Süni kardiostimulyator 1958 – Ürək döyüntülərini tənzimləyən möcüzə

Süni kardiostimulyator (ürək döyüntüsünü tənzimləyən cihaz) normal ürək döyüntüsünü təmin etmək üçün elektrik impulslarından istifadə edən cihazdır. Sağlam ürəyin ritmini idarə edən öz elektrik sistemi var. Hər ürək döyüntüsü ilə elektrik siqnalı ürəyin yuxarısından aşağısına doğru yayılır, ürək yığılır və qanı vurur. Bu elektrik siqnalı ürəyin sağ qulaqcığında (yuxarı boşluğunda) yerləşən, sinoatrial düyün adlanan hüceyrə qrupunda başlayır. Elektrik siqnalı sistemindəki qüsurlar ürəyin çox sürətli (taxikardiya), çox yavaş (bradikardiya) və ya nizamsız döyünməsinə səbəb ola bilər.
Süni kardiostimulyatorun təkamülü bir vaxtlar iri və istifadəsi əlverişsiz olan maşından bədənə yerləşdirilən, kiçik və uzunömürlü batareyalarla işləyən müasir cihaza qədər uzanan bir prosesi əhatə edir.
- 1952-ci ildə amerikalı kardioloq Paul Zoll döş qəfəsinin səthinə ağrılı elektrik impulsları verən xarici kardiostimulyator hazırladı.
- 1958-ci ildə amerikalı Wilson Greatbatch və isveçli Rune Elmqvist kimi ixtiraçılar tranzistorlardan istifadə olunan “bədənə yerləşdirilə bilən kardiostimulyator” hazırladılar. Ürək divarlarına yerləşdirilən elektrodlar sayəsində daha aşağı gərginlikli və batareya ilə işləyən qurğuların istehsalı mümkün oldu.
- 1960-cı illərin ortalarında elektrod sistemlərini qan damarları vasitəsilə ürəyə çatdırıb ürək boşluqlarından birinə yerləşdirmək mümkün oldu.
- 1970-ci illərdə litium batareyalardan və az enerji sərf edən dövrələrdən istifadə etməklə uzun illər işləyə bilən qurğular hazırlandı.
Bu gün iki kameralı kardiostimulyatorda bir pace (tel) qulaqcığı, digəri isə mədəciyi (aşağı boşluğu) idarə edir. Dinamik kardiostimulyatorlarda tezlik ehtiyaca uyğun avtomatik dəyişə bilər (məsələn, nəzərəçarpacaq bədən hərəkətləri zamanı və ya bədən temperaturunda, həll olmuş oksigen səviyyələrində dəyişikliklər aşkar edilərsə). Kardiostimulyatorlar həmçinin ürəyin fəaliyyəti ilə bağlı məlumatları izləyə və saxlaya bilər. Mütəxəssislər müayinə zamanı bu məlumatlara baxa bilərlər.
Məqalədə adı çəkilən tarixi şəxslər: Rune Elmqvist (1906–1996), Paul Maurice Zoll (1911–1999), Wilson Greatbatch (1919–2011)
- Əvvəlki mövzu: Tibbi ultrasəs 1957 – Görüntüləmə texnologiyası
- Növbəti mövzu: Bud-çanaq oynağı əməliyyatları 1958 – Total bud-çanaq artroplastikası
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.