4-cü mərhələ mədəaltı vəzi xərçənginin müalicəsi üçün FDA yeni dərman təsdiqlədi

İrəliləmiş mərhələli (metastatik) mədəaltı vəzi xərçənginin müalicəsi üçün FDA Onivyde adlı dərmanın istifadəsinə təsdiq verdi. Bu dərman uzun illərdir məlum olan kimyaterapiya dərmanı İrinotekanın lipozomal formasıdır. Onivyde-in əvvəllər gemsitabin əsaslı kimyaterapiya almış irəliləmiş mərhələli (metastatik) mədəaltı vəzi xərçənginin müalicəsində 5FU və leykovorin kombinasiyası ilə birlikdə istifadəsinə təsdiq verilib.
İrəliləmiş mərhələli mədəaltı vəzi xərçəngli xəstələrin müalicəsində birinci sıra müalicə olan gemsitabin əsaslı kimyaterapiyadan sonra effektiv müalicə uzun müddətdir araşdırılırdı, lakin indiyədək ürəkaçan nəticələr alınmamışdı.
Nanotexnologiya ilə hazırlanmış dərmanlar klinik praktikamıza daxil olmağa başlayıb. Onivyde nanotexnologiya ilə hazırlanıb FDA tərəfindən istifadə təsdiqi verilən 3-cü kimyaterapiya dərmanı oldu; bundan əvvəl də Abraxane və Doxil adlı dərmanlar bu texnologiya ilə hazırlanıb.
İrinotekan adlı klassik kimyaterapiya dərmanı nanotexnoloji üsullardan istifadə edilərək liposom misellərlə örtülüb və bu dərman əldə edilib.
FDA-nın təsdiq verməsinə səbəb olan NAPOLI-1 tədqiqatına görə, 5-FU və leykovorin ikili kimyaterapiya rejiminə lipozomal irinotekanın əlavə edilməsi median sağqalımı 4,2 aydan 6,1 aya yüksəldib. Lipozomal irinotekanın tək istifadəsi isə əhəmiyyətli sağqalım faydası yaratmayıb.
2015-ci ilin ölkəmizə aid məlumatlarına görə, mədəaltı vəzi xərçəngi kişilərdə ən çox rast gəlinən 9-cu xərçəng növüdür. Mədəaltı vəzi xərçənglərinin əksəriyyəti adenokarsinoma quruluşundadır. Bu tədqiqata qədər bir çox xəstə lokal irəliləmiş mədəaltı vəzi xərçənginin adyuvant/neoadyuvant və ya metastatik xəstəliyin birinci və ya ikinci sıra müalicəsi üçün gemsitabin əsaslı müalicələr alırdı, lakin xəstəlik proqressiya (pisləşmə) göstərdikdən sonra hansı dərmanların istifadə edilə biləcəyi aydın deyildi.
İrinotekanın lipozomal formasının yalnız FDA təsdiqi aldığını, hələ ölkəmizdə istifadə təsdiqi almadığını qeyd etmək lazımdır. Xərçəng sahəsindəki bütün yenilikləri yaxından izləyərək ölkəmizdə istifadə təsdiqi alarsa, xəbərlər səhifəmizdə lazımi elanı paylaşacağıq.
Əlaqəli mövzular:
- Mədəaltı vəzi xərçənginin əlamətləri, mərhələləri və müalicəsi
- Mədəaltı vəzi xərçənginin müalicəsində indiyədək əldə edilən ən yaxşı nəticələr
Mənbələr
FDA approves new treatment for advanced pancreatic cancer.
https://www.fda.gov/NewsEvents/Newsroom/PressAnnouncements/ucm468654.htm.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.