İrəliləmiş endometrium (uşaqlıq) xərçənginin müalicəsi üçün pembrolizumab FDA təsdiqi aldı

Bu məqalədə
Yüksək mikrosatellit qeyri-sabitliyi (MSI-H) və ya DNA uyğunsuzluq təmir çatışmazlığı (dMMR) olan, əvvəl hər hansı şəraitdə sistemli müalicədən sonra xərçəngi irəliləmiş və sağaldıcı cərrahiyyə və ya radioterapiyaya namizəd olmayan irəliləmiş endometrial karsinomalı (uşaqlıq xərçəngi) xəstələr üçün pembrolizumab (Keytruda, Merck) tək vasitə kimi 21 mart 2022-ci ildə FDA (ABŞ Qida və Dərman İdarəsi) təsdiqi alıb.
FDA eyni vaxtda pembrolizumab üçün uyğun solid (orqan) şişlərdə dMMR-li xəstələri seçən köməkçi diaqnostik cihaz kimi VENTANA MMR RxDx Panelini (Ventana Medical Systems / Roche Tissue Diagnostics) təsdiqləyib. FDA əvvəl pembrolizumab üçün uyğun solid şişlərdə MSI-H-li xəstələri seçən yanaşı diaqnostik cihaz kimi FoundationOne CDx-i (F1CDx, Foundation Medicine, Inc.) təsdiqləmişdi.
KEYNOTE-158 tədqiqatı ilə gələn FDA təsdiqi
KEYNOTE-158-in D və K kohortlarının nəticələri bu göstərişdə pembrolizumaba FDA təsdiqi gətirib. Kohortlara rezeksiya edilə bilməyən və ya metastatik MSI-H və ya dMMR endometrial karsinomalı 90 xəstə daxil edilib. Şişlərdə MSI-H və dMMR statusu müvafiq olaraq polimeraza zəncir reaksiyası (PZR) və ya immunohistokimya ilə müəyyən edilib. Xəstələr qəbuledilməz toksikliyə və ya sənədləşdirilmiş xəstəlik proqressiyasına (irəliləmə) qədər hər 3 həftədə 200 mg pembrolizumab alıblar. Müalicə alan və xəstəliyi irəliləməyənlər 24 aya qədər müalicə alıblar.
Əsas effektivlik meyarları RECIST v1.1-ə görə kor müstəqil mərkəzi baxışla qiymətləndirilən obyektiv cavab göstəricisi (ORR) və cavab müddətidir (DoR).
Nəticələr
- Obyektiv cavab göstəricisi 46% olub (95% EI: 35, 56).
- Cavab alınan xəstələrdə median cavab müddətinə çatılmayıb (2.9 ilə 55.7+).
- Cavab verənlərin 68%-inin cavab müddəti ≥12 ay, 44%-ünün isə ≥24 ay olub.
Ən yayılmış arzuolunmaz reaksiyalar (≥20%) yorğunluq, əzələ-sümük ağrısı, səpgi, ishal, qızdırma, öskürək, iştahanın azalması, qaşınma, təngnəfəslik, qəbizlik, ağrı, qarın ağrısı, ürəkbulanma və hipotireozdur. Pembrolizumab həmçinin immun vasitəli yan təsirlərlə əlaqəlidir: pnevmonit, kolit, hepatit, endokrinopatiyalar, nefrit və dəri reaksiyaları.
Tövsiyə olunan pembrolizumab dozası xəstəlik irəliləyənə, qəbuledilməz toksikliyə və ya 24 aya qədər hər 3 həftədə 200 mg, yaxud hər 6 həftədə 400 mg-dır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.