Ən yaxşı pəhrizlər 2020

Bu məqalədə
Pəhrizlər gəlib-gedir, dünyada sayı 100-ə çatan, pəhriz qarışıqlığı var. "İstədiyini ye! Yağlar bir gecədə əriyir!" sözündən, "Xərçəngə qarşı möcüzə pəhriz!" sözünədək onlarla şüarla "satılır" pəhrizlər... Bəs həqiqət nədir? Möcüzə pəhriz varmı, yaxşı və pis pəhrizlər hansılardır?
İnsanların ortaq suallarının çoxu qidalanmaya aiddir. Cavab üçün, US News & World Report, böyük alim və qidalanma mütəxəssisi heyəti ilə pəhrizləri 10 ildir xüsusiyyət və bacarıqlarına görə təsnif edir.
Pəhriz, qidalanma, piylənmə, qida psixologiyası, diabet və ürək-damar xəstəliyi üzrə milli tanınmış mütəxəssislərdən US News & World Report paneli, 35 pəhrizi araşdırıb qiymətləndirdi.
Nəticələr belədir:
Qeyd: Yuxarıdakı "xülasə" siyahıda olmasa da, Vegetarian pəhrizin 9-cu, Veqan pəhrizin 17-ci, Qələvi pəhrizin 28-ci, Paleo pəhrizinin 29-cu və, Atkins pəhrizinin 37-ci olduğunu bildirək.
Hər pəhriz;
- tətbiq asanlığı,
- qısamüddətli arıqlama,
- uzunmüddətli arıqlama,
- qidalanma tamlığı,
- qidalanma təhlükəsizliyi,
- diabet,
- ürək xəstəliyinin önlənmə və idarə potensialı
olmaqla, 7 kateqoriyada qiymətləndirildi.
Bu kateqoriyaların əsas prinsipləri nədir?
Sağlam qidalanma üçün ən yaxşı pəhrizlər
Sağlam pəhriz bütün qida qrupları ilə yetərli kalori verməlidir. Tamlığı və etibarlılığı birləşdirib sağlam arıqlamanın təhlükəsizliyini ikiqat artırır. Tətildən sonra və yay əvvəlində sürətli nəticə vacibdir, lakin həqiqi sınaq illərlə davam edə bilməsidir. Xüsusilə artıq çəkili və piylənmişlərdə belədir. Sağlamlıq təhlükəsizliyi bu kateqoriyada ikiqat vacibdir, çünki heç bir pəhriz təhlükəli olmamalıdır.
Ən sağlam pəhrizlər hansılardır?
- Aralıq dənizi pəhrizi
- DASH pəhrizi
- Flexitarian pəhrizi
Ən yaxşı arıqlama pəhrizləri hansılardır?
Burada qısa və uzunmüddətli arıqlama nəticələri birləşdirilir. Bəziləri sürətli, bəziləri yavaş və sabit çəki itkisi istəyir. Sıralama belədir.
- Weight watchers pəhrizi
- Volumetric pəhrizi
- Veqan pəhrizi
Diabetə ən yaxşı pəhrizlər hansılardır?
Orta diabet qiymətləndirməsinə əsaslanır.
Sıralama belədir:
- Aralıq dənizi pəhrizi
- DASH pəhrizi
- Flexitarian pəhrizi
- Mayo klinikası pəhrizi
- Veqan pəhrizi
Ürək sağlamlığı üçün ən yaxşı pəhrizlər hansılardır?
Orta ürək sağlamlığı qiymətlərindən istifadə edir.
- Ornish pəhrizi
- Aralıq dənizi pəhrizi
- DASH pəhrizi
Ən asan tətbiq edilən pəhrizlər hansılardır?
Panelin dad cazibəsi, hazırlama asanlığı və ac hiss etdirməmək barədə orta qərarını göstərir.
Sıralama belədir.
- Aralıq dənizi pəhrizi
- Flexitarian pəhrizi
- Weight watchers pəhrizi
- MIND pəhrizi
Ən sürətli arıqlama pəhrizləri hansılardır?
Qısamüddətli arıqlama nisbətinə əsaslanır. Sıralama belədir:
- HMR pəhrizi
- Optavia pəhrizi
- Weight watchers pəhrizi
- Atkins pəhrizi
- Ketogen pəhriz
- Jenny craig pəhrizi
Ən yaxşı bitki əsaslı pəhrizlər hansılardır?
Ən sağlam pəhriz yanaşmasını istifadə edir. Bitki və minimal emal qidasına əsaslanır. Sıralama belədir.
- Aralıq dənizi pəhrizi
- Dahs pəhrizi
- Ornish pəhrizi
- Vegetarian pəhriz
- Nordik pəhriz
Aralıq dənizi pəhrizi, bu il də sağlam qidalanma daxil çox kateqoriyada birinci oldu. Məqsədi sağlam çəkini qoruyub diabet, hipertoniya kimi xroniki xəstəlikləri və xərçəng riskini azaltmaqdır. Tədqiqatlarda bu pəhrizi tətbiq edən Aralıq dənizi ölkələrində ömrün uzun, həyatın daha sağlam olduğu görülüb.
Mənbələr
https://health.usnews.com/best-diet/best-diets-overall
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.