Dəmir ağciyər 1928 – İlk tənəffüs cihazı

Dəmir ağciyər insan bədəninin əsas funksiyalarından birini yerinə yetirən ilk mexaniki cihazlardan biri olmaqla yanaşı, biotibbi mühəndisliyin erkən nümunələrindən biridir. Biotibbi mühəndislik tibbdə mühəndislik yanaşmalarının istifadəsinə həsr olunmuş sahədir.
Dəmir ağciyər əzələ nəzarəti itirildikdə insanın nəfəs almasına imkan verir. Dəmir ağciyər aparatı;
- Xəstəni əhatə edən polad silindrə bənzəyir.
- Xəstənin başı rezin yaxalıq vasitəsilə bir ucundan bayıra çıxır.
- Nasosu xəstə ağızdan nəfəs alarkən silindrin daxilindəki hava təzyiqini vaxtaşırı dəyişdirərək xəstənin ağciyərini şişirdib boşaldır.
- Təzyiq aşağı olduqda döş qəfəsi genişlənir və hava xəstənin ağciyərinə çəkilir.
1928-ci ildə amerikalı Philip Drinker və Louis Shaw tərəfindən ixtira edilən cihaz 1940-cı və 1950-ci illərdə geniş yayılmış uşaq iflici virusunun (poliovirus) müalicəsində istifadə edilərək məşhurlaşmışdır. İflic olmuş və özbaşına nəfəs ala bilməyən xəstələrin müalicəsində həyat qurtarıcı olmuşdur. Dəmir ağciyərin həyat qurtaran xüsusiyyətlərinə baxmayaraq, həkim Robert Eiben "dəmir ağciyərin" qorxu ilə xatırlandığını söyləyir. “Heç bir polio xəstəsinin 'dəmir ağciyər' təcrübəsindən qorxmadığını düşünmək o qədər də mümkün deyil.”
Bəzi xəstələr onun içinə girməyin demək olar ki, qəti ölüm mənasına gəldiyini qəbul edirdi. Bəziləri aparatı tabuta bərabər tuturdu. Bəzi xəstələr ömür boyu dəmir ağciyərdə qaldığı halda, polio xəstələrinin çoxu kəskin tutmadan sonra bir ay ərzində ağciyərdən çıxarıldı. Paul Alexander adlı uşaq iflici xəstəsi aparatda 70 il yaşamışdır.
Yazıçı Ruth DeJauregui dəmir ağciyərin və sonrakı cihazların əhəmiyyətinə diqqət çəkir: "İflicli xəstələrə nəfəs almaqda kömək etməkdən hava vasitəsilə dərman verilməsinə və işçilərin təhlükəli tüstülərdən yayınmasına, vaxtından əvvəl doğulmuş körpələrə nəzarət olunan mühitdə hava təmin etməyə qədər tənəffüs cihazı müasir tibb üçün əvəzolunmazdır."
Yazıdakı şəklin izahı: Məşhur Rancho Los Amigos Xəstəxanasının (Kaliforniya, 1953) uşaq iflici xəstələrinin dəmir ağciyər otağında çəkilmiş bir fotoşəkil.
Yazıda adı çəkilən tarixi şəxslər: Louis Agassiz Shaw (1886–1940), Philip Drinker (1894–1972)
- Əvvəlki mövzu: Dovşan öldü 1928 – Dünəndən bu günə hamiləlik testləri
- Sonrakı mövzu: Pap smear testi 1928 – Uşaqlıq boynu xərçənginin erkən aşkarlanması
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.