Mithridatium və Theriac MÖ 100 – Zəhərlər və antidotlar

Antik dövrlərdən insanlar zəhərlərə heyran olub və nəticələrindən qorxublar. Məsələn, qədim Yunanıstan və Romada universal antidot axtarışını təşviq edən sui-qəsdlər və dövlətin təsdiqlədiyi edamlar üçün zəhərlər istifadə olunurdu.
Əsrlər boyu müxtəlif zəhərlərdən qoruduğu qəbul edilən 2 məşhur sözdə antidot, Mithridatium (M.Ö. 2-ci əsr) və Theriac (M.S. 1-ci əsr) idi.
Bu birləşmələrdəki komponentlərin sayı və müxtəlifliyi heyrət doğurur. Mithridatium-un fars və yunan-makedon mənşəli Pont kralı (indiki Türkiyədə) 6-cı Mithridates tərəfindən hazırlandığı söylənir. Zəhərlənib öldürülməkdən qorxan 6-cı Mithridates Mithridatium-u cinayətkarlar və qullar üzərində sınayaraq təkmilləşdirib. 45 və ya daha çox tərkib hissəsinin onu heyvan zəhərlərindən və digər zəhərlərdən qoruduğuna inanırdı.
M.S. birinci əsrdə Roma imperatoru Nero-nun həkimi Böyük Andromachus gürzə (ilan növü) əti əlavə edib tiryək miqdarını artıraraq Mithridatium-u “təkmilləşdirdi”.
On ikinci əsrdə Venesiya Treacle-ı kimi də tanınan və ortaya çıxmış Theriac, minerallar, zəhərlər, heyvan əti, otlar, çiçəklər, dəniz soğanı və bal daxil olmaqla ən azı 64 komponent ehtiva edirdi. Zamanla Theriac-ın yalnız zəhərlənmədən qorumadığı, həm də bubon (şişkinlikli) taunu daxil müxtəlif xəstəlikləri müalicə etdiyi iddia edildi. Orta əsrlərə gəldikdə Theriac bəzən bir neçə il “yetişməli” olan 100-dən çox komponent ehtiva edirdi və iyirminci əsrin əvvəlində hələ Avropada istifadə üçün mövcud idi.
Tədqiqatçı John Griffin belə yazır: "İki qədim məhsul olan Mithridatium və Theriac Andromachus təxminən iki min il müalicədə mərkəzi yer tutdu. Bu məhsulların keyfiyyəti barədə narahatlıq onların açıq şəkildə hazırlanmasını tələb etdi və bu, sonradan istehsalın və hazır məhsulun yoxlanması ilə əvəzləndi. Bəlkə də yekun qiymətləndirmədə Mithridatium və Theriac-ın müasir təbabətə töhfəsi keyfiyyətləri haqqında narahatlıqların tibbi tənzimləmənin ən erkən anlayışlarını oyatması idi."
Yazıdakı şəklin izahı: Hortus Sanitatis (Sağlamlıq bağı) əsərindən Theriac qarışdıran əczaçının 1491 tarixli təsviri, mətbəəçi Jacob Meydenbach tərəfindən toplanıb. Şəkildə ilanın istifadəsinə diqqət edin.
Yazıda adı çəkilən tarixi şəxslər: Mithridates VI (132 M.Ö.–63 M.Ö.), Nero Claudius Caesar Augustus Germanicus (37–68)
- Əvvəlki mövzu: Huangdi Neijing MÖ 300 – Fövqəltəbii qüvvələrdən təbii səbəblərə
- Növbəti mövzu: Abort MÖ 70 – Qədim tətbiq, yeni mübahisə
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.