Zəncəfilli və yaşıl çaylı limonad

Yay yaxınlaşır və soyuq içki içmək istəyimiz artır. Maye ehtiyacımızın bir hissəsini evdə hazırlanmış sərinləşdirici içkilərlə ödəyə bilərik. Zəncəfilli və yaşıl çaylı limonad xüsusilə xərçəngin müalicəsi zamanı yaşanan susuzluq hissi, ağız quruluğu və ürəkbulanma kimi yan təsirlərin yüngülləşməsinə kömək edə bilər.
4 nəfərlik ev limonadı üçün ərzaqlar:
- 4 stəkan su
- 1 xörək qaşığı qaşığı dolusu nazik dilimlənmiş təzə zəncəfil
- 2 xörək qaşığı yaşıl çay
- 1 limonun suyu
- 2 çay qaşığı bal
Hazırlanması:
- Su və zəncəfili kiçik sous qabında ocaqda 10 dəqiqə qaynadın.
- Ocaqdan götürün, içinə yaşıl çayı əlavə edib dəmləyin.
- Qarışığı süzün və bir qədər ilıqlaşdıqdan sonra bal ilə limon suyunu əlavə edin.
- Otaq temperaturuna çatdıqda soyuducuda ən azı 1 saat soyudun.
- Buz və təzə nanə yarpaqları ilə təqdim edə bilərsiniz.
1 stəkan üçün orta qida dəyərləri:
- Kalori ............. 15 kal
- Ümumi yağ ............. 0 gr
- Karbohidrat ............. 3 gr
- Zülal ............. 0 gr
- Lif ............. 0 gr
- Natrium ............. 0 gr
Qeyd: Həm yaşıl çayın, həm də zəncəfilin tez-tez “xərçəngdən qorunma” və ya “müalicə” məqsədilə tövsiyə edildiyinə şahid oluruq. Aparılan çoxsaylı tədqiqatlar hər iki bitkinin bu baxımdan təsirli olmadığını göstərir. Buna görə onların şəfa məqsədilə deyil, yalnız qida kimi istehlak edilməsini tövsiyə edirik.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.