Yüksək lifli pəhriz baş və boyun xərçəngi riskini azalda bilər

Bu məqalədə
International Journal of Cancer jurnalında dərc edilmiş elmi tədqiqata görə yüksək lifli qidalanma baş və boyun xərçənginə tutulma riskini azalda bilər.
Ağızdaxili orqanlar və yumşaq damaq, nazofarinks (burun-udlaq), larinks (qırtlaq), paranazal sinuslar və tüpürcək vəzilərinin xərçəngləri baş və boyun xərçənglərini təşkil edir. Bu xərçənglərin ən mühüm yaranma səbəbləri, yəni risk amilləri tütün məhsulları və alkoqol istifadəsidir.

Əvvəllər də yüksək lif tərkibli qidaların baş və boyun xərçəngi riskini azaltdığı düşünülürdü, lakin yazımızın mövzusu olan tədqiqata qədər bu əlaqə bildirilməmişdi.
Bu araşdırma üçün baş və boyun xərçəngi olan 5959 xəstəyə aid 10 hal-nəzarət tədqiqatı toplanmışdır. 12.248 şəxs də nəzarət qrupu kimi müəyyən edilmişdir.
Şəxslər gündəlik ümumi enerji qəbulu, siqaret və alkoqol istifadəsi, yaş, cinsiyyət, təhsil və qidalanma baxımından analiz edilmişdir.
Tədqiqatın ən diqqətçəkən nəticəsinə görə yüksək lifli qidalanma tərzinə malik olmaq şəxsin ağız boşluğu və farinks xərçəngi yaranma riskini %51; larinks xərçəngi yaranma riskini %34 azaltmışdır. Bununla belə, qiymətləndirilən 10 tədqiqatın olduqca heterogen (qarışıq) xüsusiyyətli olduğu da tədqiqatçılar tərəfindən vurğulanmışdır.
Bol lifli qida istehlakı baş və boyun xərçəngləri riskini necə azalda bilər?
Bu əlaqə barədə ilk olaraq 3 cavab ağla gəlir:
- Birincisi, bol lifli qida istehlakının qlisemik yükü və beləliklə xərçəngdə mühüm rolu olan iltihabı azaltması.
- İkincisi, lifli qidaların baş və boyun bölgəsinin örtüyünü təşkil edən epitel hüceyrələrinə tütün və alkoqoldakı kanserogenlərin təmasını azaltması,
- Üçüncüsü isə yüksək lifli qidalanan şəxslərin ümumilikdə daha sağlam həyat tərzinə malik olması.
Nəticədə illərdir bir çox elmi tədqiqatda da vurğulandığı kimi, təzə tərəvəz-meyvələr və taxıllar yüksək lif tərkibi ilə sağlam qidalanmanınvazkeçilməz hissəsidir. Yüksək miqdarda lif ehtiva edən qidaların hansı hüceyrə mexanizmləri ilə baş-boyun xərçəngləri riskini azaltdığı gələcək tədqiqatlarla aydınlaşdırılacaq.
Mənbələr
Dietary fiber intake and head and neck cancer risk: A pooled analysis in the International Head and Neck Cancer Epidemiology consortium.
Int J Cancer. 2017 Jul
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.