Hüceyrə bölünməsi 1855 – Hüceyrə patologiyasının doğuşu

Alman həkim Rudolf Virchow müşahidə və nəzəriyyələrinə əsaslanaraq xəstəliklərin simptomları (əlamətləri) müşahidə etməklə öyrənilə bildiyi kimi, bütün patologiyanın da hüceyrələrin öyrənilməsindən ibarət olduğunu düşünürdü. Bütün bədənə diqqət yetirmək əvəzinə müəyyən hüceyrələrin və ya hüceyrə qruplarının xəstə ola biləcəyini düşünərək hüceyrə patologiyası sahəsinin yaranmasına öncüllük etdi.
1855-ci ildə “omnis cellula e cellula” kimi tanınan məşhur kəlamı irəli sürdü; bu, hər hüceyrənin mövcud hüceyrədən əmələ gəlməsi demək idi. Bu fikir hüceyrələrin və orqanizmlərin palçıqdan, parçalanmış üzvi materiallardan və isti sulardan yarana biləcəyini irəli sürən öz-özünə yaranma nəzəriyyəsinin rəddi idi.
Virchowun mikroskopik tədqiqatları hüceyrələrin iki bərabər hissəyə bölündüyünü, bütün canlıların bir və ya daha çox hüceyrədən ibarət olduğunu və hüceyrələrin həyatın əsas vahidi olduğunu irəli sürdü. Beləliklə, hüceyrə nəzəriyyəsinin təməli qoyuldu.
Hüceyrə nəzəriyyəsinə töhfə vermiş digər məşhur şəxslər alman fizioloq Theodor Schwann və alman botanik Matthias Jakob Schleiden idi.
Hüceyrə bölünməsini təsvir etməklə yanaşı, Virchow qan xərçəngində leykemiya hüceyrələrini düzgün müəyyənləşdirən ilk şəxs oldu. Bu uğurlarına baxmayaraq, bakteriyaların xəstəlik yarada biləcəyi və infeksiyanın qarşısının alınmasında təmizliyin əhəmiyyəti barədə fikirləri rədd etdi. Pasteurun mikrob nəzəriyyəsini də rədd edən Virchow xəstə toxumaların yad mikrobun hücumundan deyil, hüceyrələrin düzgün işləməməsindən yarandığına inanırdı.
Elmi yazıçı John G. Simmons, "Hüceyrə hipotezi ilə Virchow biokimya və fiziologiyanın tədqiqat üfüqlərini genişləndirdi və ümumən biologiyaya böyük töhfə verdi. Hüceyrə doktrinasının molekulyar biologiyaya töhfəsi ilə təkamül və çoxalmanın əsas prinsipləri daha yaxşı anlaşılacaqdır.”
Bu gün xərçəngin nəzarətsiz hüceyrə bölünməsindən yarandığını və yaranın sağalması üçün yeni dəri hüceyrələrinin mövcud dəri hüceyrələri tərəfindən yaradıldığını bilirik.
Məqalə şəklinin təsviri: Hüceyrə bölünməsinin təsviri
Məqalədə adı çəkilən tarixi şəxslər: Matthias Jakob Schleiden (1804–1881), Theodor Schwann (1810– 1882), Rudolf Ludwig Karl Virchow (1821–1902)
- Əvvəlki mövzu: Tibb bacılığı 1854 – Florence Nightingale və tibbi qulluğun doğuşu
- Növbəti mövzu: Epilepsiyanın müalicəsi 1857 – Epileptik tutmalar
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.