Aqressiv beyin şişi gliobastomanın müalicəsi üçün yeni hədəf: telomer zülalları!

Bu məqalədə
Glioblastoma (GBM) müalicəsi çox çətin beyin xərçəngi növüdür. Dərmanların qan-beyin səddini effektiv keçə bilməməsi, şişlərin müxtəlif genetik və bioloji mexanizmlərə malik olması xəstəliyin gedişini pisləşdirir. Noyabr 2017-ci ildə Cançer Cell jurnalında dərc edilmiş tədqiqata görə gliblastoma hüceyrələrinin böyüməsini əngəlləyən effektiv üsul kəşf edildi.
Tədqiqatda əsas hədəf alınan molekullar telomerlə əlaqəli zülallardır. Məlum olduğu kimi xərçəng hüceyrələrində telomeraza aktivliyi çox yüksəkdir. Beləliklə, telomerlərini müəyyən səviyyədə saxlayaraq sərhədsiz çoxalma qabiliyyəti qazanırlar. Tədqiqatçılar fərqli biologiyalı glioblastomada telomer zülallarını bloklamağın effektiv olub-olmadığını araşdırmışlar.
Glioblastoma, astrosit adlanan ulduzşəkilli sinir sistemi hüceyrələrindən yaranır. Bu şişlərdə adətən glioblastoma kök hüceyrələri olur və onlar davamlı çoxalmanı təmin edir. Bu kök hüceyrələrdə TRF1 zülalının aktivliyi yüksək tapılmışdır. TRF1 telomerlərin funksiyasına kömək edir, həmçinin glioblastoma kök hüceyrələrinin özünü yeniləməsində mühüm rol oynayır.
Bu məlumatlarla TRF1 zülalının aktivliyini əngəlləməyin glioblastoma şişlərinin böyüməsinə təsir edib-etmədiyi araşdırılmışdır.
Tədqiqatın nəticələrinə görə;
- Laboratoriya heyvan modellərində TRF1 aktivliyinin əngəllənməsi ilə şiş böyüməsinin azalması müşahidə edilmiş və ömür müddəti yüzdə 80-ə çatan nisbətdə artmışdır.
- Heyvan modellərində müalicəyə bağlı heç bir yan təsir görülməmişdir.
Bəs bu tədqiqat bizə nə deyir?
- Telomeraza aktivliyi xərçəng kök hüceyrələrində çox yüksəkdir. Buna görə fermenti və ya telomer mexanizmlərini hədəfləyən müalicələr kök hüceyrələri effektiv aradan qaldıra bilər.
- Glioblastoma kimi çətin müalicə edilən şişlərə qarşı effektiv müalicə strategiyası kəşf edilmiş oldu.
- Vurğulamaq lazımdır ki, bu iş hələ laboratoriya şəraitində sınanır. Düzgünlüyü və effektivliyi gələcək tədqiqatlarla sübut edilməlidir.
Həmçinin son illərdə uzun ömür vədi və telomeraza aktivliyini artıraraq telomer uzatdığı iddiası ilə müxtəlif məhsullar satılır. Bunlar dərman deyil, əlavə kimi reklam edilir. Telomeraza ən aktiv xərçəng hüceyrələrində olur. Xərçəng hüceyrələri telomerlərinin qısalmasını əngəlləyən mexanizmlər hazırlamışdır. Belə olduqda telomerimizi uzatmaq üçün əlavə məhsul almağı xərçəng baxımından çox riskli hesab etdiyimizi deməliyik. Telomeri qorumağın ən təbii və düzgün yolu sağlam həyat, düzgün qidalanma və müntəzəm idmandır.
Mənbələr
Inhibition of TRF1 Telomere Protein Impairs Tumor Initiation and Progression in Glioblastoma Mouse Models and Patient-Derived Xenografts.
Cancer Cell, November 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.