Qidalanma-pəhriz araşdırmalarında yeni nə var – 2019?

Qidalanma vərdişlərimiz sağlamlığımızın formalaşmasında mühüm rol oynayır, lakin pəhrizin yekun təsiri barədə hələ çox şey bilinmir. Bu bölmədə aktual və ən yaxşı qidalanma araşdırmalarından bəzilərinə ümumi baxış təqdim edirik.
Hansı yeməklərin sağlamlıq üçün ən yaxşı olduğu və hansı qidaların gözlənilmədən mənfi təsirləri ola biləcəyinə dair xüsusi sualları və cavablarını burada tapa bilərsiniz.
Yanvar-fevral 2019-da dərc olunan diqqətəlayiq qidalanma araşdırmaları
Yemək həyat üçün zərurətdir və yaxşı yemək özümüzü yaxşı hiss etməyimizə, daha çox enerjiyə malik olmağımıza və daha məhsuldar olmağımıza kömək edir. Amma yaxşı yemək nə deməkdir? Nə yeməli, nədən uzaq durmalı və hansı pəhriz modellərini seçməlisiniz?
Tədqiqatçılar bu məsələləri daha yaxşı anlamaq və daha yaxşı qidalanma tövsiyələri vermək üçün daim çalışırlar.
Intermittent Fasting (Fasiləli aclıq / Oruc pəhrizi) barədə yeni elmi məlumatlar

Mövcud araşdırmalar insanın müəyyən saatlar boyunca ac qalıb qalan saatlarda sərbəst yediyi - fasiləli aclığın, arıqlamağa kömək edə və zərərli iltihabı azaldaraq fayda verə bildiyini göstərib. Əsasən aclıq bədəndə — çəki itkisini stimullaşdırmaq kimi — metabolik proseslərə təsir etməklə müsbət dəyişiklikləri tətikləyə bilər.
Adətən bədənimiz enerji istehsalı üçün karbohidratlardan istifadə edir, lakin insan ac qalıb yorulduqda və karbohidratlar artıq olmadıqda bədən başqa mənbələr axtarmağa və onlardan istifadə etməyə başlayır.
Scientific Reports jurnalında yanvar 2019-un sonunda dərc olunan araşdırma tədqiqatçıların əvvəllər bilmədiyi, oruc səbəbindən tətiklənən bəzi metabolik dəyişiklikləri müəyyən etdi.
Yaponiyadakı Okinawa Elm və Texnologiya Magistratura Universitetinin tədqiqatçıları, oruc tutmağın gen ekspressiyasına və hüceyrə səviyyəsində zülal sintezinə təsir edən iki üzvi birləşmə olan purin və pirimidin səviyyələrini artırdığını müəyyən etdilər.
Tədqiqatçı Dr. Takayuki Teruya, “Bu maddələr əzələnin və antioksidant fəallığın qorunmasında çox mühüm metabolitlərdir.” deyə izah edir. Bu, purin və pirimidin səviyyələrini artırmaqla oruc tutmağın cavanlaşdırıcı prosesləri stimullaşdıraraq potensial olaraq bədəni daha uzun müddət gənc saxlaya biləcəyi deməkdir.
Əlaqəli mövzu:
Səhər yeməyi yeməli, yoxsa yeməməli?

Fevral 2019-da dərc olunan digər araşdırmalar pəhrizlə bağlı ən yaxşı tətbiqlər barədə çoxdan davam edən əfsanələri aradan qaldırmağa çalışdı. Səhər yeməyi arıqlamaq üçün əhəmiyyətlidir kimi.
Bəziləri səhər yeməyi yeməyin metabolizmanı stimullaşdırmağa kömək etdiyini və bununla daha çox kalorinin daha sürətlə yandırıla biləcəyini düşünür. Bundan əlavə, bəzi araşdırmalar piylənmə ilə səhər yeməyini ötürmə meyli arasında əlaqə tapıb.
Lakin, BMJdə keçən ay dərc olunan araşdırmada əks əlaqə tapıldı. Ümumi gündəlik enerji (kalori) qəbulunun müntəzəm səhər yeməyi yeyənlərdə daha yüksək olmağa meyilli olduğunu göstərir.
Üstəlik, tədqiqatçılar gündəlik səhər yeməyi yemədən getməyə meyilli insanların orta hesabla səhər yeməyi yeyənlərdən daha az bədən çəkisinə malik olduğunu müəyyən etdilər. Lakin səhər yeməyini ötürməyin zərərlərini göstərən araşdırmaların çoxluğunu nəzərdən qaçırmaq olmaz. Nəticə olaraq fiziki işləyənlər üçün səhər yeməyi əlbəttə qaçılmaz görünür, lakin müasir həyatda ən çox rastlaşdığımız ofis işçiləri üçün səhər yeməyini ötürməyin sağlamlığa düşünüldüyü qədər pis olmadığı görünür. Gündəlik qəbul olunan ümumi enerjinin çox olmaması və bədəni bir qədər ac saxlamaq sağlamlığı dəstəkləyir.
Əlaqəli mövzu:
Həddindən artıq işlənmiş qidaların zərərlərinə dair yeni elmi məlumatlar

