Nə qədər yediyimiz, yoxsa nə yediyimiz? Az yemək arıqlamaq üçün kifayət deyil

Arıqlamaq üçün bir çox şəxs az yeməyə çalışır, hətta gündə 1 dəfə yemək kimi yanaşmalar müşahidə olunur. Lakin araşdırmalara görə sağlam çəkidə olmaq üçün nə yediyiniz nə qədər çox yediyinizdən daha mühüm ola bilər.
İlk növbədə porsiyaların müəyyən edilməsi çəki almamaq və ya arıqlamaq üçün mühümdür. Porsiyalarda miqdar aşağı kalorili və bol lifli qidalara ayrılmalı, yüksək kalorili qidaların porsiyaları, yəni bir şəxsin yeməsinə uyğun miqdar isə daha az olmalıdır.
Bu mövzuda aparılmış yeni araşdırmada porsiyanın idarə olunması və qida seçimi üzrə təlim keçmiş şəxslərin qida növü və porsiya seçimləri bu barədə təlim almayanlarla müqayisə edilərək araşdırılıb. Araşdırmada artıq çəkili, piylənməsi olan və ya normal çəkili təlimsiz şəxslərin cavabları arasında fərq olduğu bildirilir.
Kalori qəbuluna porsiya ölçüsünün təsiri
İştirakçılar üç qrupa ayrılıb:
- artıq çəkili 34 qadın,
- nəzarət qrupu kimi normal çəkidə 29 qadın,
- və porsiya idarəetməsi üzrə təlim keçmiş artıq çəkili və ya piylənməsi olan 39 qadın.
Qeyd: Çəki dərəcəsinin ən geniş yayılmış ölçmə vasitəsi bədən çəkisinin (kg) metrlə boyun kvadratına bölünməsi ilə əldə edilən bədən kütləsi indeksidir (BKİ = kg /m2). BKİ dəyərinin 25-29 olması artıq çəki sayılır, BKİ dəyərinin 30-dan yuxarı olması isə piylənmə kimi təsnif edilir.
Araşdırma müddətində hamısına yemək verilib. Porsiya ölçüləri və kaloriləri fərqli qidalar təqdim olunub. Məsələn, yüksək kalorili su börəyi və aşağı kalorili salat kimi. Porsiyaya nəzarət üzrə təlim almış qadınlar digərlərindən daha çox yeyərək daha az kalori qəbul ediblər, çünki daha aşağı kalorili qidalara üstünlük veriblər.
Nəticə olaraqyüksək kalorili qidalar seçirsinizsə, porsiyalarını çox kiçik tənzimləməlisiniz. Yüksək kalorili qidalar insulinin çox miqdarda ifrazına, bu da qısa müddət sonra yenidən acmağınıza səbəb olur. Lakin aşağı kalorili qidalar seçsəniz, daha böyük porsiyalar yeyə bilərsiniz, beləliklə daha uzun müddət tox qalarsınız. Bu yeni araşdırma daha qidalı, aşağı kalorili qidalara üstünlük verməyin daha az yeməyə çalışmaqdan daha mühüm olduğunu irəli sürür.
Mənbələr
Comparing the portion size effect in women with and without extended training in portion control: A follow-up to the Portion-Control Strategies Trial.
Appetite 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.