Piylənmə ilə mübarizədə arıqlamaq, yoxsa idman və fiziki hazırlıq vacibdir?

Yeni bir icmalda tədqiqatçılar piylənmə ilə mübarizədə çəki itirməyə daha az, fiziki aktivlik və kardiorespirator, yəni ürək və ağciyərlərlə bağlı fiziki hazırlığın yaxşılaşdırılmasına daha çox diqqət yetirilsəydi, vaxtından əvvəl ölümlərin qarşısının alınmasında daha səmərəli nəticə əldə olunacağı qənaətinə gəliblər.
Tədqiqatçılar “arıqlama yönümlü” yanaşma qədər və ya ondan daha səmərəli olduğunu bildirdikləri, “piylənmə ilə əlaqəli sağlamlıq problemlərini müalicə etmək üçün çəkidən asılı olmayan yanaşmanıdəstəkləyirlər. Bu sahənin mütəxəssislərindən Robert Ross da belə düşünür. Ross “Piylənmənin idarə edilməsində müalicənin səmərəliliyinin əsas göstəricisi kimi tərəzidəki rəqəmə aludə olmaq düzgün deyil” deyir. Kanadanın Kingston şəhərindəki Queen’s Universitetinin Kineziologiya və Sağlamlıq Araşdırmaları Məktəbinin tədqiqatçısı Ross bunun piylənmədən asılı olmayaraq fiziki hazırlığın yaxşılaşmasının sağlamlığa böyük faydalarınıkölgədə qoyduğunu bildirir.
“Fiziki hazırlığı artırmaq üçün səyləri gücləndirmək, çəki itirilməsə belə, nəticələri yaxşılaşdırır.”
Lakin bu yanaşma piylənməyə müdaxilə ilə bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Bir neçə gün sonra bu ayrılığın göstəricisi olaraq piylənmə və tip 2 diabet olan insanların çoxunda müdaxilənin əsas məqsədinin başlanğıc bədən çəkisinin ən azı %15-i qədər arıqlamaq olmasını qəti vurğulayan başqa ekspert icmalı dərc edilib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin 2020 statistikalarına görə, ABŞ-da diabetli yetkinlərin %60-dan çoxunda piylənmə var.
- Marağınızı çəkə bilər: Piylənmə ilə xərçəng arasındakı əlaqə
Bununla yanaşı, piylənmənin idarə edilməsində bu yanaşmalar birləşdirilib həm arıqlama, həm də aktivliyin və fiziki hazırlığın artırılması eyni vaxtda təşviq olunanda da bütün istiqamətlərə, yoxsa yalnız birinə üstünlük verilməli olduğu soruşulur.
Vaşinqtondakı National Center for Weight and Wellnessmərkəzindən başqa bir piylənmə mütəxəssisi Scott Kahan “Bunu çəkinin idarə edilməsi və ya aktivlik və fiziki hazırlıq deyə iki yerə ayırmaq sadəcə vəziyyəti qarışdırmaqdır” deyir.
İrəliləmək üçün yol: çəkidən asılı olmayan yanaşma
Finiksdəki Arizona Dövlət Universitetinin İdman Fiziologiyası professoru və yeni icmalın müəlliflərindən Glenn A. Gaesser “İcmaldakı ən mühüm yeni məlumat arıqlama ilə bağlı ölüm riskinin azalmasının əhəmiyyətinin fiziki hazırlığın, aktivliyin və ya hər ikisinin artması ilə birbaşa müqayisə edilməsidir” deyir. “Nəticələr kifayət qədər aydındır: fiziki hazırlığın, aktivliyin və ya hər ikisinin artması məqsədli arıqlamadan daha çox ölüm azalması ilə əlaqəlidir. Piylənmənin müalicəsində çəkidən asılı olmayan yanaşmanı müdafiə edirik. İdmanın heç bir mənfi cəhəti yoxdur, lakin arıqlamağın əhəmiyyətli mənfi tərəfləri var; xüsusilə qeyri-ixtiyari çəki artımının ardınca qeyri-ixtiyari ‘nəticəsiz arıqlama dövrəsinə’ gətirib çıxarır.”
