2020 Nobel Fiziologiya və ya Tibb Mükafatı Hepatit C virusunun kəşfinə verildi

Bu məqalədə
2020 Nobel Fiziologiya və ya Tibb Mükafatıdünyanın hər yerində insanlarda sirroza və qaraciyər xərçənginə səbəb olan mühüm qlobal sağlamlıq problemi, qanla yoluxan hepatit Cilə mübarizəyə həlledici töhfə verən üç alimə təqdim edildi.
Harvey J. Alter, Michael Houghton və Charles M. Rice yeni virus olan Hepatit C virusunun müəyyənləşdirilməsinə gətirən üfüqaçıcı kəşflər etdilər. İşlərindən əvvəl Hepatit A və B viruslarının kəşfi mühüm irəliləyiş olmuşdu, ancaq qanla yoluxan hepatit hallarının çoxu izahsız qalmışdı. Hepatit C virusunun kəşfi qalan xroniki hepatit hallarının səbəbini ortaya çıxardı, qan testlərini və milyonlarla həyatı xilas edən yeni dərmanları mümkün etdi.
Hepatit – insan sağlamlığına qlobal təhlükə
Qaraciyər iltihabı və ya hepatit qaraciyər və iltihab mənalı yunan sözlərinin birləşməsidir. Hepatitlər əsasən virus infeksiyalarından yaranır, ancaq alkoqoldan sui-istifadə, ətraf mühit toksinləri və autoimmun xəstəliklər də mühüm səbəblərdir.
1940-cı illərdə yoluxucu hepatitin iki əsas növü olduğu məlum oldu. Hepatit A adlanan birinci növ çirkli su və ya qida ilə yoluxur və adətən xəstəyə uzunmüddətli təsiri çox azdır. İkinci növ isə qan və bədən mayeləri ilə yoluxur; sirroz və qaraciyər xərçəngi ilə xroniki vəziyyətə gətirə bildiyindən daha ciddi təhlükədir (Şəkil 1). Bu hepatit gizlidir, çünki sağlam şəxslər ciddi fəsadlar üzə çıxmazdan əvvəl illərlə səssiz yoluxmuş qala bilərlər. Qan mənşəli hepatit mühüm morbidlik (xəstəlik) və mortalite (ölüm) ilə əlaqəlidir və dünyada hər il bir milyondan çox ölümə səbəb olur; bu da onu HIV infeksiyası və vərəmlə müqayisə edilən miqyasda qlobal sağlamlıq probleminə çevirir.

Şəkil 1. Hepatitin iki əsas forması var. Bir forma çirkli su və ya qida ilə yoluxan Hepatit A virusunun yaratdığı kəskin xəstəlikdir. Digəri Hepatit B və ya Hepatit C virusundan (builki Nobel Mükafatı) yaranır. Qanla yoluxan hepatitin bu forması adətən sirroza və hepatosellülar karsinomaya (qaraciyər xərçənginə) irəliləyə bilən xroniki xəstəlikdir.
Bilinməyən yoluxucu amil
Yoluxucu xəstəliklərə uğurlu müdaxilənin açarı səbəbkar amili müəyyən etməkdir. 1960-cı illərdə Baruch Blumberg qanla daşınan hepatitin bir növünə Hepatit B virusu adlı virusun səbəb olduğunu müəyyənləşdirdi; bu kəşf diaqnostik testlərə və effektiv peyvəndin hazırlanmasına gətirdi. Blumberg bu kəşfə görə 1976-da Nobel Fiziologiya və ya Tibb Mükafatına layiq görüldü.
O vaxt ABŞ Milli Sağlamlıq İnstitutlarından Harvey J. Alter qan transfuziyası (köçürülməsi) almış xəstələrdə hepatitin yaranmasını araşdırırdı. Yeni kəşf olunmuş Hepatit B virusuna qan testləri transfuziya ilə bağlı halların sayını azaltsa da, Alter və həmkarları narahatedici sayda hepatit halının qaldığını göstərdilər. Hepatit A virusu infeksiyası üçün testlər də həmin dövrdə hazırlandı və bu izahsız halların səbəbinin Hepatit A olmadığı ortaya çıxdı.
Qan köçürülənlərin mühüm hissəsində bilinməyən infeksiya amilinə bağlı xroniki hepatit inkişaf etməsi böyük narahatlıq yaradırdı. Alter və həmkarları bu hepatit xəstələrinin qanının xəstəliyi insanlardan başqa yeganə həssas sahib olan şimpanzelərə ötürə bildiyini göstərdilər. Sonrakı işlər bilinməyən yoluxucu amilin virus xüsusiyyətlərinə malik olduğunu da göstərdi. Alter-in sistemli araşdırmaları beləliklə xroniki virus hepatitinin yeni və fərqli formasını təsvir etmişdi. Sirli xəstəlik “A olmayan, B olmayan” hepatit kimi tanınmağa başladı.
Hepatit C virusunun müəyyənləşdirilməsi
Yeni virusun müəyyənləşdirilməsi artıq yüksək prioritet idi. Virusu tapmaq üçün bütün ənənəvi üsullardan istifadə edildi, amma virus on ildən çox müddətdə təcrid edilə bilmədi.
Chiron dərman şirkətində çalışan Michael Houghton virusun genetik ardıcıllığını təcrid etmək üçün lazım olan çətin işləri üzərinə götürdü. Houghton və həmkarları yoluxmuş şimpanzenin qanındakı nuklein turşularından DNA fraqmentləri kolleksiyası yaratdılar. Fraqmentlərin çoxu şimpanzenin genomundan gəlirdi, ancaq tədqiqatçılar bəzilərinin bilinməyən virusdan yaranacağını təxmin edirdilər. Virusa qarşı immun sistemimizin istehsal etdiyi anticisimlərin hepatit xəstələrinin qanında olacağı fərziyyəsi ilə tədqiqatçılar virus proteinlərini kodlaşdıran klonlaşdırılmış virus DNA fraqmentlərini müəyyən etmək üçün xəstə serumlarından istifadə etdilər. Geniş araşdırmadan sonra müsbət klon tapıldı. Əlavə tədqiqatlar bu klonun Flavivirus ailəsinə aid yeni RNA virusundan yarandığını göstərdi və ona Hepatit C virusu adı verildi.

