Multipl miyelom xəstələri üçün yeni dərman

Lancet Onkologiya Jurnalındadərc olunan tədqiqatın nəticələrinə görə, müalicəyə davamlı və ya təkrarlayan multipl miyelomu olan xəstələrdə Pomalidomid (Pomalyst®) və əlavə olaraq verilən aşağı dozalı deksametazon kombinasiyası yalnız yüksək dozalı deksametazonla müqayisədə xəstəlik irəliləmədən və ümumi olaraq sağqalma müddətini əhəmiyyətli dərəcədə uzadır.
Multipl miyelom orqanizmin immun sisteminin bir hissəsi olan ağ qan hüceyrələrinin bir növü — plazma hüceyrələri ilə əlaqəli inkişaf edən xərçəng xəstəliyidir. Multipl miyelomu olan xəstələrdə sidikdə və/və ya qanda aşkar edilə bilən funksional pozğunluğa malik anticisimlərin sayının artmasına səbəb olan çoxsaylı anormal plazma hüceyrələri olur. Müalicəyə davamlı və ya təkrarlayan multipl miyelomu olan xəstələrə bu günə qədər lenolidomid (Revlimid®) və bortezomid (Velcade®) ilə məhdud müalicə seçimləri tətbiq edilir. Belə xəstələr üçün standart müalicə üsulu olmadığı kimi, xəstəliyin gedişi də çox əlverişli olmur və orta sağqalma müddəti 1ildən azdır.
Pomalidomid; bortezomib (Velcade®), talidomid (Thalomid ®) və lenalidomid (Revlimid®) adlı dərmanlara davamlı multipl miyelomu olan xəstələrdə effektivliyini göstərmiş immunomodulyator, immun sistemini tənzimləyən dərmandır. Pomalidomid angiogenezi (qan damarlarının yaranmasını) və miyelom hüceyrələrinin inkişafını birbaşa əngəlləyir. Ağızdan həb şəklində qəbul edilən pomalidomid xərçəng hüceyrələrini məhv etmək və onların inkişafının qarşısını almaq üçün orqanizmin immun sisteminə dəstək olur. Bu müalicə üsulunun əvvəllər ən azı iki müalicə tətbiq edilmiş, bu müalicələrə cavab verməmiş və son müalicədən sonra 60 gün ərzində xəstəliyində irəliləyiş müəyyən edilmiş (müalicəyə davamlı və xərçəngi təkrarlanan) multipl miyelomu olan xəstələrdə tətbiq edilməsi hədəflənmişdir.
Pomalidomid təkbaşına təkrarlayan multipl miyelomu olan xəstələrdə məhdud təsir göstərmiş, lakin deksametazonla kombinə edildikdə sinergik təsiri diqqətçəkən olmuşdur. Avstraliya, Kanada, Avropa, Rusiya və Amerikadakeçirilən tədqiqatlarda bortezomib və lenalidomidlə ən azı iki dəfə müalicə almış, müalicəyə davamlı və/xəstəliyi residiv vermiş multipl miyelomu olan ümumilikdə 455 xəstə iştirak etmişdir. Təsadüfi olaraq 302 xəstəyə pomalidomid (1 və 21-ci günlərdə gündə 4mg ağızdan) və əlavə olaraq aşağı dozalı deksametazon (1, 8, 15 və 22-ci günlərdə gündə 40mg ağızdan) verilmiş, digər 153 xəstə yüksək dozalı deksametazonla (1-4,9-12 və 17-20-ci günlərdə gündə 40mg ağızdan) müalicə edilmişdir. 10 aylıq müşahidədən sonra pomalidomid və aşağı dozalı deksametazon istifadə edən xəstələrdə xərçəng irəliləmədən orta sağqalma müddəti 4 ay olduğu halda, bu göstərici nəzarət qrupunda 1.9 ay müəyyən edilmişdir. Alt qrup analizində xəstəlik irəliləmədən orta sağqalma müddətinin pomalomid istifadə edən xəstələrdə əvvəlki müalicə ilə müqayisədə daha uzun olduğu müəyyən edilmişdir. Ümumilikdə, pomalomid istifadə edən xəstələrdə orta sağqalma müddəti 12.7 ay, digər qrupda isə 8.1 ay olmuşdur. Pomalomid/aşağı dozalı deksametazon tətbiq edilən xəstələrdə müalicəyə cavab %31 olduğu halda, yalnız yüksək dozalı deksametazon istifadə edən xəstələrdə bu göstərici %10 səviyyəsində qalmışdır.
Ortaya çıxan yan təsirlər pomalomid qrupunda daha çox olsa da, hər iki qrupda idarəolunan səviyyədə olmuşdur.
Ümidverici xarakter daşıyan bu tədqiqatın nəticələri pomalidomid və əlavə olaraq verilən aşağı dozalı deksametazon kombinasiyasının xəstəliyi residiv verən/müalicəyə davamlı multipl miyelomu olan xəstələrdə yeni müalicə seçimi kimi nəzərdən keçirilməli olduğunu göstərmişdir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.