Üçlü mənfi süd vəzi xərçənginin əməliyyatöncəsi müalicəsində immunoterapiya

Yerli irəliləmiş tripl (üçlü) mənfi süd vəzi xərçənginin standart neoadyuvant (əməliyyatöncəsi kiçildici) kimyaterapiyasına immunoterapiya pembrolizumab (Keyturuda) əlavə edilməsinin, patoloji tam cavab göstəricisini %15-ə yaxın artırdığına dair klinik tədqiqat nəticələri ESMO 2019-da təqdim edildi.
Aşağıda bioloji xüsusiyyətlərinə görə süd vəzi xərçəngi növləri görünür:

İngiltərədən professor Schmid və həmkarlarının apardığı plasebo nəzarətli KEYNOTE-522 adlı faza III klinik tədqiqatda, mərhələsi T1c N1-2 və ya T2-4 N0-2 kimi müəyyən edilmiş, əvvəllər müalicə edilməmiş, metastatik olmayan üçlü mənfi süd vəzi xərçəngli xəstələr qeyd edildi.
Bu xəstələrin 784-ü hər 3 həftədən bir 200 mg pembrolizumab, 390-ı plasebo almaq üçün təsadüfi iki qola təyin edildi. Bütün xəstələr standart kimyaterapiya kimi 12 həftə paklitaksel üstəgəl karboplatin, sonra isə 4 kurs doksorubisin və ya epirubisin üstəgəl siklofosfamid aldı. Süd vəzi xərçəngi əməliyyatından sonra bütün xəstələrə adyuvant əlavə 9 kurs pembrolizumab və ya plasebo residivə və ya qəbuledilməz yan təsirə qədər verildi. Xəstələr qoltuqaltı tutuluma (mənfi və müsbət), şiş ölçüsünə (T1 / T2 və T3 / T4) görə təsnif edildi.
KEYNOTE-522 tədqiqatının birincili sonlanma nöqtəsi patoloji tam cavab göstəriciləridir. Əməliyyatdan əvvəl verilmiş kimyaterapiyanın nə qədər təsirli olduğunu göstərən nəticə süd vəzi xərçəngi əməliyyatından çıxan patoloji nəticədir. Neoadyuvant müalicədən sonra əməliyyat patologiyasında heç bir xərçəng hüceyrəsi tapılmırsa, buna patoloji tam cavab deyirik. Patoloji tam cavab olan xəstələrimizdə xərçəngin təkrarlanma ehtimalının daha aşağı olduğunu əvvəlki tədqiqatlardan bilirdik.
Tədqiqatın nəticələri
- Median izləmə müddəti 15.5 ay olduğu halda 602 xəstə patoloji tam cavab təhlili üçün qiymətləndirildi.
- Patoloji tam cavab göstəricisi pembrolizumab + kimyaterapiya rejimi ilə % 64.8 olduğu halda plasebo + kimyaterapiya ilə % 51.2 idi
- Tədqiqatın diqqətçəkən nəticəsi kimi PD-L1 vəziyyətindən asılı olmayaraq pembrolizumab üstəgəl kimyaterapiya daha çox şişəleyhinə fəaliyyət göstərdi.
- PD-L1 müsbət xəstələrdə kimyaterapiya üstəgəl pembrolizumab alanlarda patoloji tam cavab % 68.9 olduğu halda kimyaterapiya üstəgəl plasebo qolunda % 54.9 idi. • PD-L1 mənfi xəstələrdə bu göstəricilər % 45.3 qarşı % 30.3 idi.
Yan təsirlər
Yan təsir göstəriciləri müalicə qolları arasında oxşar və hər birinin məlum təhlükəsizlik profili ilə uyğun idi. Müalicəyə bağlı ciddi (3 və ya daha yüksək dərəcəli) yan təsirlər neoadyuvant pembrolizumab üstəgəl kimyaterapiya və adyuvant pembrolizumab ilə % 78.0, plasebo və kimyaterapiya ilə % 73.0 idi. Müvafiq müalicə rejimlərində ölüm tezliyi % 0.4 və % 0.3 idi.
Nəticə olaraq ESMO 2019 Konqresində təqdim edilmiş məlumatlara əsasən tədqiqatçılar neoadyuvant müalicə kimi pembrolizumab üstəgəl kimyaterapiyanın erkən mərhələli üçlü mənfi süd vəzi xərçəngli xəstələrdə standart kimyaterapiyaya nisbətən patoloji tam cavab göstəricisini əhəmiyyətli artırdığı nəticəsinə gəlmişlər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.