Gündəlik addım sayının izlənməsi xərçəng müalicəsi zamanı xəstəxanaya yerləşdirmələri proqnozlaşdıra bilər

Bu məqalədə
Gündəlik addım sayının izlənməsi kimya-şüa müalicəsi alan xərçəng xəstələrində təcili hallar səbəbindən xəstəxanaya yerləşdirməni proqnozlaşdıra və onun qarşısını almağa kömək edə bilər.
Fiziki fəallıq sağlamlığın ən mühüm göstəricilərindəndir
Geyilə bilən cihazdan alınan addım sayı məlumatlarının növbəti həftələrdə hansı xəstələrin xəstəxanaya yerləşdiriləcəyini proqnozlaşdırdığı göstərildi.
Kaliforniya Universitetinin (UCSF) Radiasiya Onkologiyası və Sağlamlıq Elmləri sahəsindən müəllif Julian Hong dedi: "Xəstənin planlaşdırılmamış xəstəxanaya yerləşdirilmə riskini proqnozlaşdıra bilirsinizsə, xərçəng müalicələrini dəyişdirə, təcili yardıma müraciət və ya xəstəxanaya yerləşdirilmə ehtimalını azalda bilərsiniz."
Araşdırma 24 oktyabrda Amerika Radiasiya Onkologiyası Cəmiyyətinin (ASTRO) 2022 İllik İclasında təqdim edildi.
UCSF-də klinik məlumat alimi olan Izzy Friesner dedi: "Geyilə bilən cihazlardan istifadə edənlərin sayı artdıqca toplanan məlumatların faydalı olub-olmayacağı sualı yaranır. Tədqiqatımız xəstələrimizin gündəlik həyatları ərzində öz sağlamlıq məlumatlarını toplamasının dəyərli olduğunu və sonra həmin məlumatlardan onların sağlamlıq vəziyyətini izləmək və proqnozlaşdırmaq üçün istifadə edə biləcəyimizi göstərir".
“Xəstənin öz cihazından alınan məlumatlardan istifadənin üstünlüyü cihazın klinik mühitdən kənarda, insan evdə olarkən və ya gündəlik həyatına davam edərkən istifadə oluna bilməsidir. Lakin real dünyadakı geyilə bilən cihaz məlumatları ilə işləməyin çətinliklərindən biri bu cihazların sahiblərinə təsir edən iqtisadi və irqi fərqlərdir.” deyə əlavə etdi.
Əlaqəli mövzu: Təəccüblü nəticə: İdman və məşq şişi kiçildə bilər
Tədqiqatın təfərrüatları
Araşdırma üçün komanda üç prospektiv (irəliyə yönəlik) klinik tədqiqatda iştirak edən 124 xərçəng xəstəsi barədə məlumat topladı.
Araşdırmaya baş-boyun xərçəngi (30%) və ağciyər xərçəngi (29%) də daxil olmaqla müxtəlif xərçəngləri olan xəstələr daxil edildi. Onlar bir neçə həftə ərzində fəallıqlarını izləyən cihazlar taxdılar.
Komanda xəstələrin 70%-ini təsadüfi şəkildə təlim qrupuna, qalan 30%-unu isə gözləmə qrupuna ayırdı. Addım sayı ilə yanaşı yaş, ECOG funksional vəziyyəti, xərçəng növü və klinik xüsusiyyətlər kimi kəskin hadisənin mümkün proqnozlaşdırıcıları barədə çoxlu məlumat topladılar.
Gündəlik addım saylarının 3 günlük ortalaması alındı. İlk xəstəxanaya yerləşdirilmədən 1 həftə əvvələ aid proqnoz pəncərəsi müəyyənləşdirdilər, sonra isə 2 həftə əvvələ aid addım sayı məlumatlarını topladılar.
Araşdırma bir həftə sonrakı xəstəxanaya yerləşdirmələri güclü şəkildə proqnozlaşdırdı.
Müəllif Julian Hong dedi: "Addım sayları ümumən məlum olan digər klinik dəyişənlərdən daha güclü proqnozlaşdırıcı oldu.".
"Addım saylarının dinamik təbiəti, hər gün dəyişməsi, onları xəstənin sağlamlıq vəziyyətinin yaxşı göstəricisinə çevirir kimi görünür." deyə əlavə etdi.
Xəstəxanaya yerləşdirməni ən güclü proqnozlaşdıran xüsusiyyətlər əvvəlki 2 gündəki addım sayı və həftəlik maksimum addım sayındakı nisbi dəyişiklik idi.
Komandanın hazırladığı model indi ağciyər xərçənginə görə kimya-şüa müalicəsi alan xəstələri gündəlik addım sayı izlənən və izlənməyən müalicə qruplarına təsadüfi ayıracaq növbəti sınaqda yoxlanılacaq.
Mənbələr
2. Monitoring Daily Step Counts Predicts Hospitalization During CRT - Medscape - Oct 26, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.