Tək həlli olan sadə bir məsələ deyil!
Lakin Kahan arıqlamanın və aktivliklə fiziki hazırlıq artımının ölümə təsirlərini müqayisə etməyin məntiqi baxımdan səhv olduğunu bildirir. “Müşahidə tədqiqatlarından qəti nəticə çıxarmaq çətindir. Aktivlik və fiziki hazırlığın arıqlama ilə müqayisə edildiyi icmalda göstərilən məlumatlar, adətən, ‘çox qeyri-müəyyənlik’ daşıyan ‘təxminlərdir’.”
Kahan həmçinin icmalda ətraflı izah edilən, arıqlamağı hədəfləməyin və buna sağlam, sübuta əsaslanan yollarla nail olmağa çalışmağın uğursuzluğa məhkum olduğu və tez-tez mənfi nəticələrə gətirdiyi fərziyyəsinə etiraz edir. “Çəkinin uyğun, pasiyent mərkəzli və düşünülmüş şəkildə idarə edilməsi uzunmüddətli sağlamlıq standartının və əsasının bir hissəsidir.”
Bununla belə, Kahan arıqlama bazarının bir çox pasiyentdən istifadə edən fırıldaqçılarla dolu olduğunu qəbul edir və nəyin bahasına olursa-olsun arıqlatmağa və məhsul satmağa yönəlmiş yanaşmalara qarşı xəbərdarlıq edir. Piylənmənin idarə edilməsinin tək həllə malik sadə müdaxilə olmadığını vurğulayaraq “amma yalnız aktivliyə köklənib sağlam qidalanmaya diqqət yetirməmək ifrat yanaşmadır” deyib.
İlk deyil
Bu, Gaesser və komandasının piylənməyə müdaxilədə əsas məqsəd kimi arıqlamadan uzaqlaşmağı təşviq edən ilk məqaləsi deyil. Gaesser və həmkarları 2015-ci ildə piylənməsi olan insanların idarə edilməsi üçün bu tövsiyəni verən sübut icmalı dərc etmişdilər: “Sağlamlığın yaxşılaşmasının göstəricisinin arıqlama deyil, kardiometabolik parametrlərdə, funksional vəziyyətdə və fiziki hazırlıqda irəliləyiş olması lazım gəldiyini təklif edirik.”
- Əlaqəli mövzu: Düzgün qidalanma və idman zehni bacarıqları inkişaf etdirə bilər – Bəs necə?
Gaesserin son icmalı, arıqlamadan fiziki hazırlıq və aktivlik artımının uğursuzluq olmadığını söyləməyin yeni fikir olmadığını bildirən Ross da daxil olmaqla başqalarının oxşar tövsiyələrini də qəbul edir. “Uzun illərdir dəstəklədiyimiz bir fikirdir”, lakin “klinik mühitdə razılıq əldə edilmədi və tədbir görülmədi. Bu, təəssüf doğurur.”
Ross və həmkarı 10 ildən çox əvvəl dərc etdikləri icmalda belə yazmışdılar: “Piylənməni azaltmaq strategiyalarının yeganə uğur göstəricisi kimi yalnız arıqlamağa diqqət yönəltmək düzgün deyil. Daha vacibi, bu, çoxsaylı sağlamlıq nəticələrində fayda ilə əlaqəli həyat tərzi davranışlarına diqqət yetirmək imkanlarını aradan qaldırır.” O, aktivliyə və fiziki hazırlığa yönələn səmərəli müdaxilənin ən azı pasiyentlərin kökəlməməsi demək olduğunu, əlavə fayda olaraq isə arıqlaya biləcəklərini vurğulayıb. “İnsanların artıq çəki toplamaması üçün həmişə balanslı qidalanmalı olduğunu müdafiə edirik.” Ross həmçinin piylənməsi olan pasiyentlərin müxtəlif müdaxilələrə cavabını izləmək üçün çəkini müntəzəm qeyd etmək əvəzinə fiziki hazırlıq ölçmələrinin faydasını vurğulayıb.
- Əlaqəli mövzu: Ən yaxşı pəhrizlər 2020
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.