Qadınlarda ağciyər xərçəngi - xüsusiyyətləri, fərqləri və müalicəsi

Bu məqalədə
Ağciyər xərçəngi qadınlarda necə fərqlənir?
Ağciyər xərçənginin kişi xəstəliyi kimi düşünülməsi artıq aradan qalxmışdır. Ağciyər xərçəngi qadınlarda da xərçəng səbəbli ölümlərin başında gəlir. Bununla yanaşı, qadınlarda və kişilərdə ağciyər xərçəngi bəzi fərqlər göstərir. İlk meydana çıxma formaları, səbəbləri, müalicəyə verdikləri cavab, yaşam müddətləri və əlamətləri fərqlidir. Qadınlarda ağciyər xərçənginin amilləri nələrdir, gəlin birlikdə baxaq.
Statistika
- Qadınlarda görülən xərçənglər arasında ən çox ölüm ağciyər xərçəngindən olur.
- Dünyada ağciyər xərçəngi hər il qadınlarda süd vəzi, uşaqlıq və yumurtalıq xərçənglərinin cəmindən belə çox ölümə səbəb olur.
- Siqaret çəkmək qadınlarda görülən ağciyər xərçənginin də ən mühüm səbəbidir.
- Ağciyər xərçəngi olan qadınların %20-sini heç vaxt siqaret istifadə etməyənlər təşkil edir.
Marağınızı çəkə bilər: Siqaretdən başqa ağciyər xərçəngi səbəbləri
Məlumatlar kişi və qadınların ağciyər xərçənginə tutulma riskinin bərabər olduğunu göstərir.
Qadınlarda ağciyər xərçənginin səbəbləri
- Siqaret çəkmək
- Genetik amillər
- Radon; radioaktiv qazlar
- Ətraf mühit amilləri
- İnsan papilloma virusu (HPV)
Qadın və kişilərdə ağciyər xərçənginin müqayisəsi
Kişilər qeyri-kiçikhüceyrəli ağciyər xərçənginin başqa forması olan skuamoz (yastı) hüceyrəli ağciyər xərçənginə daha meyilli ikən, qadınlarda ən çox görülən ağciyər xərçəngi adenokarsinomadır. Bronxoalveolyar karsinoma ağciyər adenokarsinomasının yenidən təsnif edilmiş formasıdır; qadınlarda ağciyər xərçənginin daha çox bu forması görülür. Tam bilinməyən səbəblərlə dünyada xüsusilə siqaret çəkməyən gənc qadınlarda bronxoalveolyar karsinoma tezliyində cüzi artım vardır.
Qadınlarda ağciyər xərçənginin əlamətləri
- Davamlı öskürək
- Öskürərkən qan gəlməsi
- Yorğunluq əlamətləri
- Təngnəfəslik
- Sinə-kürək ağrısı
Əlaqəli mövzu: Ağciyər xərçənginin əlamətləri (ətraflı)
Estrogenin təsiri
Estrogen hormonunun ağciyər xərçəngindəki rolu aydın deyil. Menopauzadan əvvəl yumurtalıqları çıxarılmış qadınlarda ağciyər xərçənginin inkişaf riski arta bilər. Menopauzadan sonra estrogen və progesteron müalicəsinin ağciyər xərçəngində ölüm riskini artıra biləcəyini irəli sürən tədqiqatlar olduğu kimi, hamiləlikdən qorunma həbləri və hormon əvəzedici müalicənin ağciyər xərçəngi riskini azaltdığı düşünülür.
Qadınlarda ağciyər xərçənginin müalicələri
Ağciyər xərçəngi 2010-cu ildən sonra müalicə seçimləri ən çox artan xərçəng növlərindəndir və bu xəstəlik üçün bu gün çox sayda və müxtəlif müalicə ardıcıl və ya kombinə istifadə olunur.
Yerli (regional) müalicələr: Erkən mərhələli ağciyər xərçəngində əməliyyat və ya SBRT kimi şüa müalicələri xərçəng hüceyrələrini yerli olaraq hədəfləyib çıxarmağa/məhv etməyə yönəlir.
Sistemli müalicələr: Kimyaterapiya, hədəfə yönəlmiş müalicə və immunoterapiya ağciyərlərdə və ya bədəninizin hər hansı yerində olan və xərçəngin yayıldığı nahiyələri də hədəfləyən müalicələrdir.
Əməliyyat: Ağciyər xərçəngi əməliyyatı 1 mərhələdən 3A mərhələyə qədər şişlərin müalicəsi üçün həll ola bilər.
