan təsirləri olan xəstələrdə 20.2 ay, olmayanlarda isə 12.8 ay idi (HR 0.82).
- Atezolizumab qolunda ümumi cavab göstəricisi yan təsirləri olanlarda %61.1, olmayanlarda isə %37.2 idi.
Mənbələr
2. NSCLC: Immune-Related AEs May Predict Survival Outcomes - Medscape - Jun 07, 2021.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.