4-cü mərhələ döş xərçəngində davamlı, yoxsa fasiləli kimyaterapiya daha faydalıdır?

Avropa Tibbi Onkologiya Cəmiyyətinin (ESMO) 2019 Döş Xərçəngi Konqresində təqdim edilən, Stop & Go təhlillərinə görə davamlı kimyaterapiya fasiləlidən həm ömrü artırıb, həm keyfiyyəti qoruyaraq irəli döş xərçəngində daha faydalı oldu.
Faza-III klinik tədqiqat Stop & Go, HER2 mənfi döş xərçəngi olan 420 xəstəni fasiləli kimyaterapiya proqramına (4 dövr, sonra bir “müalicə tətili”, sonra başqa 4 dövr) və ya eyni 8 dövrün ardıcıl verildiyi davamlı kimyaterapiya proqramına ayırdı. Hər iki qolda birinci sıra müalicə kimi “paklitaksel üstəgəl, bevasizumab», ikinci xəttdə «,kapesitabin və ya liposomal, doksorubisin» verildi.
Sağqalım
Niderland Zuyderland Mərkəzindən Frans Erdkamp həm ilk, həm ikinci xəttdə davamlı müalicənin sağqalım üstünlüyünü təqdim etdi. “Bu təhlildə əsas diqqətimiz ikinci sıra müalicənin effektivliyində olsa da, maraqlıdır ki, yenilənmiş ümumi sağqalım nəticələri birinci sıra daxil bütün xəstələr üçün davamlı müalicə ilə daha yaxşı sağqalım göstərdi.” dedi.
- İkinci sıra müalicə alan 270 xəstə iki qola ayrıldı: 131 nəfərə fasiləli, 139 nəfərə davamlı kimyaterapiya tətbiq edildi. Fasiləli müalicə alanların proqressiyasız (irəliləməsiz) sağqalım müddəti 3.5 ay, davamlı müalicə alanlarda isə 5 ay müəyyən edildi (HR 1.04, CI= 0.69–1.57).
- Həm ilk, həm ikinci xətt üçün median proqressiyasız sağqalım fasiləlidə 14.6, davamlıda 16.6 ay idi.
- Bütün qrupda median ümumi sağqalım fasiləlidə 20.3, davamlıda 23 ay idi (HR: 1.93, CI= 1.26–2.95).
Həyat keyfiyyəti
İşin, həyat keyfiyyəti nəticələrini Anouk Claessens verdi. “Klinik praktikada müalicə strategiyalarında mühüm fərqlər görürük, buna görə müasir agentlərlə birlikdə zamanlamanın həyat keyfiyyətinə təsirini araşdıran sınaq aparmağın faydalı olacağını düşündük” dedi. Əvvəl fasilənin faydalı olacağını düşündüklərini bildirdi.
Keyfiyyət müalicə və izləmədə hər 12 həftə ölçüldü. Hər ardıcıllıq qolunda fiziki və psixi balın gedişi və qolların fərqi izlənib hesablandı. Median izləmə 11.3 ay idi.
«Fasiləli qolda fiziki keyfiyyətdə xətti eniş gördük», dedi və əlavə etdi: “Müalicə qolları arasında həyat keyfiyyətinin gedişinin müqayisəsi maksimum fərqlərin statistik əhəmiyyətli olmadığını, lakin davamlı müalicə qolunda daha müsbət ballara meyil olduğunu göstərdi.”
Erasmus Universitetindən Monique Bos, «Fərziyyəmizə zidd keyfiyyət nəticələrinə təəccübləndik. Tətil sözünün özünə görə xəstəyə fasiləni faydalı təqdim etməyə meyilliyik, amma belə deyildi», dedi.
Şərh
Bu araşdırma klinik praktikada çox tez-tez qarşılaşdığımız suala mənalı cavablar təqdim edir; belə ki, irəliləmiş mərhələli döş xərçəngi olan xəstələrimiz niyə onlara fasiləsiz müalicə tövsiyə olunduğunu soruşurlar. İndiyədək artıq istifadə olunmayan kimyaterapiya rejimlərindən əldə etdiyimiz sübutlara görə, metastatik döş xərçəngində davamlı kimyaterapiyanın yaxşılığını bilirdik. Stop & Go sağqalım və keyfiyyət məlumatları beynəlxalq təlimatlara uyğun olaraq, ən az ilk xətdən sonra, üstünlük verilən tək kimyaterapiyanın dözülən və təsirli olduğu müddətcə davamını dəstəkləyir. Daha pis keyfiyyətlə heç əlaqəsi olmaması mühümdür və xəstələrin davamlı müalicə seçməsinin əhəmiyyətini vurğulayır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.