Yeni diaqnoz qoyulmuş beyin şişi qlioblastomanın (GBM) müalicəsində iniparib

Bu məqalədə
Beyin şişi qlioblastoma ( GBM ) araşdırmaların ən intensiv olduğu xərçəng növlərindən biridir. Bir çox yeni dərman beyin şişlərində sınanır. Bunlardan biri də iniparib adlı ön dərmandır. Iniparib radikal azot ionlarının hüceyrədaxili çevrilməsi vasitəsilə hüceyrə ölümünə səbəb olduğu iddia edilən ön dərmandır. Aparılan bir faza-2 klinik tədqiqatında yeni diaqnoz qoyulmuş qlioblastomalı (GBM) xəstələrdə standart şüa müalicəsi (RT) və temozolomid (TMZ) müalicəsinə iniparib əlavə edilməsinin effektivliyi və təhlükəsizliyi qiymətləndirildi.
Əlaqəli mövzu:
Tədqiqatın təfərrüatları
Tədqiqatın çatmaq istədiyi ilkin məqsəd median (ortanca) ümumi sağqalmanı ölçmək idi. Müqayisə eyni xüsusiyyətlərə malik və standart müalicə almış GBM-li xəstələrin sağqalma göstəriciləri ilə aparıldı (tarixi nəzarət qolu).
Faza-1 (təhlükəsizlik) tədqiqatında 5, faza-2 (effektivlik) tədqiqatında 76 GBM-li xəstəyə radioterapiya və ağızdan həb şəklində qəbul edilən temozolamid kimyaterapiyası ilə yanaşı iniparip təxminən 8 mg/kg dozada venadaxili tətbiq edildi.
Qiymətləndirilə bilən 81 iştirakçının median (ortanca) yaşı 58 idi. Bu 81 xəstənin median sağqalma göstəricisi 22 ay idi və standart müalicəyə iniparib əlavə edilməsi ölüm riskini % 56 azaltdı. 2 və 3 illik sağqalma göstəriciləri müvafiq olaraq % 38 və % 25 idi.
Müalicəyə bağlı ciddi (3-cü dərəcə) əlavə təsirlər xəstələrin % 27-sində yarandı; doqquz xəstədə dərmanın dayandırılmasını tələb edən əlavə təsirlər baş verdi. İnaparib tətbiqi ilə əlaqəli infuziya (venadaxili tətbiq) əlavə təsirləri səpgi, qastrit (mədə şikayəti), qaraciyər fermentlərinin artması və trombositopeniya (qan lövhəciklərinin azalması) idi.
Nəticə
İniparib yeni diaqnoz qoyulmuş GBM-li xəstələrdə radioterapiya və temozolamidlə yanaşı həftədə 17.2 mg/kg dozaya qədər yaxşı qəbul edildi. İniparibin tarixi nəzarət qrupu ilə müqayisədə xəstələrin median ümumi sağqalma müddətini uzatdığı görüldü. Sonrakı tədqiqatlara keçməzdən əvvəl doza optimallaşdırılması lazım olsa da, müalicə seçimləri olduqca məhdud olan GBM-li xəstələrdə iniparibin bu nəticələri çox ümidvericidir.
Mənbələr
Phase II Study of Iniparib with Concurrent Chemoradiation in Patients with Newly Diagnosed Glioblastoma.
Clin Cancer Res. 21 Aug 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.