Fevral ayında həmçinin bəzi pəhriz seçimlərinin sağlamlığımızı təhlükəyə ata biləcəyi barədə xəbərdaredici araşdırmalar dərc olundu.
Məsələn, JAMA Daxili Tibb adlı jurnalda çıxan araşdırma bir daha, ultra işlənmiş qidaları yeməyin son dərəcə zərərli ola biləcəyi barədə xəbərdarlıq edir. Bu araşdırma Parisdəki Sorbonne Universiteti və Fransadakı Avicenne Xəstəxanasının mütəxəssisləri tərəfindən aparılıb.
Tədqiqatçılar hazır yeməklər və işlənmiş ətləri əhatə edən bu tip qidaların təbii lif baxımından zəif, yağ, şəkər və natrium (duz) baxımından isə zəngin olduğunu izah edirlər.
Marağınızı çəkə bilər:
Bu, dadlı olsalar da qidalı olmadıqları və mədəmizi tox hiss etdirmiş kimi aldadaraq ehtiyac duyduğumuz əsl qida maddələrini vermədikləri deməkdir. Eyni zamanda tədqiqatçılar ultra işlənmiş qidaların tez-tez müxtəlif xəstəliklərə məruz qalmağımızı artıra bilən süni əlavələr daşıdığını da qeyd edirlər.
Mütəxəssislər bu tip qidaların xəstəliyə həssaslığımızı daha da artırdığını artıq anlasalar da, ümumi ölüm riskinə təsirində qeyri-müəyyənlik vardı. Bu araşdırmada müəlliflər bəlkə də ilk dəfə yediyimiz ultra işlənmiş qidaların miqdarında 10 faiz artımın 14 faizlik ölüm riskinə gətirdiyi nəticəsinə gəliblər.
Əlaqəli mövzu:
Pəhriz / şəkərsiz içkilər düşünüldüyünün əksinə sağlamlığa zərərli ola bilər
Stroke jurnalındakı başqa araşdırma, süni şirinləşdirilmiş pəhriz içkilərinin istehlakı barədə bəzi aydın nəticələrə gəldi. Bu araşdırmanı aparan komanda xüsusilə pəhriz içkilərinin istehlakının 50 yaşdan yuxarı qadınlara necə təsir etdiyini görmək istəyirdi, buna görə bu yaş kateqoriyasındakı 82 min qadından gələn məlumatları təhlil etdi.
Təhlillər narahatedici meyli ortaya qoydu: gündə iki və ya daha çox pəhriz içkisi içən qadınlarda insult/iflic riskinin % 23, infarkt və ya bənzər hadisə riskinin 29 faiz daha yüksək olduğunu müəyyən etdi. Vəziyyət belədirsə, aşağı kalorili alkoqolsuz içkini alternativ seçdiyimiz zaman bunu yenidən nəzərdən keçirməliyik!
Alkoqol və xərçəng əlaqəsi yetərincə bilinmir
Avstraliyanın Adelaide şəhərindəki Flinders Universitetindən alimlər komandası diqqətini, PLOS ONEda dərc olunan yeni araşdırma bir çox insanın görməzdən gəldiyi alkoqolun zərərlərinə toxundu.
Avstraliyalı tədqiqatçılar qadınların alkoqolun döş xərçəngi üçün mühüm risk amili olduğundan nə qədər xəbərdar olduqlarını sorğuladılar. Bunun üçün 45-64 yaşlı qadınlara müraciət etdilər, nə qədər tez-tez və nə qədər alkoqol içdiklərini və risklərdən xəbərdar olub-olmadıqlarını soruşdular.
Nəticələrə görə alkoqol və döş xərçəngi arasındakı əlaqə barədə məlumatlılıq aşağıdır və qadınlar özlərini fəal şəkildə riskə atmağa davam edirlər. Qadınlar və səhiyyə sistemimiz üzərindəki artan yükü azalda biləcək siyasət və müdaxilələr hazırlamaq üçün alkoqol içmə davranışının arxasındakı modelləri və hərəkətverici qüvvələri anlamaq çox əhəmiyyətli ola bilər.
Bütün bu araşdırmalardan hamımız pəhrizlərin bizə qarşı deyil, bizim üçün işlədiyini və bədənlərimizin minnətdar olacağı seçimlər etməli olduğumuzu anlamalıyıq.
Mənbələr
Diverse metabolic reactions activated during 58-hr fasting are revealed by non-targeted metabolomic analysis of human blood.
Scientific Reports, 31 January 2019
2. Katherine Sievert ve ark.
Effect of breakfast on weight and energy intake: systematic review and meta-analysis of randomised controlled trials
BMJ, 2019
3. Laure Schnabel ve ark.
Association Between Ultraprocessed Food Consumption and Risk of Mortality Among Middle-aged Adults in France.
JAMA Intern Med. 11 February, 2019
4. Yasmin Mossavar-Rahmani ve ark.
Artificially Sweetened Beverages and Stroke, Coronary Heart Disease, and All-Cause Mortality in the Women’s Health Initiative.
Stroke, 14 February 2019
5. Samantha B. Meyer ve ark.
Alcohol and breast cancer risk: Middle-aged women’s logic and recommendations for reducing consumption in Australia.
PLOS ONE, 13 February 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.