Xərçəngin səbəb olduğu çəki itkisi immunoterapiyaların effektivliyini azaldırmı?

Son illərdə uğurlu nəticələr alınan immunoterapiya müalicələri bədxassəli melanoma, ağciyər, böyrək, sidik kisəsi və baş-boyun xərçəngləri, Hodgkin limfoması müalicəsinin mühüm hissəsinə çevrilmişdir. İmmun sistemini xərçəngə qarşı hərəkətə gətirmək üçün hazırlanmış immunoterapiyalar, tətbiq olunan hər xəstədə eyni təsiri göstərmir. Tədqiqatçılar xərçəng xəstələrində görülən çəki itkisinin immunoterapiyaların effektivliyini azalda biləcəyini müəyyən etmişlər.
Xərçəng xəstələrində çəki itkisi və iştaha azlığı, xərçəng kaxeksiyası kimi də tanınan vəziyyətdir. Xərçəng kaxeksiyası mədəaltı vəzi xərçəngi kimi müəyyən xərçəng növlərində daha erkən görülür. Son illərin araşdırmaları xərçəng kaxeksiyasının müalicəyə cavaba necə təsir etdiyinə yönəlmişdi.
2016-cı ilin noyabrında nüfuzlu elmi jurnal Cell Metabolism’də dərc edilmiş tədqiqata görə, metabolizmdəki dəyişikliklərin immunoterapiyanın effektivliyini azalda biləcəyi görülmüşdür. Araşdırmada xərçəng kaxeksiyasına uğramamış, erkən mərhələ xərçəngli siçanlar istifadə edilmişdir. Kaxeksiyadan əvvəl və sonra immunoterapiya effektivlikləri müqayisə edilmişdir.
Araşdırma nəticələrinə görə;
- Xərçəng hüceyrələri ifraz etdikləri interleukin 6 (IL-6) molekulu ilə qaraciyər funksiyalarına təsir etmişdir. Məlum olduğu kimi qaraciyər orqanizmin enerji hazırlamaq üçün ehtiyac duyduğu qida maddələrinin saxlandığı yerdir. IL-6 qida qəbulu az olduqda qaraciyərin enerji hazırlamasını təmin edən mexanizmləri dayandırır. Enerji istehsalının yetərsizliyi hormonal reaksiyaya səbəb olaraq immun sisteminin xərçəngə qarşı cavabını əngəlləyir.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- İnsanlarda da aparılacaq oxşar təcrübələrlə metabolizmdəki dəyişiklikləri düzəltmək üçün təsirli müalicə strategiyaları hazırlana bilər,
- İmmunoterapiyanın hansı xəstədə təsirli olacağına dair testlər belə hazırlana bilər,
- Xərçəng kaxeksiyasını da hədəfləyən təsirli immunoterapiya dərmanlarının hazırlanmasına yol göstərən tədqiqatdır.
Mənbələr
Tumour induced IL-6 Reprograms Host Metabolism to Suppress Anti-tumour Immunity.
Cell Metabolism.2016, 24(5),672-684
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.