Radioterapiya: Radioterapiya bir neçə fərqli səbəblə seçilə bilər. Erkən mərhələli ağciyər xərçənglərində stereotaktik bədən radioterapiyası (SBRT) adlı texnika sağalmağa kömək edə bilər. Radioterapiya əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini təmizləmək üçün (adyuvant) geniş tətbiq olunur. Əməliyyatdan əvvəl kimyaterapiya ilə birlikdə əməliyyatla çıxarıla bilən ölçüyə gətirmək üçün (neoadyuvant) də aparıla bilər. Həmçinin palliativ müalicə üsulu kimi, məsələn, xəstəliyin əlamətlərini yaxşılaşdırmaq üçün tətbiq edilə bilər.
Kimyaterapiya: Bəzi tədqiqatlar qadınların kimyaterapiyaya kişilərdən daha erkən və daha yaxşı cavab verdiyini düşündürmüşdür. Həm kiçikhüceyrəli, həm də qeyri-kiçikhüceyrəli ağciyər xərçənglərində kimyaterapiya tətbiq oluna bilər.
Hədəfə yönəlmiş müalicələr, ağıllı dərmanlar: Bu müalicələrdə əvvəlcə genetik testlə ağciyər xərçəngini tətikləyə bilən mutasiyaların (EFGR, ALK, ROS1, BRAF kimi) varlığı araşdırılır; bu testlərin aparılması 4. mərhələ ağciyər xərçəngində standart halına gəlmişdir. Bütün qeyri-kiçikhüceyrəli ağciyər xərçənglərinin təxminən %30-40-nın səbəbinin bu mutasiyalar olduğu düşünülür. Hədəflənə bilən mutasiya aşkar edilərsə, ağıllı dərmanlar sistemli müalicə kimi tətbiq olunur. Qadınlarda görülən ağciyər xərçənglərində kişilərə nisbətən daha çox tətikləyici mutasiya olduğu məlumdur. Xüsusilə siqaret tarixçəsi olmayan qadınların ağciyər xərçənglərində bu mutasiyaların yoxlanması gözdən qaçırılmamalıdır.
İmmunoterapiya: 2012-ci ildən sonra xərçəng müalicəsində yer alan yanaşmadır. Xərçəng immunoterapiyası kimyaterapiyalardan fərqli olaraq birbaşa xərçəngli hüceyrəni öldürmür, immun sistemini xərçənglə mübarizəyə stimullaşdırır. Bu kateqoriyadakı 3 dərman (nivolumab, pembrolizumab, atezolizumab) 2015-dən bəri ağciyər xərçəngi üçün təsdiqlidir.
Klinik tədqiqatlar: Bir çox xərçəng növündə olduğu kimi, ağciyər xərçəngi xəstələrinə də özlərinə uyğun klinik tədqiqat tapıldıqda iştirak etməyi tövsiyə edirik. Bu tədqiqatlar sayəsində həm ağciyər xərçəngi araşdırmalarının irəliləməsinə kömək edilir, həm də yeni müalicələrə pulsuz çatmaq imkanı verilir.
Ağciyər xərçəngində yaşam müddətləri
Xəstəliyin mərhələsinə və xəstənin ümumi vəziyyətinə görə dəyişsə də, ümumilikdə qadınlarda ağciyər xərçənginin sağqalma göstəricilərinin kişilərdən yüksək olduğu məlumdur.
Məlumatlılıq
İnternetdən, ətrafınızdakı insanlardan və ya televiziyada gördüyünüz xəbərlərdən qadınlarda ağciyər xərçəngi haqqında etibarlı məlumat əldə etməyə bilərsiniz; onsuz da məlumat çox azdır. Bunun üçün düzgün mənbələri tapmalı, klinik tədqiqatları araşdırmalı, müalicələr haqqında məlumat və təsəvvürə malik olmalısınız. Bunu təkbaşına etmək məcburiyyətində deyilsiniz; hətta ağciyər xərçəngi müalicəsi alıb sağ qalmış başqa qadınlarla tanış ola, onların təcrübələrindən faydalana bilərsiniz.
Qadınlar ağciyər xərçəngi riskini azaltmaq üçün nə edə bilərlər?
Qadınlarda ağciyər xərçəngi riskini azaltmaq üçün edilə bilən bəzi şeylər vardır:
- Siqaret çəkirsinizsə, tərgidin
- Siqaret çəkilən mühitdə olmayın
- Evinizi radon üçün yoxladın
- Fiziki məşq və idman edin
- Sağlam qidalanın
Marağınızı çəkə biləcək mövzular
Qadınlarda ağciyər xərçənginin əlamətləri
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.