HPV peyvəndinin uşaqlıq boynu xərçəngi riskini nə dərəcədə azaltdığı müəyyən edildi

1 oktyabrda NEJMdə dərc edilən tədqiqatda dördvalentli insan papilloma virusu (HPV) peyvəndinin 2006-2017 illərində peyvənd edilmiş müxtəlif yaş qruplarındakı qadınlarda uşaqlıq boynu xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığı müəyyən edildi. Həmçinin peyvənd yaşının əhəmiyyəti, 4-valentli peyvəndin bütün HPV növlərinə qarşı qorumaya biləcəyi və həyat tərzi vurğulandı.
Bazarda Gardasil ticarət adı ilə satılan dördvalentli HPV peyvəndinin genital ziyilləri və irəliləmiş servikal (uşaqlıq boynu) zədələnmələri önləməyə kömək etdiyi bilinsə də, bu yeni tədqiqata qədər uşaqlıq boynu xərçənginin qarşısını almağa dair məlumat çatışmırdı.
Baş tədqiqatçı nəticələrin peyvənd proqramının əsas məqsədi olan invaziv uşaqlıq boynu xərçəngi riskini xeyli azaltdığını sübut etdiklərini, beləliklə xərçəngdən qorunmaüçün güclü sübut əldə etdiklərini bildirir. Komandanın digər üzvü nəticələri belə ümumiləşdirir: “Tədqiqatda dördvalentli HPV peyvəndinin cinsi yolla yoluxan HPV infeksiyasından qoruduğunu və bunun 30 yaşadək gənc qadınlarda uşaqlıq boynu xərçəngi riskini azaltdığını müəyyən etdik. Bu, xərçəngdən qorunmada çox mühüm inkişafdır. Ancaq HPV peyvəndi olmuş qadınlarda da uşaqlıq boynu xərçəngi yarana bildiyini, sadəcə daha aşağı sürətlə olduğunu gördük. Buna görə erkən yaşda peyvənd olunmaq və sonrakı yaşlarda nəzarət üçün skrininq etdirmək uşaqlıq boynu xərçəngindən qorunmada son dərəcə vacibdir.”
HPV peyvəndi ilə serviks xərçəngindən qorunma tədqiqatının təfərrüatları
Tədqiqata dördvalentli HPV peyvəndi olmuş və olmamış qadınlar daxil edilərək uşaqlıq boynu xərçəngi diaqnozu nisbətləri müqayisə edildi. Buna görə peyvənd olunmuş 100.000 qadından 47nəfərinə uşaqlıq boynu xərçəngi diaqnozu qoyularkən, bu say peyvənd olunmamış 100.000 qadında 94nəfərə çatır.
Peyvənd yaşının əhəmiyyəti
Peyvənd yaşının da son dərəcə vacib olduğunu deyən tədqiqatçılar bunu sübut etmək üçün 17 yaşdan əvvəl peyvənd edilmiş 100.000 qadınla 17 ilə 30 yaş arasında peyvənd edilmiş qadınları müqayisə etdilər. Nəticələrə görə erkən yaşda peyvənd olunmuş 100.000 qadında 4 nəfərə serviks xərçəngi diaqnozu qoyularkən, peyvənd daha irəli yaşlarda edilərsə bu say 54nəfərə yüksəlirdi.
Nəticələrdən sonra tədqiqatçılar məlumatları belə şərh etdilər: “Uşaqlıq boynu xərçənginə tutulma riski 17 yaşdan əvvəl peyvənd edilmiş qadınlarda heç HPV peyvəndi olmayanlarla müqayisədə %88 daha aşağıdır. Buna görə qadınların HPV infeksiyasına məruz qalmadan mümkün qədər erkən yaşda dördvalentli HPV peyvəndi etdirməsini güclü şəkildə tövsiyə edirik.”
Peyvəndin uşaqlıq boynu xərçəngindən qorunmadakı əhəmiyyətini bildirən tədqiqatçılar həyat tərzinin də son dərəcə vacib olduğunu vurğulayırlar. Artıq çəki, tütün istifadəsi və cinsi həyatın da uşaqlıq boynu xərçənginin risk amilləri arasında olması yalnız HPV peyvəndi ilə qorunmağın mümkün olmadığını, həyat tərzimizi də dəyişməli olduğumuzu göstərir.
Xülasə və nəticə
HPV-nin həmçinin baş-boyun, vagina, vulva, anus, düz bağırsaq və penis xərçəngləri ilə də əlaqəli olduğu tədqiqatlarla müəyyən edilib. Uşaqlıq boynu xaric digər xərçənglərin yaranması daha uzun çəksə də, HPV peyvəndi onlara qarşı da qoruma təmin edir.

Xərçəngdən qorunmada son dərəcə asan və təsirli üsul təqdim edən HPV peyvəndi üçün həm qadın, həm kişilərdə ən ideal yaş 11-12 tövsiyə edilir. Tövsiyə olunan yaşlarda HPV peyvəndi və həyat tərzinin dəyişdirilməsi uşaqlıq boynu başda olmaqla çox xərçəngdən qorunmağa kömək edən son dərəcə təsirli üsuldur.

ƏLAQƏLİ MÖVZULAR
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.