Menopauzadan Sonra Arıqlamağın Süd Vəzi Xərçəngi Riskini Nə Qədər Azaltdığı Tapıldı

Bu məqalədə
Süd vəzi xərçəngi riskini artıran vacib amillərdən birinin piylənmə olduğu bilinsə də, postmenopauzal (menopauzaya girmiş) dövrdə arıqlamağın süd vəzi xərçəngi riskini azaltmağa nə qədər təsir etdiyi çox maraq doğururdu. Mövzuya işıq salan vacib tədqiqat Oktyabr 2018-də Cancer jurnalında yayımlandı və bu araşdırmaya görə arıqlamaq postmenopauzal qadınlarda süd vəzi xərçəngi riskini aydın azaldır.
Tədqiqata süd vəzi xərçəngi diaqnozu almamış və normal mammoqram (mammoqrafiya) nəticələri olan 61.335 qadın daxil edildi. Qadınların çəki, boy və bədən kütlə indeksi məlumatları tədqiqatın əvvəlində və 3 il sonra qiymətləndirildi. Çəki dəyişikliyi yüzdə 5-dən azdırsa «sabit», yüzdə 5-dən çoxdursa «çəki artımı» və ya «çəki itkisi» kimi müəyyənləşdirildi.
Orta 11.4 il izləmədə 3.061 yeni süd vəzi xərçəngi halı yarandı. Çəki itkisi yüzdə 5-dən çox olan qadınların süd vəzi xərçənginə tutulma riski % 12 aşağı tapıldı. Yüzdə 5-dən çox kökələn qadınlarda ümumilikdə süd vəzi xərçəngi riskində artım görülmədi, lakin üçlü neqativ süd vəzi xərçəngi riskində yüzdə 54 artım görüldü.
Bəs bu Tədqiqat Bizə Nə Bildirir?
- Bu tədqiqat postmenopauzal qadınlarda mülayim çəki itkisinin süd vəzi xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərir.
- Nəticələr müşahidə tədqiqatı ilə göstərilmişdir və əvvəlki tədqiqatların nəticələrini dəstəkləyir. Daha əvvəl Dünya Qadın Sağlamlığı Təşəbbüsünün apardığı randomizə (təsadüfi) klinik tədqiqat-da aşağı yağlı pəhrizlərə uyğunlaşmağın süd vəzi xərçəngində ömrü artırdığı müəyyənləşdirilmişdi.
- Vacib olaraq vurğulanmalıdır ki, çəkini nəzarətdə saxlamaq süd vəzi xərçəngi riskinə böyük təsir edir.
Mənbələr
Weight loss and breast cancer incidence in postmenopausal women.
Cancer, 8 October 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.