Şəkil 2 Builki Nobel Mükafatına layiq kəşflərin xülasəsi. Harvey J. Alter-in transfuziya ilə bağlı hepatit üzrə sistemli işləri bilinməyən virusun xroniki hepatitin geniş yayılmış səbəbi olduğunu göstərdi. Michael Houghton Hepatit C adlanan yeni virusun genomunu təcrid etmək üçün sınanmamış strategiya istifadə etdi. Charles M. Rice Hepatit C virusunun təkbaşına hepatit yarada biləcəyinə son sübutu təqdim etdi.
Hepatit C virusunun kəşfi həlledici idi, amma tapmacanın əsas hissəsi çatmırdı: virus təkbaşına hepatit yarada bilərmi? Cavab üçün alimlər klonlaşdırılmış virusun çoxalıb xəstəlik yaradıb-yaratmadığını araşdırmalı idilər. St. Louis-də Washington Universitetinin tədqiqatçısı Charles M. Rice RNA virusları ilə işləyən digər qruplarla birlikdə Hepatit C genomunun sonunda virusun replikasiyası (çoxalması) üçün vacib ola biləcəyindən şübhələndikləri, əvvəl təsvir edilməmiş sahəyə diqqət çəkdi: təcrid olunmuş virus nümunələrindəki variasiyalar (dəyişikliklər) və bunların bəzilərinin replikasiyanı əngəlləyə biləcəyi fərziyyəsi. Gen mühəndisliyi ilə Rice virus genomunun yeni müəyyən edilmiş sahəsini ehtiva edən, inaktivləşdirici genetik variasiyaları olmayan Hepatit C virus RNA variantı yaratdı. Bu RNA şimpanzelərin qaraciyərinə yeridiləndə qanda virus aşkarlandı və xroniki xəstəliyi olan insanlardakına bənzər patoloji dəyişikliklər görüldü. Bu, Hepatit C virusunun təkbaşına izahsız transfuziya mənşəli hepatit hallarına səbəb ola biləcəyinin son sübutu idi.
Nobel Mükafatlı bu kəşfin əhəmiyyəti
Nobel Mükafatına layiq görülmüş Hepatit C virusunun kəşfi virus xəstəliklərinə qarşı davam edən mübarizədə mühüm uğurdur (Şəkil 2). Bu kəşflər sayəsində virus üçün son dərəcə həssas qan testləri artıq var; dünyanın bir çox yerində transfuziyadan sonrakı hepatitin qarşısını alaraq qlobal sağlamlığı xeyli yaxşılaşdırıb. Kəşflər həmçinin hepatit C-yə qarşı antiviral dərmanların sürətli inkişafına imkan verib. Tarixdə ilk dəfə bu xəstəlik artıq müalicə edilə bilir; bu da Hepatit C virusunun dünya əhalisində aradan qaldırılmasına ümidləri artırıb. Hədəfə çatmaq üçün qan testini asanlaşdıran və antiviral dərmanları dünyada istifadəyə təqdim edən beynəlxalq səylər lazım olacaq (Şəkil 3).

