Ramazanda düzgün qidalanma və orucun sağlamlığa təsiri barədə məlumatlar

Ramazan gəldi! Ramazanda 30 gün qidalanma formamızla yanaşı vərdişlərimiz də dəyişir. Bu dövrü sağlam keçirmək, hətta daha faydalı etmək üçün bəzi qaydalara diqqət lazımdır. Oruc bəzi problemlərin həllinə kömək edə bildiyi kimi uyğun olmayan şəxslərdə sağlamlığı pisləşdirə bilər.
Kim oruc tutmamalıdır?
İnsulin çatışmazlığı olan, əsasən uşaq-gənclərdə tip-1 diabet, dərman və ya insulin alan tip-2 diabet, uşaqlar və xəstələr, dərman tələb edən hipertoniya, ürək-damar, sinir sistemi xəstəlikləri və aktiv müalicəli xərçəng kimi ağır hallarda oruc tövsiyə edilmir. Hamilə, əmizdirən və ağır fiziki işçilərə də uyğun olmaya bilər.
Faydaları nələrdir?
Oruc tutmaq həm ruhumuzu, həm də bədənimizi lazımsız yüklərdən təmizləyə bilər. 30 gün boyunca təxminən 16 saat qədər uzun müddət ac qalmaq xüsusilə həzm, ürək və qan dövranı sistemimizin rahatlamasını təmin edir. Bundan əlavə, əsasən qarın ətrafının genişlənməsi ilə başlayan və insulin müqavimətinin inkişafı ilə artan diabet riskinin oruc və oruca bənzər uzun aclıqlar sayəsində azaldıla bildiyi göstərilib.
- Əlaqəli mövzu: Fasiləli oruc (intermittent fasting) və xərçəng (ətraflı)
Həftənin bir və ya iki günü oruca bənzər uzun aclıq dövrlərinin digər faydalarına insulin və leptin həssaslığını artırmaq, iltihabı və sərbəst radikalları azaltmaqla xroniki riski azalda bilər. Yağ metabolizmi yaxşılaşır, zərərli xolesterin azalır, yığılmış yağ yanır və metabolik risk enə bilər. Aralıqlı aclığın çəki itkisi ilə ürək-beyinlə yanaşı, immun sistemi gücləndirdiyini göstərən işlər var. Xərçəngin önlənməsi və müalicəsinə müsbət işlər olsa da təhlükəsiz, qəti nəticə üçün əlavə araşdırma lazımdır.
Lakin Ramazan ayında tutulan orucla yanaşı daha çox arıqlamaq məqsədilə fərqli pəhrizləri sınamaq və ya bir dəfə yeməyi seçmək düzgün deyil. Yemək seçimləri və porsiya miqdarları normal həddə saxlanıldıqda ideal çəki itkisi öz-özünə gələcək. Sahuru ötürməyin düzgün seçim olmayacağını bilmək lazımdır.
Sahur üçün tövsiyələr
Sahur səhər yeməyi kimi düşünülə bilər. Gün ərzində acma problemi yaşayanlar xüsusilə sahurda zülal tərkibi yüksək qidalara üstünlük verməlidirlər. Susuzluğu artıran yağlı və duzlu qidalar əvəzinə sahurda azduzlu pendir, azduzlu zeytun, azyağlı süd və qaynadılmış yumurta kimi tox saxlayan qidalar seçilə bilər. Çoxlu şəkər ehtiva edən mürəbbə, kakaolu fındıq kremləri kimi qidalar qan şəkərini sürətlə yüksəldərək qısa müddətdə acmağımıza səbəb olacaq.
İftar tövsiyələri?
Bütün gün ac qaldıqdan sonra iftarda özümüzü mükafatlandırmaq üçün bəzən özümüzü itirə bilirik. Halbuki Ramazan ayında daha çox ruhumuzun doymalı olduğu həqiqətini unuduruq. Aclığın gözəl yeməklə mükafatlandırılması Ramazanın ən gözəl anlarından biri olsa da, xüsusilə yağlı və ağır menyular seçildikdə mədə və ürək sağlamlığımız mənfi təsirlənə bildiyinə görə iftarlarda nə yediyimizə diqqət etməliyik.
Ümumilikdə:
- Yüngül başlanğıc üçün şorba və salat olsun.
- Plov, makaron, pide, çörəyi məhdudlaşdırın, tərəvəzə üstünlük verin.
- Ət yeyəndə yağlı qızartma yerinə qaynadılmış, pörtlədilmiş və ya buğda bişmiş seçin.
İftarda zülalla zəngin qidalar seçilməlidir. Amma zülalın yalnız ətdə və ya heyvan mənşəli qidada olduğu düşünülməməlidir. Mərci, lobya, noxud və lobya kimi zülalla zəngin bitki mənşəli qidalar Ramazanda tez-tez yeyilməlidir. Çünki zəngin lif tərkibi sayəsində onlar həm də bağırsaqlarımızın dostudur.
Ramazanda artan, qəbizlik üçün, lifli qidalarla ilə yanaşı iftar və sahur arasındakı 8 saatda bol maye qəbul edilməlidir. Orta hesabla 2-2.5 litr maye qəbulu əhəmiyyətlidir. Bədənin ehtiyacı olmayan, hətta daha çox susamağımıza səbəb olan yüksək şəkərli hazır meyvə şirələri, kola, meyvəli soda və bənzər qazlı içkilər əvəzinə maye kimi xüsusilə su seçilməlidir. Alternativ olaraq ayran və soda içilə bilər.
İftardan sonra desert kimi ağır və şərbətli şirniyyatlar əvəzinə südlü desertlər və ya meyvə seçilməlidir. Desert və ya meyvənin yeməkdən ən azı 1 saat sonra qəbulu daha uyğun olacaq.
Ramazan və gündəlik həyatda menyudan asılı olmayaraq, düzgün qidalanmanın iki qızıl qaydası bunlardır:
- Porsiyanı kiçik və ya ideal saxlamaq,
- Yavaş və yaxşı çeynəyib yemək.
- Qidalanma-pəhriz araşdırmalarında yenilik – 2019?
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.