Xərçəngdə yeni və təəccüblü müalicə yanaşması: SENOTERAPİYA

Xərçəngdə hər keçən gün yeni müalicə yanaşması ilə tanış oluruq. May 2020-ci ildə Nature jurnalında dərc edilən tədqiqatda senoterapiya ilə “yatan hüceyrələr hədəfə alınaraq” siçan modellərində qaraciyər xərçəngi hüceyrələrinin çoxalmasının qarşısı alındı. Bu tədqiqat hepatosellülar karsinomada (qaraciyər xərçəngi) senoterapiyanın ilk tətbiqidir.
Senoterapiya kiçik molekullu inhibitorlardan istifadə edərək yuxuda olan (çoxalmayan) hüceyrələri hədəfə alır. Senoterapevtik xüsusiyyət qocalma əleyhinə yanaşmalarda istifadə olunur. Tədqiqatda qaraciyər xərçənglərində senoterapiyanın tətbiq imkanları araşdırıldı. Bu məqsədlə qaraciyər hüceyrələrindəki FB1 (fructose 1,6-bisphosphatase 1) geni təhlil edildi. İnsan qaraciyər hüceyrələrində FBP1 fermentinin itkisi şiş böyüməsini əhəmiyyətli dərəcədə artırır. Əvvəlki tədqiqatlar mərhələ 1 /erkən mərhələ) şişlərdə FBP1 səviyyələrinin aşağı olduğunu və xəstəlik irəlilədikcə daha da azaldığını göstərib.
Tədqiqatın nəticələrinə görə
- FB1 fermentinin ən geniş yayılmış qaraciyər xərçəngi növü olan hepatosellülar karsinomalarda (HCC) aşağı səviyyədə olduğu aşkar edildi.
- Gen mühəndisliyi üsulu ilə FBP1 fermentinin aktivliyi əngəllənən siçanlarda qaraciyər xərçənginin sürətlə irəlilədiyi görüldü. Eyni zamanda FB1 fermentinin aktivliyinin itirilməsindən sonra piylənmə, alkoqolizm və hepatit kimi əsas amillərdən asılı olmayaraq qaraciyər şişinin böyüməsi müşahidə edildi.
- Tədqiqatçılar qaraciyər hüceyrəsinə xas FBP1 itkisinin səbəb olduğu şiş proqressiyasının qarşısını almaq üçün bu yaşlı hüceyrələri Navitoclax (hematoloji bədxassəli xəstəliklərin müalicəsində klinik tədqiqatları davam edən dərman) kimi senolitik dərmanlarla hədəfə alaraq şişin irəliləməsini dayandırmağa nail oldular.
Bəs bu tədqiqat bizim üçün nə ifadə edir?
- BP1 fermentinin qaraciyərdə mühüm metabolik şiş basqılayıcı olduğunu göstərən ilk genetik tədqiqatdır. Həmçinin qaraciyər hüceyrələrindəki FB1 gen pozuntularının şişin mikroətrafına təsir edərək şiş böyüməsini dəstəklədiyi aşkar edilib.
- Qaraciyər xərçənginə qarşı senoterapiyanın faydalı ola biləcəyi göstərilib.
- Senoterapiyada şişin mikroətrafındakı “xərçəng olmayan və yatan” hüceyrələr hədəfə alınır. Yuxuda olan bu tip hüceyrələrin xərçəngləşməni dəstəklədiyi müşahidə edilib.
- İmmunoterapiyaların effektivliyini azaldan mühüm səbəblərdən biri də şişin mikroətrafındakı hüceyrələrdir. Senoterapiya və immunoterapiyanın birgə istifadəsi effektiv xərçəng müalicəsi təqdim edə bilər.
Xüsusilə vurğulamaq lazımdır ki, bu tədqiqat laboratoriya şəraitində aparılıb. İrəliləmiş klinik tədqiqatlarla bu tapıntılar təsdiqlənməlidir.
Əlaqədar mövzular:
- Yaşlanan xərçəng hüceyrələri bir-birini yeyərək yaşamağa davam edir
- Müalicə olunmuş xərçəng niyə təkrarlanır: Yatan xərçəng hüceyrələri
Mənbələr
FBP1 loss disrupts liver metabolism and promotes tumorigenesis through a hepatic stellate cell senescence secretome.
Nature Cell Biology, 4 May 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.