Ağrı (artralgiya və mialgiya)

Bu məqalədə
Mialgiya və artralgiya nədir?
Mialgiya nədir?
Əzələlərdə yaranan ağrıdır. Oynaq və əzələ ağrıları zədələnmə, duruş pozuntuları kimi bir çox səbəbdən yaransa da, biz kimyaterapiya müalicəsinin əlavə təsiri kimi meydana çıxan oynaq və əzələ ağrılarına diqqət yetirəcəyik.
Bu cür ağrılar adətən kimyaterapiya müalicəsindən 48 ilə 72 saat sonra qollarınızda və ayaqlarınızda yaranır. Bu əlavə təsir hər müalicədə ortaya çıxmaya bilər. Bir müalicə zamanı ağrı hiss edib sonrakında hiss etməyə bilərsiniz. Şiddətli ağrılarınız olduqda aşağıda qeyd etdiyim məqamlara diqqət etməyiniz həyatınızı asanlaşdıracaqdır.
Artralgiya nədir?
Artralgiya, oynaqlar sümüklərin birləşmə nöqtələridir. Bu birləşmə nöqtələrində (çiyinlər, dirsəklər, dizlər kimi) sümüklərin bir-birinə sürtünməsinin qarşısını alan strukturlar mövcuddur. Bu strukturlarda iltihab, oynaqdaxili mayenin azalması və zədə ağrı yaradır. Oynaqlarda yaranan bu ağrılara artralgiya deyilir.
Xərçəng müalicəsinin əlavə təsiri kimi artralgiya və mialgiya ilə necə mübarizə apara bilərəm?
- Dərmanınızı həkiminizin verdiyi reseptə uyğun qəbul edin.
- İstirahət müddətiniz daxil olmaqla bütün fəaliyyətlərinizi planlaşdırın və bol istirahət edin.
- İsidici yastıq və ya isti su şüşəsi ağrılı nahiyənin rahatlamasına kömək edə bilər. İsidici yastığı və ya isti su şüşəsini dərinizə toxundurmadan əvvəl dəsmalla bükməyi unutmayın. Gündə 4-5 dəfə 5-10 dəqiqəlik qısa aralıqlarla tətbiq edə bilərsiniz.
- Müntəzəm və sağlam qidalanın.
- Bəzi bədii fəaliyyətlər (rəsm, musiqi və s.), meditasiya (yoqa) kimi rahatlama üsulları sizə kömək edə bilər.
- Ağrılı nahiyəyə tətbiq olunan masaj müalicəsi faydalı ola bilər və ya refleksologiya üsullarından faydalana bilərsiniz.
Bəzi kimyaterapiya növləri (paklitaksel, dosetaksel), ağ qan hüceyrələrini artıran dərmanlar (neupogen, granocyte və s.), sümükqoruyucular (zometa, zolenat, bondronat və s.) bu cür ağrılara səbəb ola bilər.
Bu cür ağrılarla qarşılaşdıqda qorxuya və təşvişə düşməyin, şikayətlərinizin uyğun dərmanlarla azaldıla biləcəyini unutmayın.
Bu hallarda həkiminizə müraciət edin
Gündəlik həyatınıza təsir edən şiddətli ağrı olduqda həkiminizə müraciət etməlisiniz. Həkiminizdən xəbərsiz heç vaxt özbaşına eşitdiyiniz tövsiyələri tətbiq etməyin. Həkiminiz lazımi müayinələri apararaq ağrını aradan qaldırmaq üçün zəruri hesab etdiyi əlavələri və/və ya dəyişiklikləri edəcəkdir.
- Marağınızı çəkə bilər: Xərçəng ağrısı necə müalicə edilir?
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.