Bağırsaq florasındakı müxtəliflik immunoterapiyaların effektivliyini artıra bilər

Bu məqalədə
İmmunoterapiya başda dəri xərçəngi melanoma, kiçikhüceyrəli olmayan ağciyər, böyrək, baş-boyun, sidik kisəsi xərçəngləri və Hodgkin limfoması müalicəsində istifadə olunmağa başlamışdır. Lakin xəstələrin hamısı müalicəyə yaxşı cavab vermir. Tədqiqatçılar immunoterapiyanın effektivliyinin artmasında hansı halların təsirli olduğunu anlamağa yönəlmiş araşdırmalar aparırlar. Son araşdırmalar bağırsaq florasındakı müxtəlifliyin immunoterapiyanın effektivliyini artıra biləcəyini göstərmişdir.
Noyabr 2016-da Birləşmiş Krallıq Milli Xərçəng Araşdırma İnstitutunun Konqresində təqdim edilmiş tədqiqatda irəli mərhələ melanoma diaqnozu qoyulmuş 200 xəstənin ağzından və 100 xəstənin bağırsaqlarından mikrobiom nümunələri alınaraq analiz edilmişdir.
Araşdırma nəticələrinə görə;
- İmmunoterapiyaya müsbət cavab verən xəstələrlə cavab verməyənlərin bağırsaq florasındakı bakteriya müxtəlifliyinin nəzərəçarpacaq dərəcədə fərqli olduğu müəyyən edilmişdir. Buna görə müalicəyə müsbət cavab verən xəstələrin bağırsaqlarında bakteriya müxtəlifliyi daha çoxdur.
- Ağızdakı bakteriya müxtəlifliyi baxımından xəstələr arasında fərq müşahidə edilməmişdir.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
Bu tədqiqat insanlarda bağırsaq florasının immunoterapiya effektivliyini artırdığını göstərmək baxımından ilkdir.
- Həkim nəzarətində antibiotik, probiotik və ya immunoterapiyadan əvvəl aparılan nəcis transplantasiyası ilə immunoterapiyanın effektivliyi artırıla bilər.
- Eyni zamanda bağırsaq florasının manipulyasiyası ilə birlikdə immunoterapiyanın effektivliyini artıracaq strategiyalar hazırlana bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.