Şəkil 3. Hepatit C virusunun kəşfi prosesi 3 alimi Nobel Mükafatı sahibi etdi. Bu kəşf dünyanın böyük hissəsində transfuziya ilə yoluxan hepatit riskini aradan qaldıran həssas qan testlərinin hazırlanmasına imkan verdi. Bu irəliləyiş xəstəliyi sağalda bilən antiviral dərmanların hazırlanmasını da təmin etdi. Hepatit C mühüm qlobal sağlamlıq problemi olaraq qalır, ancaq artıq xəstəliyi aradan qaldırmaq imkanı var.
Harvey J. Alter

1935-də New York-da doğuldu. Tibb diplomunu Rochester Universitetinin Tibb Fakültəsindən aldı, Strong Memorial və Seattle Universitet xəstəxanalarında daxili xəstəliklər üzrə təhsil aldı. 1961-də ABŞ Milli Sağlamlıq İnstitutlarına (NIH) həkim əməkdaş kimi qoşuldu. 1969-da Klinik Mərkəzin Transfuziya Təbabəti Bölməsinə baş tədqiqatçı kimi qoşulmaq üçün NIH-yə dönməzdən əvvəl Georgetown Universitetində bir neçə il keçirdi.
Michael Houghton

Birləşmiş Krallıqda doğuldu. Doktorluq dərəcəsini King’s College London-dan 1977-də aldı. 1982-də Chiron Corporation, Emeryville, California-ya keçməzdən əvvəl GD Searle & Company-yə qoşuldu. 2010-cu ildə Alberta Universitetinə keçdi; hazırda virusologiyada Kanada Mükəmməllik Tədqiqat Kafedrasının rəhbəri və Alberta Universitetində Li Ka Shing Virusologiya professorudur. Həmçinin Li Ka Shing Tətbiqi Virusologiya İnstitutunun direktorudur.
Charles M. Rice

1952-də Sacramento-da doğuldu. Doktorluq dərəcəsini 1981-1985 illərində doktorluqdan sonrakı tədqiqatçı kimi təhsil aldığı California Texnologiya İnstitutundan 1981-ci ildə aldı. Araşdırma qrupunu 1986-da Washington University School of Medicine, St Louis-də qurdu və 1995-də professor oldu. 2001-dən New York Rockefeller Universitetində professor işləyir. 2001-2018 dövründə, hələ fəal olduğu Rockefeller Universiteti Hepatit C Araşdırma Mərkəzinin elmi və inzibati direktoru olub.
*
ƏLAQƏLİ MÖVZULAR:
- 2019 Nobel Tibb və ya Fiziologiya Mükafatı – kimə verildi, mövzusu və əhəmiyyəti
- 2018 Nobel Tibb Mükafatı xərçəng immunoterapiyası tədqiqatları ilə James Allison və Tasuku Honjo-nundur
- 2017 Nobel Tibb Mükafatı niyə yenə sirkad ritminə verildi?
- 2016 Nobel Tibb Mükafatı autofagiya tədqiqatları ilə Yoshinori Ohsumi-yə verildi
- Aziz Sancar-a Nobel Mükafatını gətirən işləri: DNA-nın mexanistik təmiri
Mənbələr
2. Alter HJ, Holland PV, Purcell RH, Lander JJ, Feinstone SM, Morrow AG, Schmidt PJ. Posttransfusion hepatitis after exclusion of commercial and hepatitis-B antigen-positive donors. Ann Intern Med. 1972; 77:691-699.
3. Feinstone SM, Kapikian AZ, Purcell RH, Alter HJ, Holland PV. Transfusion-associated hepatitis not due to viral hepatitis type A or B. N Engl J Med. 1975; 292:767-770.
4. Alter HJ, Holland PV, Morrow AG, Purcell RH, Feinstone SM, Moritsugu Y. Clinical and serological analysis of transfusion-associated hepatitis. Lancet. 1975; 2:838-841.
5. Alter HJ, Purcell RH, Holland PV, Popper H. Transmissible agent in non-A, non-B hepatitis. Lancet. 1978; 1:459-463.
6. Choo QL, Kuo G, Weiner AJ, Overby LR, Bradley DW, Houghton M. Isolation of a cDNA clone derived from a blood-borne non-A, non-B viral hepatitis genome. Science. 1989; 244:359-362.
7. Kuo G., Choo QL, Alter HJ, Gitnick GL, Redeker AG, Purcell RH, Miyamura T, Dienstag JL, Alter CE, Stevens CE, Tegtmeier GE, Bonino F, Colombo M, Lee WS, Kuo C., Berger K, Shuster JR, Overby LR, Bradley DW, Houghton M. An assay for circulating antibodies to a major etiologic virus of human non-A, non-B hepatitis. Science. 1989; 244:362-364.
8. Kolykhalov AA, Agapov EV, Blight KJ, Mihalik K, Feinstone SM, Rice CM. Transmission of hepatitis C by intrahepatic inoculation with transcribed RNA. Science. 1997; 277:570-574.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.